Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə196/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   192   193   194   195   196   197   198   199   ...   216

nın, o cümlədən udma qabiliyyətinin pozulmasına səbəb olur. 

Aqroekoloji monitorinq sistemində aqrofıziki parametrlərə daimi nəzarət 

olunur. 

Torpağın dəyişməsində ən ciddi komponent onun qranulometrik tərkibi 

hesab  olunur.  Bu  göstəricinin  hər  5...  10  ildən  bir  öyrənilməsi 

məqsədəuyğundur. Torpağın sukeçirmə və susaxlama qabiliyyəti vaxta görə 

xeyli dinamikdir, dəyişkəndir. O, torpağın nəmliyi, kipliyi və strukturundan 

asılıdır. Bu göstərici poliqon monitorinqində hər əkin dövriyyəsinin dəyişdiyi 

zaman, vegetasiyanın sonunda, məhsul toplandıqdan sonra təyin olunur. 

Aqrofıziki  parametrlərin  vəziyyəti  üzrə  daim  nəzarətin  aparılması  ilə 

torpağın  arzuolunmaz  dəyişilməsinin,  pisləşməsinin,  neqativ  deqradasiya 

proseslərinin  inkişafının  qarşısını  almaq  və  nəticədə  onun  yüksək 

münbitliyini, mühüm ekoloji funksiyalarını qoruyub saxlamaq olar. 

Torpaq münbitliyinin idarə olunmasında ən mühüm faktorlardan biri üzvi 

maddələrin vəziyyətinə nəzarət etmək hesab olunur. Humus bloku, şübhəsiz 

ki,  torpaq-ekoloji  monitorinqində  hakirn  mövqe  tutur,  belə  ki,  torpağın 

humusu,  onun  kəmiyyət  və  keyfiyyət  xarakteristikasının  vəziyyəti  torpağın 

əsas  xassələrini  və  rejimini,  əkinçiliyin  intensivləş-  dirilməsi  prosesində  və 

toksik maddələrin texnogenezi nəticəsində onun transformasiyasını təyin edir. 

Üzvi  və  mineral  gübrələr  humusun  fraksiya  tərkibini  dəyişdirir,  onun 

mütəhərrik formasının toplanmasına səbəb olur və aktivliyini artırır. 

Əkinçiliyin  ekoloji  adaptasiya  olunmuş  sistemində  paxlalı  və  çoxillik 

bitkilərdən istifadə edərək toplanan bioloji azota yüksək qiymət verilir. 

Torpağın münbitliyini artırmaq üçün paxlalı bitkiləri becərmək yolu ilə 

azotun atmosferdən maksimum simbiotik istifadə edilməsi ilə azot gübrələrini 

tətbiq etməməklə, məhsuldarlığın yüksəlməsini təmin etmək olar. 

Əkinçilik  praktikasında  bioloji  azotun  potensialını  reallaşdırmaq  üçün 

qiymət göstəricilərinin hazırlanmasına imkan yaradan doğru- dürüst məlumat 

lazımdır, onlardan əsasları aşağıdakılardır: 

 



müxtəlif məhsuldarlıqda paxlalılar tərəfindən fıksasiya edilən azotun 

miqdarı; 

 

atmosferdən alınan azotun miqdarı və torpağa üzvi maddələrin daxil 



olması; 

 



paxlalı  bitkilər hesabına  taxıl bitkilərinin mümkün məhsuldarlığı və 

paxlalı bitkilər yetişdirdikdə mineral gübrələrə olan tələbat. 

Bu  məsələlərin  həlli  üçün  ilkin  məlumatlar  aqroekoloji  monitorinqin 

materiallarına əsaslanır. 

Müəyyən edilmişdir ki, azot gübrələrindən (xüsusilə yüksək dozalarda) 

istifadə olunan təcrübələrin variantlarında paxlalıların azot fiksa- 



379 


 

tərkib (miqdar) normadan artıq olmayan göstəricilər



 

göstərici yol verilən tərkibi (miqdarı) keçmir; 



 

ekoloji təhlükəli göstərici - yol verilən tərkibi (miqdarı) keçir. 



Ekoloji-toksikoloji qiymətləndirməni aparmaq üçün əsas şərt İon 

ərazisində seçilən göstəricilər üzrə su, torpaq və bitkinin ilkin analizi (təhlili) 

kifayət qədər çox pozulmamış ərazidə yerinə yetirməkdir. Belə halda, tədqiq 

olunan  aqrosistemin  ekoloji  vəziyyətinin  dəyişilmə  dinamikasını  izləmək 

mümkündür. Seçilən fon ərazisinin sahəsi bu və ya digər regionun şəraitindən 

asılıdır. Kifayət qədər meşəlik faizi olan və sənaye təsiri zəif olan regionda bu 

sahə  l...l,5  ha-rı  keçməməlidir.  Bozqır  və  yarımsəhra  rayonlarında  təhlükəli 

müəssisələr  olduqda  (kimya  və  metallurgiya  istehsalı,  İES  və  s.)  belə  sahə 

100...200 dəfə böyük olmalıdır. 

Bitki  tərəfindən  toksik  birləşmələrin  toplanması  və  bitki  məhsulunun 

keyfiyyətinə  nəzarətin  aparılması  aqroekoloji  monitorinqin  sis-  temyaradıcı 

vəzifəsinə  daxildir.  Bitkiçilik  məhsullarının  toksikoloji  qiymətləndirilməsi 

becərilən bitkilərin texnoloji kompleksinin ekoloji-iqtisadi effektivliyini təyin 

edir. 


Aqroekoloji 

monitorinq 

aqrosenoz 

komponentlərinin 

sistemli 

müşahidələrinə  aid  olub  vahid  unifıkasiya  edilmiş  (vahid  şəklə  salınmış) 

proqram ilə yerinə yetirilir. Perspektivdə hər bir poliqonda avtomatlaşdırılmış 

nəzarət sistemi nəzərdə tutulur. 

Torpağın  əsas  aqrofıziki  parametrlərinə  məlum  olduğu  kimi  aqre- 

qatlaşma, ümumi kiplik və bərk fazanın kipliyi, mineraloji və qranulo- metrik 

tərkib, susızdırma və torpağın susaxlama qabiliyyəti daxildir. 

Aqreqatlaşma  (aqronomik  qiymətli  və  suyadavamlı  aqreqatların 

mövcudluğu)  torpağın  əsas  aqrofıziki  xassələrindən  biri  sayılır.  O,  bitkinin 

həyatı üçün əvəzedilməz faktor olub torpağın hava və su rejimini təyin edir. 

Dezaqreqatlaşma  (struktursuzlaşma) torpağın bərkiməsinə və su- hava 

xassələrinin pisləşməsinə (susızdırma, susaxlama) səbəb olur. 



Ümumi kiplik və bərk fazanın kipliyi. Torpağın kipliyi dedikdə, vahid 

həcmdə  götürülmüş  strukturu  pozulmamış  mütləq  quru  torpağın  kütləsi 

nəzərdə  tutulur.  Torpağın  kipliyi  onun  su-hava  rejiminin  formalaşmasına 

şərait yaradır. 

Torpağın  mineraloji  və  qranulometrik  tərkibi  bitki  üçün  qida 

elementlərinin mənimsənilməsi, həmçinin torpağı mexaniki becərdikdə onun 

fiziki-mexaniki xassələrinə-  yapışqanlığı,  şişməsi  və  sıxılmasına  böyük  təsir 

göstərir. 



Torpağın  sukeçirmə,  susızdırma  və  susaxlama  qabiliyyəti  onun  su 

rejimini və meliorasiya vəziyyətini təyin edir. 

Torpağın aqrofıziki xassələrinin pisləşməsi onun ekoloji funksiyası- 

378 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə