Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə189/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   185   186   187   188   189   190   191   192   ...   216

ricilərin yüksək konsentrasiyası şəhərdən lOOkm uzaqda da qeydə alınır. 

Görünür, urbanizasiya prosesinin dinamik surətdə inkişafı sosial- iqtisadi 

inkişafı obyektiv olaraq əks etdirir. Şəhərlərin yalnız sayı çoxalmaqla, sahəsi 

böyüməklə bitmir, onlar həm də, bir-birilə qovuşaraq, birləşərək aqlomerasiya 

(təsərrüfat, əmək, məişət vƏ mədəni əlaqələrlə birləşən yaşayış, məntəqələr 

sistemi) əmələ gətirir. Xarici ölkələrdə su- peraqlomerasiya - konurbasiyalar 

yaranmışdır.  Onlardan  ən  nəhəngləri  ABŞ-da:  Bosvaş  (Boston-Vaşinqton), 

Çipitts  (Çikaqo-Pittsburq),  Sansan  (San-Fransisko-San-Diyeqo).  XXI  əsrin 

birinci  yarısında  Yer  kürəsində  belə  urbanlaşma  nəhənglərinin  sayı  I

6

O

-1

 

keçəcək.  İri  şəhərlərin  qeyri  mütənasib  böyüməsi  orada  təsərrüfatın  idarə 



edilməsində  çətinliklər  yaradır,  onlar  yeni  mürəkkəb  ekoloji  problemlərlə 

qarşılaşır. 

XX  əsrin  birinci  yarısında  iri  şəhər  mərkəzləri  böyük  əhali  kütləsini 

özündə  cəmləşdirərək,  şəhər  mühitinə  neqativ  təsirlərin  artmasına  gətirib 

çıxardı.  Yaşayış  şəratinin  deqradasiyası  varlı  əhalinin  şəhər  ətrafına 

köçməsinə  səbəb  oldu.  Lakin  bir  iri  şəhərin  şəhərətrafı  qəsəbələri  digər 

şəhərin  şəhərətrafı  qəsəbələrlə  qovuşaraq  urbanlaşma  ərazisinin  nəhəng 

formasız  (amorf)  massivlərini  əmələ  gətirdi.  Yaponiyada  belə  massivlər 

tədricən Xonsyu adasının bütün cənub sahillərini tutmağa başlayır. 

ABŞ-da da qarşısı alınmayan belə nəhəng şəhərlər formalaşır. Atlantik 

okeanının sahilində ayrı-ayrı şəhərlər - məsələn.  Boston və Vaşinqton (900 

km-ə yaxın məsafə) tez bir zamanda birləşdi. 

İri  şəhərlərin  sənaye  mərkəzlərində  sənayenin  həddindən  artıq  cəm- 

loşməsi  nəqliyyat  probleminin  həllini  mürəkkəbləşdirir,  enerji,  su  və  digər 

resurs  növü  ilə  təchizatı  çətinləşdirir,  ekoloji  yaşayış  mühitini  kökündən 

dəyişərək, sanitar-gigiyena vəziyyətini pisləşdirir (şəkil 



21

.

1

). 

XX  əsrin  sonlarında  insanın  bir  bioloji  növ  kimi  deqradasiyasi 



mümkünlüyü məsələsi ekoloji baxımdan hakim problem hesab edildi. Bunu 

dünyanın  bir  sıra  regionlarında  müşahidə  c^mək  olar.  Məsələn,  Rusiyanın 

Səhiyyə  Nazirliyinin  məlumatına  görə,  ölkədə  əqli  tamqüsur-  lu  olmayan 

adamların sayı 4%-ə, bəzi regionlarda hətta 10... 12%-ə çatır; hər il müalicəsi 

hələ  mümkün  olmayan  genetik  və  xromosom  pozuntusu  ilə  200  min  körpə 

doğulur.  Zəhərlənmə  hələ  ananın  bətnində  başlayır,  belə  ki,  embrion  bütün 

toksinləri acgözlüklə özünə çəkir. 

İnsanın  məskunlaşdığı  yerin  ekologiyasının  elmi  əsasla  hazırlanması 

hazırkı  mərhələdə  başlıca  olaraq  hava  mühitinin,  içməli  suyun,  qida 

məhsullarının optimal vəziyyətinin keyfiyyət göstəricilərinə əsaslanır. Lakin 

sclitcb  zonanın  ekoloji  sisteminin  deqradasiya  prosesləri  daha  əvvəl  (tez) 

başlayır.  Onlar  əhalinin  sağlamlıq  vəziyyətində  gözə  çarpacaq  dərəcədə 

kənara  çıxmanı  qabaqlayır.  Odur  ki,  bu  proseslərin  qabaqcadan  qarşısını 

almaq lazımdır. 



395 


 

müəyyən  rayonun  ümumi  ekoloji  parametrlərinin  (ümumi  iqlim  və 



landşaftdan başlayaraq) qeydiyyatı; 

 



çirklənmənin texnogen və iqlim potensialı və  ya  seliteb  kompleksin 

deqradasiyası potensialı üzrə ətraf mühitin vəziyyətinin müqayisəli təhlili

 

mühəndis-ekoloji  səciyyədən  istifadə  (ərazinin  ekoloji  tutumu,  təbii 



kompleksin  biogeokimyəvi  aktivliyi,  demoqrafik  tutum,  reproduktiv 

qabiliyyət və s.); 

 

sənaye  obyektlərindən  (yaxında  və  uzaqda  yerləşən),  nəqliyyat 



sistemindən,  əkinçiliyin  kimyəvi  proseslərindən,  heyvan  və  məişət 

tullantılarının  kənarlaşdınlmasından  və  istifadəsindən,  xüsusi  təhlükəli 

maddələrdən  (radioaktiv,  yüksək  toksiki,  kansorogen)  yaranan  texnogen 

yükün  məhdudlaşdırılması  və  aşağı  salınması  üzrə  təbiəti  mühafizə 

tədbirlərinin yerinə yetirilməsi nəticəsində hava və su hvözələrinin, torpaq və 

bitki örtüyünün qorunması dərəcəsinin uçotu. 

Beləliklə,  seliteb  zonanın  ərazisindən  ekoloji  baxımdan  neqativ  təsir 

göstərən istehsalat və nəqliyyat obyektləri, həmçinin sanitar-qoruyucu zonası 

300m-dən  artıq  olmayan  müəssisələr,  şəhərətrafı  rabitə  yolları  və  s. 

çıxarılmalı,  ekoloji  təhlükəli  məntəqələr  (avtoyanacaq  məntəqələri,  elektrik 

ötürücüsü  xətləri)  optimal  yerləşdirilməli;  səs,  vibrasiya  yükünü  azaltmaq 

lazımdır. 

Seliteb  zonanın  kompleks  ekoloji  qiymətləndirilməsi  müxtəlif 

demoqrafik  və  iqtisadi  göstəricilərlə  (ərazinin  ümumi  sahəsi  və  əhalinin 

ümumi  sayı,  məskunlaşma  xüsusiyyətləri  və  əhalinin  sıxlığı);  əlverişsiz 

ərazinin  (çökməyə,  sürüşməyə,  güclü  eroziyaya,  seysmik  təhlükəyə,  selə, 

daşqın dövründə subasmaya məruz qalan ərazilər), ətraf mühitin vəziyyətinin 

kəmiyyət və keyfiyyət səciyyəsi ilə təyin edilir. 

Məlum olduğu kimi, əhali məskunlaşan yerlər texnogen yükün davamlı 

artan təzyiqi altında olur, bu, istehsalat tsiklləri prosesində, nəqliyyatın, kənd 

təsərrüfatı istehsalının, kommunal-məişət təsərrüfatının inkişafının və s. təsiri 

nəticəsində  baş  verir.  Belə  şəraitdə  ekoloji  tarazlığın  təbii  mexanizmini 

saxlamaq olduqca mürəkkəb işdir. 

İri şəhərlərdə güclü antropogen təzyiqlər aktiv şəkildə cəmləşir. Şəhərlər 

isə  bütövlükdə  xüsusi,  süni  məskunlaşma  mühiti  olub,  kənardan  daxil  olan 

yaşayışı  təmin  edən  resurslardan  asılıdır.  Belə  mühitdə  maddələrin  təbii 

dövranında  boşlıq  yaranır,  təbii  mühitə  xas  olan  özünübər-  pa  və 

özünütəmizləmə  mexanizmi  pozulur.  Şəhərlərdə  yaranan  tullantılar  və 

çirkləndiricilər bütün biosfer üçün ciddi təhlükə sayılır. 

Müasir  böyük  şəhər  mürəkkəb  sistem  olub  təbii  mühitin  dəyişməsində 

yalnız  şəhər  sərhədi  daxilində  deyil,  həm  də  şəhər  sərhədindən  kənarda  da 

güclü faktor hesab olunur. Məsələn, Moskva ətrafında çirkləndi- 



394 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə