Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə185/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   181   182   183   184   185   186   187   188   ...   216

Yaponiyada  aparılan  tədqiqatlar  göstərdi  ki,  uşaqların  televiziya 

verilişlərinə  aludə  olması,  onların  «beyinlərinin  pozulması»,  «leksik  ano- 

maliyası»  ilə  kifayətlənmir,  bu  həm  də  onların  görmə  qabiliyyətinin 

pisləşməsi,  oynaqlarının  xəstələnməsi,  kökəlməsi,  qan  təzyiqinin 

yüksəlməsinə  səbəb  olur.  Televiziya  verilişlərinə  baxmaq  ən  çox  hamilə 

qadınlar və doğulan uşaqlar üçün təhlükə yaradır. 

Yapon mütəxəssislərinə görə, ailədə söhbətlər və sadə «dil» ünsüyyə- ti 

psixoloji  iqlimi  yaxşılığa  doğru  dəyişdirir,  sinir  sistemini  möhkəmlədir, 

uşaqları daha təmkinli və sakit edir. 

22.2.2.

 

Ətraf mühitin akustik (səs) çirklənməsi 

Seliteb zonanın  ətraf mühitinin çirklənməsində akustik  (səs) çirklənmə 

xüsusi yer tutur. Səs aləmi - insanın, bir çox heyvanların və bəzi ali bitkilərin 

məskunlaşdığı mühitin ayrılmaz hissəsidir. 



Ətraf  mühitin  akustik  (səs)  çirklənməsi  və  sağlamlığa  təsiri.  Səs 

tezliyi  20  hs-lə  20000  hs  arasında  olan  və  ixtiyari  elastik  mühitdə  yayılan 

mexaniki dalğadır. Tezliyi 20 hs-dən aşağı olan səs infrasəs, 20000 hs- dən 

yuxarı olan səs ultrasəs, 10‘^-10>-’ hs olan səs hipersəs adlanır. Hiper- səsin 

yuxarı  sərhədi  atom  və  molekullann  ölçüləri  ilə  təyin  edilir:  qazlarda  10‘^ 

hs-dən, bərk cisimlərdə isə 10'-^ hs-dən yuxan olmur. 

Səsin  əsas  xarakteristikası  onun  spektridir.  Spektrdə  əsas  tezlik  səsin 

ucalığını,  harmonik  toplananlar  çoxluğu  səsin  tembrini  təyin  edir.  Səsin 

intensivliyi  onun təzyiqinin  amplitudasmdan, mühitin xassəsindən, dalğanın 

formasından asılıdır. 

Səsin  sürəti  mühitin  sıxlığından  və  onun  elastikliyindən  asılıdır;  quru 

havada  O^C  temperaturda  330  m/san,  şirin  suda  17^C  temperaturda  1430 

m/san-dir. Əksər metallarda uzununa dalğanın sürəti 4000-7000 m/san, eninə 

dalğanın sürəti 2000-3500 m/san-dir. 

Müasir  ekologiyanın  qlobal  problemləri  (istilik  -  parnik  effekti,  ozon 

qatının dağılması, suyun və atmosferin çirklənməsi, radioaktiv tullantılar və 

s,) arasında akustik (səs) çirklənməsi ən həyəcanlı problemlərdən sayılır, 

çünki  insanlara  digər  faktordan,  məsələn,  ozon  qatının  dağılması,  turşulu 

yağışlardan az təsir göstərmir. Əlverişsiz akustik təsiri planetimizdə bu və ya 

digər  dərəcədə  hər  iki  adamdan  biri  hiss  edir.  Sənayeyə  yeni  intensiv 

texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava 

və  su  nəqliyyatından  geniş  istifadə  olunması,  müxtəlif  elektrikləşdirilmiş 

məişət  avadanlıqlarının  hər  yerdə  tətbiqi  insanın  işdə,  məişətdə,  istirahət 

yerlərində, hərəkət etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz 

qalır. 

Səsin  akustik  tərəddüdünün  (titrəyişinin)  intensivliyi,  loqarifmik  şkala 



üzrə destiballarla (dBA) ölçülür. O (sıfır) dBA-ı küləksiz havada 

404 


I  lər  40-45  dəq.  işdən  sonra  idman  fasiləsində  gözləri  saat  əqrəbi 

istiqamətində və əksinə çevirməli, əl üçün sadə gimnastika hərəkətləri yerinə 

yetirmək lazımdır. 

Həkimlər  həyəcan  təbili çalaraq,  qeyd  edirlər  ki,  uşaqların  kompüterlə 

aludə  olması  onların  görmə  qabiliyyətini  pisləşdirir,  məktəbdə  onların 

kompüterlə  məşğul  olması  da,  izsiz-əlamətsiz  qalmır  -  uzağı  görməmə 

əlaməti,  uşaqlarda  1-ci  sinifdən  10-cu  sinifə  qədər  10  dəfədən  də  çox  artır, 

təhsilin sonunda 11-ci sinifdə hər dörd uşaqdan biri uzağı görməkdən əziyyət 

çəkir. 

Aşağı  keyfiyyətli  displeydən  istifadə  etdikdə  və  otağın  düzgün  işıq- 



lanmamasmdan yeniyetmələrdə il ərzində dioptrinə (optik şüşə) qədər görmə 

qabiliyyətinin itirilməsi qeydə alınmışdır. 

Lazımi  dəqiqliyi,  kontrasthğı,  təsvirin  stabilliyini  təmin  etməyən 

köhnəlmiş kompüter texnikasından məktəblərdə istifadə olunmasını həkimlər 

çoxdan qadağan etmişlər. 

Beş Moskvaətrafı şəhərlərin 37 məktəbində aparılan tədqiqatlar göstərdi 

ki,  kompüterlərdə  yol  verilən  şüalanma  normaları  hər  yerdə  2-20  dəfə 

yüksəkdir.  Moskva  şəhərində  1998-ci  ildə  kompüter  siniflərinin  60%-i 

gigiyenik tələbata cavab verməyən və uşaqlar üçün təhlükə törədən birinci və 

ikinci nəslə aid olan kompüterlərdən ibarətdir. 

Notebook  portativ  kompüterləri  də  təhlükəli  EMS  yaradır,  hərçənd  bu 

kompüterlərdə  maye  kristal  əsasdan  istifadə  edilir.  Ölçü  işləri  göstərdi  ki, 

elektromaqnit şüalanması İsveç standartı MPR Il-in ekoloji normativini xeyli 

keçir. 


Musiqi  və  reklam  küplərində  və  multifılmlərində  təsvirlərin  tez-tez 

sayrışması  (parlayıb  sönməsi),  xüsusən  təhlükəli  sayılır.  1997-ci  ildə  700 

yapon  uşaqları  epilepsiya  tutmasına  oxşar  simptomla  xəstəxanaya  gətirildi. 

Tutmadan əvvəl bu uşaqlar «Karmanmyı monstrı» multifılminə baxırlarmış. 

Uşaqların  sağlamlığının  pozulması  səbəbi  bütün  televiziya  ekranı  boyu 

təsvirlərin tez-tez 10-30 Qs tezlikli sayrışması olmuşdur. Aydın olmuşdur ki, 

belə tezlikli diapazonda ekranın parlaqlığı beynin neyronlarınm bioritmiərinin 

xüsusi tezliyi ilə rezonansa düşür (girir). Televiziya təsvirlərinin insana, onun 

görmə aparatına və beyinə nəzarətsiz təsiri prqblemi olduqca real olduğundan, 

son vaxtlar alimlər televiziya ekologiyası adlı yeni fənn inkişaf etdirir. 

Yaşı 10-dan 14-ə qədər olan uşaqlar əvvəlcə 30 dəqiqədən 2 saata qədər 

müxtəlif  televiziya  proqramlarına  baxdıqdan  sonra  psixoloqların 

testləşdirilməsindən keçmişlər. Məlum olmuşdur ki, yarım saat «boye- vik»in 

fraqmentinə baxdıqdan sonra dərs materialının adi mənimsənilmə sürəti, 20 

dəqiqədən  sonra  müsiqi  klipi  proqramına  həmin  müddət  ərzində  baxdıqdan 

sonra isə 2 saatdan sonra bərpa olunmuşdur. 



403 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə