Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə186/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   182   183   184   185   186   187   188   189   ...   216

hamibliyin anomal nəticəsinə səbəb olur. 

1996-cı  ildə  Rusiya  Federasiyasının  Dövlət  səhiyyə-epidemioloji 

nəzarəti  «videodispley  terminallara,  fərdi  elektron-hesablama  maşınlarına 

(FFHM)  və  işin  təşkilinə  gigiyena  tələbatı»nda  FEHM-da  yaşlılar  üçün 

fasiləsiz iş müddəti 2 saat, 5-6 yaşlı uşaqlar üçün 10 dəq., az yaşlı məktəblilər 

üçün  15  dəq.,  5-7-ci  siniflər  üçün  20  dəq.,  8-9-cu  sinillər  üçün  isə  25  dəq, 

müəyyən edilmişdir. Yuxarı siniflər üçün birinci dərsdə .^0 dəq., ikinci dərsdə 

15 dəq. iş vaxtı tövsiyə olunur. Minimum fasilə 15 dəq. olmalıdır. 10-11-ci 

siniflər üçün FEHM-dən istifadə həftədə 2 dərs, qalan siniflər üçün isə həftədə 

1 dərsdən artıq olmamalıdır. 

Stolun  hündürlüyü  680-dən  800  mm-ə  qədər  nizamlanmalıdır,  bu 

mümkün olmasa, stolun hündürlüyü 725 mm təşkil edib ayaqaltısı olmalıdır. 

İstifadəçinin  kreslosu  mütləq  qalxıb-çevrilən  olmaqla,  yuxarıya  və  yanlara 

nizamlanmalıdır.  İş  yeri  ekranın  yanında  sənədlər  qoyulmaq  üçün  pyuputlə 

təchiz olunmalıdır. 

İstifadəçinin gözü ilə monitorun ekranı arasındakı məsafə 50 sm-dən az 

olmamalı,  optimal  60-70  sm  təşkil  etməlidir.  Bir  nəfər  yaşlı  istifadəçi  üçün 

sahə 6 m--dən az, həcm isə 20 m^-dən az olmamalıdır. 

Ümumi  işıqlandırma  mənbəyi  kimi  lyuminessent  lampalarından  (LB) 

istifadə olunması məsləhət görülür. Pəncərədən düşən təbii işıq yandan yaxşı 

olar ki, sol tərəfdən düşsün. 

Elektromaqnit  təhlükəsizliyi  Mərkəzi  (Moskva)  aşağıdakı  tədbirləri 

hazırlamışdır. 

1.

 



Ekranın  aşağı  səviyyəsi  gözlərin  səviyyəsindən  20  sm-dən  aşağıda, 

ekranın yuxarı kənarının səviyyəsi isə alın hündürlüyündə olmalıdır. 

2.

 

Klaviaturun  hündürlüyü  elə  nizamlanmalıdır  ki,  istifadəçinin 



barmaqları horizontal vəziyyətdə olsun. 

3.

 



Kreslonun söykənəcəyi istifadəçinin kürəyinə dayaq olmalıdır. 

4.

 



Omba ilə onurğa arasında bucaq 90® olmalıdır. 

5.

 



Otaqda rütubətliyi yüksəltmək lazımdır; çiçək dibçəklərini, akvariumu 

kompüterdən 1,5 m radiusunda yerləşdirməlidir; optimal rütubət- liyin 21®C 

temperaturda 60% olması məsləhətdir. 

6.

 



Yaşlı istifadəçinin monitor ekranı arxasında iş vaxtının tam uzunluğu 

(adi monitor qoruyucu ekranla) 8 saatlıq iş günündə 4 saat olmalıdır. 

7.

 

Hər iş saatının sonunda 5 dəqiqəlik, 2 saatdan sonra 15 dəqiqəlik fasilə 



etməli, monitoru söndürüb iş yerini tərk etməlidir. 

FEHM-di>iş üzrə Amerika tövsiyələrindən aşağıdakıları qeyd edək: 

1.

 

Ekran təxminən göz səviyyəsindən 20® aşağı olmalıdır. 



2.

 

Açıq fonda tünd hərflər daha asan oxunur. 



3.

 

Hər 10 dəqiqə 5-10 saniyə ekrandan kənara nəzər salmalıdır. 



402 


mobil  rabitənin  bazası  (mənbəyi)  yarada  bilər.  1996-cı  ildə  Moskvada  belə 

baza stansiyaları 100-dən artıq olmuşdur. 

Kompüterlər  geniş  spektrdə elektromaqnit  şüalanması  yaradır: rentgen, 

ultrabənövşəyi, yüksəktezlikli (10-300 MQs), aşağitezlikli (5 Qs- 300 kQs) və 

elektrostatik sahə. 

İstifadəçi üçün başlıca təhlükə monitorun diapazonunda 20 Qs-300 MQs 

tezlikli  elektromaqnit  şüalanması  və  ekrandakı  statik  elektrik  yükü  sayılır. 

Elektromaqnit şüalanması bütün istiqamətlərdə yayılır və yalnız istifadəçiyə 

deyil, həm də ətrafdakılara (monitordan 5 m aralıda olan) təsir göstərir. 

Yaxşı  konstruksiyah  kompüter  süzgəci  (əgər  yerlə  əlaqələndirilirsə) 

elektrostatik sahəni xeyli azalda bilər. 

Personal kompüterlərinin işi havanın aeroion tərkibini pisləşdirir (yüngül 

aeroionlar  azalır,  ağır  aeroionların  sayı  çoxalır).  İşin  başlanğıcından  2  saat 

sonra  əmələ  gələn  baş  ağrısı  çox  vaxt  yüngül  aerozolun  çatışmazlığı  ilə 

bağlıdır.  Yoxlama  aparılan  kompüter  otaqlarının  95%-dən  çoxunda  yüngül 

aeroionların çatışmazlığı müşahidə olunmuşdur. 

Kompüterdən istifadə zamanı insan aktiv seyirçi  yükünə malik olur: o, 

displeydə şəklə baxır, konkret məlumatlar alır, simvolları, qrafikləri, tekstləri 

oxuyur və yerinə yetirdiyi iş üzrə qərar qəbul etmək üçün daima məşğuldur. 

Kompüter arxasında əyləşən şəxsin  gözləri  iş  günü ərzində 15-20 min dəfə 

fokus axtarmalıdır. 

Ekranın  parıltı  titrəyişi,  simvolun  görünüşünün  yaxşı  olmaması,  işıq 

ləkələrinin və təhrillərin olması, aydınlıqlı (parlaqhqlı) kontrasthğın optimal 

qarşılıqlı nisbətindəki problemlər istifadəçinin gözlərində və beynində ciddi 

problemlər  yaradır,  bu  isə  seyrçi  diskomfortuna,  gözlərin  sancmasına,  60- 

85'/o istifadəçinin görmə qabiliyyətinin pisləşməsinə səbəb olur. 

Kompüter  istifadəçiləri  üçün  sağlamlıqlarında  bir  sıra  subyektiv 

şikayətlər səciyyəvidir.  Bura  gözlərin sancması,  baş ağrısı,  yüksək  əsəbilik, 

yorğunluq, yaddaş pozğunluğu, yuxunun pozulması, saçın tökülməsi, dərinin 

quruluğu  və  qızarması,  ekzema  və  allergiya,  düzgün  oturmamaqla  əlaqədar 

qarında və beldə ağrı, işçi yerinin konfiqurasiyasının düzgün olmamasından 

(yerləşməməsindən) irəli gələn bilək və barmaqlarda ağrılar daxildir. 

Ümumiləşdirilmiş  məlumatlara  əsasən  monitorinq  arxasında  sutkada  2 

saatdan  4  saata  qədər  işləyənlərdə  mərkəzi  sinir  sistemində  funksional 

pozuntular, kontrol qruplarla müqayisədə 4,6 dəfə tez-tez; ürək- damar sistemi 

xəstəlikləri  2 dəfə tez-tez;  yuxarı tənəffüs  (nəfəs)  yollarının xəstəlikləri  1,9 

dəfə tez-tez; dayaq-hərəkət aparatında xəstəliklər isə 3,1 dəfə tez-tez baş verir. 

Kompüterdə iş vaxtının uzadılması istifadəçilər arasında sağlam və xəstələrin 

sayını  kəskin  artırır.  Müəyyən  edilmişdir  ki,  monitorların  elektromaqnit 

şüalanması təsirinin tez-tez olması 



401 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə