Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə183/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   179   180   181   182   183   184   185   186   ...   216

 


Səs,  ümumi  bioloji  qıcıqlandırıcı  olub  insan  orqanizminin  bütün 

orqanlarına  və  sisteminə  təsir  göstərərək  müxtəlif  fizioloji  dəyişkənliklər 

əmələ  gətirir.  Bu  təsir  həm  spesifik  xarakter  (eşitmənin  dəyişməsi)  daşıyır, 

həm  də  qeyri  spesifik  hadisələr  (qan  təzyiqinin  yüksəlməsi,  diqqətin  və 

yaddaşın  zəifləməsi,  gözlərin  yorğunluğu),  psixi-fizioloji  göstəricilərin 

(qıcıqlanmanın  artması,  yuxunun  pozulması,  həmçinin  məktəbə  hazırlığın 

aşağı  düşməsi)  pozulması  şəklində  özünü  göstərə  bilər.  Ətraf  mühitin  səs 

çirklənməsi  şəraitində  yaşayan  uşaqlarda  çox  vaxt  məktəbə  hazırlaşma 

problemi  yaranır.  Bu  uşaqlarda  psixi  pozuntuların  artma  sürəti  İdBA 

səviyyədə  səsə  0,5%  olduğu  aşkar  edilmişdir.  Səsin  təsir  effekti  genetik  və 

orqanizmin  əldə  etdiyi  xüsusiyyətlərdən  asılıdır.  Bəzi  adamlar  səsə  qarşı 

xüsusi hissiyata malikdir. 

 

Səsin  ürək-damar  sisteminə  təsiri.  Səs ürək-damar sistemi stresinin 



potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həs də gecə 

vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Böyük 

Britaniyada  nəqliyyat  səsinin  təsiri  qiymətləndirildikdə  ürəyin  işemiya 

xəstəliyi 66-77 dBA səviyyədə 1,1 təşkil edildiyi aşkar olunmuşdur. Alman 

alimlərinin «hadisə-nəzarət» metodu ilə apardığı tədqiqatlar göstərdi ki, 60-80 

dBA  səviyyəsində  səs  infarkt-miokardanın  əmələ  gəlməsi  riskini  yaradır. 

Magistral  nəqliyyatının  və  aeroportun  yüksək  səviyyədə  səsinin  təsiri 

nəticəsində  uşaqlarda  sistoloji  və  diostoloji  qan  təzyiqinin  yüksəlməsi 

müəyyən edilmişdir. 

Bir  sıra  mənbələrdən  yaranan  səsin  gündəlik  təsiri  fizioloji  sistemlər 

bərpa olunduğu istirahət dövründə əhalinin sağlamlığına pis təsir göstərə bilər. 

Fasiləsiz  yüksək  səs  qan  təzyiqinin  qalxmasına,  ürək  döyüntüsünün 

qısalmasına, qan damarlarının daralmasına, qanın əzələlərə, beyinə və digər 

orqanlara verilməsinin güclənməsinə səbəb olur. Səsin təsiri nəticəsində beyin 

maddələrində  adrenalinin  və  noradrenalinin  ayrılması  arta  bilər.  Məlum 

olduğu kimi, adrenalin ürəyin fəaliyyətinə təsir göstərir, sərbəst turşu və qanın 

ayrılmasına  şərait  yaradır.  İnsanda  belə  effektin  yaranması  üçün  onun  qısa 

müddət ərzində 60-70 dBA səviyyəsində səsə məruz qalması kifayət edir. 

 

Səsin  əsəb  sisteminə  təsiri.  Assosiativ  reaksiyaların  tədqiqatlarının 



nəticələri  göstərdi  ki,  əlverişsiz  akustik  şəraitdə  yaşayan  şəxslərdə  mərkəzi 

əsəb sisteminin funksional vəziyyətinin dəyişməsinin ilkin əlamətləri görünür. 

Təyyarə tərəfindən yaranan nisbətən az intensiviikli səs (50-60 dBA) yalnız 

elektrokortikal refiekslərin şərti qıcıqlandırıcısı deyil, həm də orqanizmə digər 

təsirlərin  siqnalı  ola  bilər.  Bundan  başqa,  uçan  təyyarələrin  saatlıq  təsiri  və 

daim  davam  edən  səs  70  dBA  səviyyədən  yüksək  işləyən  aviasiya 

mühərriklərinin  səs-küyü  mərkəzi  əsəb  sisteminin  funksional  vəziyyətində 

davamlı oyanma yaranmasına səbəb olur. 



408 


hesabla  3  dBA  miqdarında  artır.  Mütəxəssislərin  fikrinə  görə,  birləşmiş 

Avropada  130  mln-dan  artıq  adam,  səviyyəsi  65  dBA-dan  yüksək  inten- 

sivlikli səsin təsirinə məruz qalır, 400 mln-dan artıq adama isə səviyyəsi 55 

dBA-nı keçən səs (yəni normativdən artıq) təsir göstərir. 

Yeniyetmələr üçün pleyerlər və diskotekalar xüsusilə təhlükə yaradır. 

Skandinaviya alimləri belə nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə ağır 

eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi  isə pleyerlər- dən sui 

istifadə  və  diskotekalardakı  səs-küydür.  Diskotekalarda  səsin  adi  səviyyəsi 

80-100  dBA  arasında  tərəddüd  edir,  pleyerin  səsinin  gücü  100-114  dBA-ya 

çatır. Elə kömürsındıran çəkic də, belə qulaqbatırıcı səslə işləyir, lakin belə 

vəziyyətdə səsdən qorunma tədbiri nəzərdə tutulur. Fransız mütəxəssislərinə 

görə,  pleyer  əsrində  eşitmənin  pozulması  gənclərdə  müşahidə  olunur  və 

pleyerdən sonra bu adamlar eşitmə aparatına keçməlidir. 

Bakının  şadlıq  evlərində  musiqi  səsinin  səviyyəsi  demək  olar  ki,  dis- 

kotekalardakı səsin səviyyəsinə yaxındır. Burada eşitmənin pisləşməsinin ilk 

simptomunu  «toy»  effekti  adlandırmaq  olar.  Çoxsaylı  insanların  toy 

məclisində  gur  səsin  təsirindən  yanında  əyləşən  ayrı-ayrı  məclis 

iştirakçılarının danışıq səsini və nitqini qarışıq salırsan, bilmirsən kim nədən 

söhbət  edir,  nə  üçün  gülür,  pis  vəziyyətdə  qalırsan.  Toydan  çıxanda  elə  bil 

başın şişir, süstləşirsən, o gecəni yata bilmirsən, səhər isə iştahan olmur, əzgin 

halda  durub  evdən  çıxmağa  çalışırsan.  Sonralar  isə  çoxsaylı  görüşlərdən 

kənarlaşmağa  çalışırsan,  bu  isə  insanı  sosial  təcrid  olunmağa,  təklənməyə 

aparır. Musiqinin səsi ucaldıqca orqanizmdə çoxlu miqdarda stres hormonları, 

məsələn  adrenalin  yaranır.  Bu  zaman  qan  damarları  daralır,  bağırsağın 

fəaliyyəti  ləngiyir.  Sonralar  isə  bütün  bunlar  ürəyin  və  qan  dövranının 

fəaliyyətini də pozur. Bu həddindən artıq yüklənmə infarkta səbəb ola bilər. 



22.2.3.

 

Səs və vibrasiyanın ətraf mühitə və insana təsiri 

Səsin  insana  və  onun  orqanizminə  təsiri  və  ona  qarşı  tədbirlər  son 

onilliklərdə bütün dünyada ən aktual problemlərdən biri sayılır. Qeyd edildiyi 

kimi,  səs  insana  istehsalatda  (sənaye  müəssisələri  və  bəzi  səsli  obyektlər), 

küçədə  və  evdə  təsir  göstərir.  Yaşayış  evində  buna  çox  vaxt  zəngin 

radiotexnika, divarların konstruksiyası və s. səbəb olur. 

Sənayenin intensiv artması səs və onun insanlara təsiri haqqında elmin 

inkişafına səbəb oldu. 1868-ci ildə alman fiziki H.Helmhols (1821- 1894) ilk 

dəfə eşitmə və görmənin fiziologiyasını əsaslandırdı. Həmin vaxtdan etibarən 

sağlamlığa  ziyanlı  istehsalatda  (dəmirçi,  pərçimçi,  qazançı)  insanlarda  ağır 

eşitmə ilə bağlı müxtəlif istiqamətlərdə tədqiqatlar aparılmışdır. 

407 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə