Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə192/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   188   189   190   191   192   193   194   195   ...   216

Poliqon  monitorinqi  çərçivəsində  aparılan  təcrübələr  obyektiv  olaraq 

qısamüddətli və uzunmüddətli təcrübələrə ayrılır. 

Poliqon  monitorinqin  məlumat  bazası  aşağıdakı  hissələri  özündə 

birləşdirir:  təcrübələrin  kataloqu;  qısamüddətli  təcrübələrin  təsvirləri; 

uzunmüddətli 

təcrübələrin 

təsvirləri; 

poliqonlarda 

nəzarətin 

avtomatlaşdırılmış sistemi ilə müşahidə materialları. 

Təcrübələrin  pasportlaşdırılması  mühüm  məsələ  sayılır.  Qısamüddətli 

təcrübə  pasportunun  bir  sıra  vacib  şərtləri  vardır:  bitkinin  adı,  uçot  ili, 

torpaq-iqlim  zonası  və  relyefin  xüsusiyyətlərini  göstərməklə  təcrübənin 

ünvanı,  torpağın  tipi  və  yarım  tipinin  ətraflı  təsviri.  Pasportda  konkret 

tədqiqatın ümumi məqsəd və vəzifələri formalaşır. 

Təcrübə  çoxfaktorlu  olarsa  (müxtəlif  bitki  sortu  və  ya  müxtəlif  səpin 

norması və s.) hər bir faktor üçün ayrıca hesabat tərtib edilir. 

Məlumat bazasında həmçinin fenoloji müşahidələr, ontogenez prosesində 

bitkinin vəziyyəti, fıtosanitar vəziyyət haqqında əldə olunan nəticələr toplanır. 

Məlumat  bazasının  formalaşma  sxemində  təcrübə  sahələrində  torpağın 

aqrofıziki  və  aqrokimyəvi,  həmçinin  toksiki  maddələrinin  miqdarı 

eksperiment  aparılmadan  əvvəlki,  hazırkı  və  gələcəkdəki  vəziyyəti  nəzərdə 

tutulur. 

Uzunmüddətli  təcrübələr  bölməsində  stasionarda  aparılan  tədqiqatların 

nəticələrinin geniş təsviri verilir. Bu bölmədə şərti olaraq üç əsas yarımbölmə 

ayırmaq  olar:  uzunmüddətli  təcrübələrin  pasportu;  təcrübə  sahələri  üzrə 

məlumat; illik informasiya. 

Uzunmüddətli təcrübə pasportunda öyrənilən əkin dövriyyəsi sisteminin 

zaman-məkan  xüsusiyyətlərini  səciyyələndirən  materiallar  verilir.  Bunun 

üçün, məsələn, vacib şərt kimi əkin dövriyyəsinin növü, naturada tutulan sayı, 

səpin  dövriyyəsində  bitkilərin  faktiki  növbələşdirilməsi  və  illər  üzrə 

növbələşmə qaydaları göstərilir. 

Qısamüddətli  sxemdən  fərqli  olaraq  uzunmüddətli  təcrübə  sxemində 

gübrələrin,  meliorantların  və  s.  orta  illik  dozası,  variantlar  üzrə  səpin 

dövriyyəsinin təmin olunma dərəcəsi və s. göstərilir. 

Yuxarıda  deyilənləri  yekunlaşdıraraq  aşağıdakı  hallara  diqqət  yetirmək 

yerinə  düşərdi.  Aqroekoloji  monitorinq  üzrə  göstərilən  məlumatlar  ilk 

növbədə bitkiçilik sahələrinə aiddir. Onlar şübhəsiz ki, kənd təsərrüfatının bu 

sahəsinin  ciddi  surətdə  ekologiyalaşdırılması  üçün  mühüm  və  lazımi 

materialların əldə edilməsinə imkan yaradır. 

Prinsip  etibarilə,  aqroekoloji  monitorinq  sistemi  bütün  aqrosənaye 

kompleksini,  məhsulun  istehsalı,  hazırlanması  (emal)  ilə  əlaqəli  olan  bütün 

yarımsistemləri  əhatə  edir.  Yalnız  belə  olduqda,  kənd  təsərrüfatının 

ekologiylaşdırılması  konsepsiyasının  praktikada  mükəmməl  yerinə 

yetirilməsi üçün real və etibarlı əsas sayıla bilər. 

387 



 

masiyanın)  mükəmməl  sistemləşdirilməsi,  işlənməsi  və  təhlili,  müxtəlif 

funksional  məsələlərin  həlli  üçün  ondan  sonralar  operativ  istifadə  edilməsi, 

yalnız, qaydaya (nizama) salınmış informasiya axınının baza və ya məlumat 

bankı şəklində təşkil olunduqda mümkündür (şəkil 20.2). 

İlkin məlumatlar 

Məsafədən 

məlumatlar 

Yerüstü müşahidə 

məlumatlar (test 

sahələrində, 

poliqonlarda və s. ) 

Fond materialı 

Mövcud sahə xidməti 

müşahidələrinin 

məlumatı 

 

 



 

 

 



 

Ic

 

 



 

 

u.

 

 

 



W o

 

C

 

 

 



p 

-

 

■J-r

 

 

>



 

p ^

 

 



 

 

P u

 

 

 



 

75 3

 

C/:

 

 

 



 

i?

 

 



 

 

(/2

 

 

 



 

 

Baza məlumatlar 



Landşaft- 

ekoloji xəritənin 

Əsas neqativ 

proseslərin 

xəritə tonlıısu 

Cədvəllər 

Diaqramlar və 

digər qrafiki 

materiallar 

Fond materialı 

kataloqu 

Məsafəli 

məlumat 

katalocm 

Etalonların bankı 

(çirklənmə 

indikatorları, 

deşifrlənmə 

əlamətləri) 

MəUımai- 

ların 

qiyməllən- 



ılirilmosi. 

neqativ 


proseslərin 

təhlili və 

proqnozu 

İstehlakçıla

r: 

idarəçilik 



orqanı, 

qanunverici

planlaşdırm



a, 

layihə, elmi 

m.əsləhəı 

və 


digər 

təşkilatlar. 

torpaq 

istifadv

əçiliyi

 

Şəkil 20.2. 

Aqroekoloji monitorinqin məlumat bazasının formalaşması (torpaq 

monitorinqi timsalında) 

386 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə