Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə195/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   191   192   193   194   195   196   197   198   ...   216

fektliyini  azaltmaqla  bərabər,  həm  də,  təbii  komplekslərin  çirklənməsi 

ehtimalını artırır. 

Ekoloji  təhlükəsizliyin  tələblərinə  uyğun  olaraq  aqroekosistemin  əsas 

blok-komponentlərinə nəzarətin aparılması mütləq lazımdır. Üzvi gübrələrin 

müxtəlif  növlərində  analiz  apararaq  tərkibində  olan  makro  və 

mikroelementləri,  patogen  mikrofloranı  və  helmintlərin  yumurtalarını  aşkar 

etmək vacibdir. Ənənəvi olmayan üzvi tullantılarda (sapropel, sənaye və kənd 

təsərrüfatı  müəssisələri  tullantılarından  alman  hər  cür  kompostlar)  ağır 

metalların və pestisidlərin qalıqlarının miqdarı təyin edilməlidir. 

Bütün yuxarıda göstərilənlər uzunmüddətli stasionar təcrübə sahələrində 

və  ya  aqroekoloji  monitorinqin  poliqonlarında  hərtərəfli  tədqiqatların 

vacibliyini  təsdiq  edir.  Belə  tədqiqatlar  müxtəlif  əkin  dövriyyəsində 

kimyalaşdırma  vasitələrinin  kompleks  tətbiqi  sisteminin  aqrokimyəvi 

maddələrlə  müxtəlif  dərəcədə  «doymasının»  əsaslandırılmış  müqayisəli 

səciyyəsini əldə etməyə imkan yaradır. 

Pestisidlərin  torpaq  və  bitkilərdə  miqdarının  dinamikası  mühüm 

göstəricidir. Dinamikanı öyrənmək üçün nümunələr minimum 3...4 müddətdə 

götürülür:  birinci,  torpağın  becərildiyi  gün  (ilkin  miqdar),  so-  nralar  isə 

becərmədən 3...5, 15...30 və 50...60 sutkadan bir götürülür. 

Aqroekoloji  monitorinqdə  bitki  məhsulunda  zərərliliyin  (və  ya 

zərərsizliyin) cəminin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. 

Torpağın fıtotoksiklik dərəcəsinin cəmi, bir qayda olaraq bioindika- siya 

metodu ilə qiymətləndirilir. 

Torpağın mikroflorası torpaqəmələgəlmə prosesində əsas faktor sayılır. 

Torpağın  keyfiyyəti  onun  münbitliyi  ilə  təyin  edilir;  mikroorqa-  nizmlərin 

biokütləsi,  torpaqda  biokimyəvi  proseslərin  intensivliyi,  mik-  rofloranm 

taksonomik  tərkibi  və  onun  fəaliyyət  müxtəlifliyi  münbitliyin  mühüm 

göstəriciləri hesab olunur. 

Müxtəlif  əkinçilik  sistemi  əsasında  uzun  müddət  ərzində  stasionar 

təcrübələrdə  formalaşan  torpağın  müxtəlif  münbitliyinin  bioloji  aktivliyinin 

parametrlərinin  qiymətləndirilməsi  təxirəsalınmaz  vəzifələrdən  biridir.  Belə 

qiymətləndirmə  təbii  şəraiti  müxtəlif  olan  əkinçilik  zonalarında  əsas  torpaq 

tiplərində aparılır. 

Torpağın  kəmiyyət  və  keyfiyyət  parametrlərini,  bioloji  xassələrinin 

normativ bazasının hazırlanması kənd təsərrüfatı istehsalı prosesində onların 

dəyişilməsi üzrə sistemli müşahidələrin aparılmasına imkan yaradır. 

Yuxarıda  göstərilənlərə  uyğun  olaraq  qeyd  etmək  lazımdır  ki,  mik- 

robioloji  monitorinqin  (aqroekoloji  monitorinqin  əsas  ‘hissəsi  kimi) 

məqsədini aşağıdakı kimi təyin etmək olar: 

1. Respublikanın müxtəlif regionlarında torpağın bioloji xassələrinin 



381 


siya  əmsalı  aşağı  düşür.  Bu  halda  da,  torpaqdan  azotun  və  gübrr>lərin 

aparılması  müvafiq  olaraq  artır,  torpağa  simbiotik  azotun  daxil  olması  isə 

azalır. 

Birillik paxlalı bitkilər üçün torpağa daxil olan üzvi maddələrin, ümumi 

və simbiotik azotun miqdarı hər il vegetasiyanm sonunda, çoxillik paxlalılar 

üçün isə səpin qabağı torpağın şumlandığı ili təyin edilir. 

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və gübrələrin effektli təsirini 

müəyyən  edən  torpağın  münbitliyinin  mühüm  göstəricisi  torpaqda  olan 



mütəhərrik fosfor  hesab edilir. O da, aqroekoloji monitorinq obyektinə aid 

edilir. 


Burada əsas problem - torpaqda müəyyən miqdarda fosforun toplanması 

«torpaq - gübrə - bitki» sistemi tədqiqatlarına əsaslanır. Müəyyən edilmişdir 

ki,  bitkilərin  fosfora  olan  tələbatını  təmin  etmək  üçün  onun  torpaqda  kök 

sistemi səthində konsentrasiyası mühüm əhəmiyyət daşıyır. Konsentrasiyanın 

dərəcəsi  bitki  kökləri  tərəfindən  fosforun  udulması  və  torpağın  bərk 

fazasından onun keçməsi hesabına bərpa olunmasından asılıdır. 

Məlum  olduğu  kimi,  fosfor  gübrələrinin  ekoloji-aqrokimyəvi 

qiymətləndirilməsi üçün fosforun  yalnız əsas qida elementi kimi deyil, həm 

də,  gübrələrin  tərkibində  ətraf  təbii  mühit  üçün  təhlükəli  qarışıqların 

mövcudluğu haqqında məlumatların olması vacibdir. 

Torpağın  münbitliyini  yaxşılaşdırmaq  və  becərilən  bitkilərin 

məhsuldarlığını yüksəltməkdə üzvi gübrələr xüsusi əhəmiyyət kəsb edir. 

Üzvi  gübrələr  bitkinin  mənimsəməsi  üçün  lazım  olan  qida  maddələri 

ehtiyatının  yerini  doldurmaqda mühüm mənbə sayılır, onlar torpağa müsbət 

meliorativ təsir göstərir, qismən humus vəziyyətinin optimallaş- masına şərait 

yaradır. Üzvi gübrələrin, ağır metalların və digər kimyəvi elementlərin toksiki 

təsirini azaltmaq qabiliyyəti də məlumdur. Məsələn, Yaponiyada quş peyini və 

kompostun  torpağa  verilməsi  nəticəsində  düyüdə  kadmiumun  miqdarı 

azalmışdır.  Torf  və  çirkab  sularının  verilməsi  ilə  də  xrom  birləşmələrinin 

toksikliyi aşağı düşmüşdür. 

Üzvi gübrə kimi çirkab sularının çöküntüləri ətraf mühit üçün təhlükəli 

ola  bilər.  Onlardan  üzvi  gübrə  kimi  yalnız  çöküntülərin  dəqiq  kimyəvi 

analizindən və xüsusi sahəciklərdə sanitar yoxlamadan sonra elmə əsaslanmış 

dozalarla istifadə etmək olar. 

Üzvi  gübrələrdən  istifadə  edildikdə  ətraf  mühitin  çirklənməsi 

mümkünlüyünü nəzərə alaraq onların keyfiyyətinə, tərkibində ola biləcək to- 

kisiki maddələrə nəzarət etmək lazımdır. 

Peyin  və  digər  üzvi  gübrələrdən  düzgün  istifadə  edildikdə  əkinçiliyin 

mədəniyyəti daha  yüksək olur. Üzvi gübrələrin  hazırlanması, saxlanması və 

istifadəsi üzrə elmə əsaslanmış tövsiyələrin pozulması gübrələrin ef- 



380 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə