Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə193/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   189   190   191   192   193   194   195   196   ...   216

roliz  olunan  azotun  miqdarı  bitkilərin  aktiv  vegetasiya  dövrünün 

başlanğıcında təyin edilir. 

Duzlu torpaqlar yayılan zonada suda həll olan duzların ümumi miqdarı və 

tərkibi  vegetasiyanm  başlanğıcında  və  sonunda  0...30,  31...40,  41  ...60, 

61...80,  81...  100  sm  qatlarda  və  ya  qrunt  suyunun  səthinə  qədər  (dərinliyi 

1,5...2,0 m olarsa) təyin  olunur. Qrunt suları dərində  yerləşərsə, (3...4 m  və 

daha  dərində)  ölçü  işləri  .xüsusi  «quyularda»  (skvajina)  müəyyən  edilir. 

Drenaj şəbəkəsi olduqda drenaj sularında minerallaşma dərəcəsi və duzların 

tərkibi, qida maddələrinin miqdarı, pestisidlərin qalıq miqdarı təyin edilir. 

Şorakətvari  və  şorakət  torpaqlar  zonasında  xüsusi  meliorasiya  üsulları 

(gips  və  ya  Ibsfogips  verilməsi,  plantaj  şumunun  aparılması)  həyata 

keçirildikdən sonra vegetasiyanm başlanğıcında və axırında 0...30, 

31..

 

.40,  41...50  sm  qatlarda  udulmuş  natriumun  miqdarı  mq.ekv/100  q 



torpaqda və ya faizlə təyin olunur. Torpağın turşuluğu (su və duz məhlulunda) 

şum qatında vegetasiyanm əvvəlində ölçülür. 

Suvarma  şəraitində  torpağın  rütubətliyinə  daima  nəzarət  edilməlidir. 

Bunun üçün cücərtilər göründükdə, sonra isə hər 7... 10 gündən bir vegetasiya 

dövründə, məhsul yığılmazdan əvvəl, həmçinin suvarmadan qabaq və sonra 

qat-qat hər 10 sm-dən bir 1 m dərinliyə qədər nümunələr götürülür. N, 



P2O5 

və  K20-nin  ümumi  miqdarı,  humus,  maksimum  hiq-  roskopiklik,  davamlı 

solma  rütubətliyi,  bərk  fazanın  sıxlığı  (xüsusi  kütlə)  vegetasiyanm 

başlanğıcında  və  sonunda  şum  qatında  (0....30  sm)  və  aşağı  qatlarda  1  m 

dərinliyə qədər (genetik qatlar üzrə və ya 30...40, 41 ...60, 60...80, 81 ...100 sm 

qatlarda) təyin edilir. 

Humusun  fraksiya  tərkibi,  udulmuş  əsasların  tutumu  və  tərkibi,  hid- 

rolitik  turşuluq  (turş  torpaqlarda),  karbonatlıq,  Ca,  Mg,  S,  Al,  Fe,  mik- 

roelementlər, ftor və ağır metalların tərkibi əkin  dövriyyəsinin əvvəlində və 

sonunda  şum  qatında  təyin  olunur.  Bunlarla  yanaşı,  bitkilərin  əsas  inkişaf 

fazalarında makro və mikroelementlərin miqdarı qiymətləndirilir; əldə edilən 

məhsulda  nitritlər,  nitratlar,  nitrozoaminlər,  pestisidlərin  və  onların 

metabolitlərinin qalıq miqdarı, ftor, ağır metallar təyin edilir. 

20.7.

 

AQROEKOLOJİ MONİTORİNQİN MATERİALLARININ 

MƏLUMAT BAZASININ TƏŞKİLİ 

Poliqon  və  lokal  aqroekoloji  monitorinq  sisteminə  daxil  olan 

uzunmüddətli  və  qısamüddətli  təcrübələrlə  əldə  olunan  kompleks  məlumat 

kifayət qədər mürəkkəb struktura malik olub bitkilərin hərtərəfli təsvirlərinin 

və  onların  məskunlaşdığı  mühitin  kəmiyyət  və  keyfiyyət  xarakteristikasının 

geniş toplusunu özündə cəmləşdirir. Bu məlumatın (infor- 



385 


in edilməsi

— proqnoz materiallarının əldə edilməsi. 

Göstərilən  məsələlər  sırasında  sonuncu  ikisi  müvafiq  eksperimental 

işlərin aparılmasında böyük əhəmiyyət daşıyır. 

Əldə olunan qiymətləndirmənin keyfiyyəti monitorinqin keyfiyyətindən 

asılıdır  (çöl  və  laboratoriya  işlərinin  planlaşdırılması,  onların  çoxhəlqəliyi, 

mərhələliyi,  meteoroloji  təminat,  lazımi  normativ  bazanın  mövcudluğu, 

mütəxəssislərin tərkibi və ixtisası). 

Əvvəlcə ərazinin torpaq örtüyünün vəziyyətinin yoxlama tədqiqat işləri 

yerinə  yetirilir,  alınan  nəticələrə  görə  torpaq  örtüyünün  vəziyyəti  ekoloji 

baxımdan  qiymətləndirilir,  həmçinin  daha  dəqiq  torpaq  tədqiqatının 

aparılması və ya aparılmaması haqqında nəticəyə gəlinir. 

Ağır  metalların  aşağıdakı  ekoloji  normallaşdırılması  növləri  ayrılır: 

landşaft, biotik, torpaq. 



20.6.

 

MELİORASİYA OLUNMUŞ TORPAQLARDA 

AQROEKOLOJİ MONİTORİNQİN APARILMASI 

XÜSUSİYYƏTLƏRİ 

Suvarma əkinçiliyi rayonlarında suvarmanın, kimyalaşdırma vasitələri və 

digər  faktorların  torpağın  münbitliyinə,  məhsuldarlığa  və  əldə  olunan 

məhsula, səth və qrunt sularının minerallaşmasına və çirklənməsinə təsirinin 

daha ətrallı uçotu tələb olunur. 

Uzunmüddətli stasionar təcrübələr və xüsusi poliqonlar bazasında yerinə 

yetirilən  monitorinq  lizimetrik  və  mikroçöl  təcrübələri  ilə  müşayiət 

olunmalıdır.  Aqroekoloji  monitorinq  zonadaxili  torpaq  və  hidrogeo-  loji 

xüsusiyyətləri  nəzərə  alınmaqla  suvarma  əkinçiliyinin  bütün  zonalarında 

aparılır. 

Torpaqda  qida  elementlərinin  mütəhərrik  formalarının  miqdarının 

dinamikasını öyrənmək üçün torpaq nümunələrini bu və ya digər bitkinin əsas 

inkişaf fazalarında götürmək lazımdır. Nitrat və amonium azotunun miqdarı 

torpağın  0...30,  31...40,  41...60,  61...80,  81...100  sm  qatlarından  götürülür. 

Vegetasiya dövrünün başlanğıcında və axırında nitrat azotunun miqdarı həm 

də bir qədər dərin qatlarda da (100... 120, 

121..

 

.140,  141...160,  161...180,  181...200  sm  və  ya  qrunt  suyunun 



səviyyəsinə qədər (əgər səthə yaxın yerləşərsə)) öyrənilir. 

Mütəhərrik fosfor və kaliumun miqdarı bitkinin əsas inkişaf fazalarında 

0...30,  31  ....40  sm  qatlarda  təyin  edilir.  Fosfor  və  kaliumun  mütəhərrik 

forması həm də, vegetasiyanın əvvəlində və sonunda 1 m dərinliyə qədər də 

öyrənilir.  Mikroelementlərin  mütəhərrik  formaları,  ftor  və  ağır  metallar, 

torpağın nitrifikasiya qabiliyyəti və bioloji aktivliyi, asan hid- 



384 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə