Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə191/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   187   188   189   190   191   192   193   194   ...   216

özünün sahəsinə yaxın ola bilər, hətta bəzən onu keçə bilər. 

Havanın  çirklənmə  dərəcəsini  qiymətləndirmək  üçün  qüvvədə  olan 

YVK-ya  uyğun  olaraq  faktiki  son  bir  neçə  ildəki  (2  ildən  az  olmayaraq) 

birdəfəlik maksimum və ortasutkalıq konsentrasiyadan istifadə olunur. Ölçü 

işlərinin nəticələri hər məntəqə, maddə və müşahidə ili üçün ayrı- ayrı təqdim 

olunur. Hər maddə üçün 200-dən az olmayaraq müşahidə (nümunə) olmalıdır. 

Atmosfer  havası  təbii  mühitin  və  obyektlərin  zəncirvari  çirklənməsinin 

başlanğıc həlqəsi  sayılır. Ayrı-ayrı hallarda torpaq və səth  suları atmosferin 

təkrar  çirklənmə  mənbəyi  ola  bilər.  L.İ.Boltnevaya  görə  kompleks 

qiymətləndirmə  sisteminə  aşağıdakılar  daxildir:  sanitar  və  gigiyenik 

mövqedən  çirklənmə;  atmosferin  resurs  potensialı;  müəyyən  mühitə  təsir 

dərəcəsi;  torpaq-bitki  örtüyü  və  səth  suları;  antropogen  təsirin  mümkün 

neqativ nəticələrinin məkan və zamana görə miqyası. 

Hava  hövzəsində  çirkləndirici  maddələrin  əhalinin  sağlamlığına 

əlverişsiz  təsirinin  ehtimalı  dörd  sinfə  ayrılır:  birinci  -  hədsiz  dərəcədə 

təhlükəli; ikinci - yüksək təhlükəli; üçüncü - orta təhlükəli və dördüncü - az 

təhlükəli.  Atmosferin  resurs  potensialı  iqlimin  komfortluğunun  gigiyenik 

əsaslandırılması, ərazinin rekreasiya məqsədi üçün istifadəsinin mümkünlüyü 

nəzərə alınaraq qiymətləndirilməlidir. Bu zaman ilin soyuq və isti dövrlərində 

havanın  fizioloji-gigiyenik  təsnifatı  mühüm  məsələ  sayılır.  Atmosfer 

havasının  çirklənmə  dərəcəsinin  həlledici  mərhələsi  -  lokal  və  region 

səviyyəsində  texnogen  proseslərin  dinamikası  və  onların  qısamüddətli  və 

uzunmüddətli aspektlərdə neqativ nəticələridir. 

21.2.


 

SU OBYEKTLƏRİNİN ÇİRKLƏNMƏSİNİN 

QİYMƏTLƏNDİRİLMƏSİ MEYARI VƏ SU 

EKOSİSTEMLƏRİNİN DEQRADASİYASI 

Səth  suları.  Təbii  və  antropogen  mənşəli  ekoloji  pozuntu  zonalarının 

formalaşması müxtəlif göstəricilərlə (kimyəvi, bioloji və s.) müəyyən edilir. 

Kifayət  qədər  uzun  müddət  ərzində  (1  ildən  az  olmayaraq)  aparıcı 

göstəricilərin neqativ qiymətlərinin stabil qalması sanitar-ekoloji uğursuzluq 

haqqında  nəticəyə  gəlməyə  əsas  verir.  Normadan  kənara  çıxma,  bir  qayda 

olaraq  bir  neçə  meyarla  müşahidə  edilir.  Bu  baxımdan  su  mənbələrinin  və 

içməli suyun patogen mikroorqanizmlərlə və parazit xəstəliklərin törədiciləri 

ilə,  həmçinin  xüsusi  toksiki  (olduqca  təhlükəli)  maddələrlə  çirklənməsi 

müstəsnalıq təşkil edir, belə olduqda sanitar- ekoloji uğursuzluq haqqında bir 

meyar üzrə nəticə çıxarmaq olar. 

Fövqəladə  ekoloji  vəziyyət  və  ekoloji  fəlakət  zonası  ayırdıqda  su 

obyektlərinin təhlükəli çirklənmə dərəcəsini ümumi qiymətləndirmək 



390 


XXI FƏSİL 

ƏRAZİDƏ EKOLOJİ VƏZİYYƏTİN 

QİYMƏTLƏNDİRİLMƏSİ MEYARI 

21.L ATMOSFER HAVASININ ÇİRKLƏNMƏSİNİN 

QİYMƏTLƏNDİRİLMƏSİ 

Atmosferin  qiymətləndirilməsi  tədqiqat  ərazisində  hava  hövzəsinin 

çirklənməsinin hərtərəfli hesablanmasına (qeydiyyatına) əsaslanır; bu, birbaşa 

(bilavasitə), dolayı yolla və indikator meyarları ilə səciyyələnir. 

Birbaşa  (bilavasitə)  meyarına  geohidrokimyəvi,  geodinamiki,  tibbi- 

sanitariya və resurs meyarları daxildir. 



Geohidrokimyəvi  meyar  qrupu  geosferin  kimyəvi,  mexaniki,  radio- 

nuklid  çirklənməsini,  tibbi-sanitar  meyarı  ilə  bakterialoji  çirklənmənin 

qiymətləndirilməsinə imkan verir. Geodinamik meyar qrupu geosfer sahəsinin 

təbii  və  antropogen  geoloji  proseslərlə  pozulmasının  (zədələnmə-  sinin) 

qiymətləndirilməsi  ilə  əlaqədardır,  resurs  meyarı  isə  biotanm,  o  cümlədən 

insan 


cəmiyyətinin 

normal 


yaşaması 

üçün 


lazımi 

resursların 

qiymətləndirilməsi ilə əlaqəlidir. 

Dolayı  meyarlarla  qiymətləndirmə  geosferin  müasir  vəziyyətini 

həmhüdud (yanaşı) mühitin (atmosfer və torpaq, atmosfer və bitki örtüyü və 

s.) qiymətləndirilməsi meyarı vasitəsilə qiymətləndirməyə kömək göstərir. 

İndiqator (indiqasiya) meyarı ilə qiymətləndirmə bir qayda olaraq bu və 

ya  digər  geosferin  (təbii  mühitin  komponentlərinin)  ümumi  vəziyyətini 

göstərir. 

Qiymətləndirmənin  birbaşa  (bilavasitə)  meyarı.  Hava  hövzəsinin 

çirklənmə vəziyyətinin əsas meyarı insanın sağlamlığına mənfi təsir göstərən 

zərərli  maddələrin  Səhiyyə  Nazirliyi  tərəfindən  təsdiq  olunmuş  yol  verilən 

konsentrasiyanın (YVK) ölçüsü hesab edilir. 

Ayrı-ayrı  lokal  mənbələrdən  yayılma  və  torpağa  düşmə  prosesləri 

nəticəsində  çirkləndirici  maddələrin  konsentrasiyası  məsafə  uzaqlaşdıqda 

kifayət  qədər  tez  azalır.  Maksimum  konsentrasiya  borunun  (çirkləndirici) 

10...20  hündürlüyünə  bərabər  məsafədə  qeydə  alınır.  Buna  görə  də,  belə 

mənbələrdən insan səhhətinə təhlükəli təsir konsentrasiyası 

10..


 

.  100  km~  sahədə  müşahidə  edilir.  İynəyarpaqlı  ağac  cinslərinin 

atmosferin  çirklənməsinə  qarşı  həssaslığı  insanla  müqayisədə  bir  neçə  dəfə 

yüksək olduğundan, bitkilərin zədələnmə sahəsi 100... 1000 km—a çatır. 

İri sənaye aqlomerasiyalarında  çirklənmə  ayrı-ayrı mənbələr tərəfindən 

baş verir, burada neqativ təsirin ümumi sahəsi aqlomerasiyanın 



389 


 

Şəkil 20.3. Səyyar aqroekoloji laboratoriyanın struktur elementləri 

 ---------- Bir struktur element hüdudunda məlumat və fəaliyyət əlaqəsi 

 ---------- Ümumi struktur hüdudunda məlumat əlaqələri 



388 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə