Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə182/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   178   179   180   181   182   183   184   185   ...   216

vo daha çox uzanır, yuxu çox səthi (ötəri) olur, oyandıqdan sonra isə adam 

özünü yorğun hiss edir, başı ağrıyır, çox vaxt isə ürəyi döyünür. 

Əmək  günündən  sonra  normal  istirahət  olmadıqda,  işdən  sonra  olan 

yorğunluq  aradan  götürülmür,  tədricən  xroniki  süstlüyə  keçir  və  bir  sıra 

xəstəliklərin  (əsəb  sisteminin  pozulması,  hipertoniya  xəstəliyi)  əmələ 

gəlməsinə səbəb olur. 

 

Səsdən  mühafizənin  əsas  istiqamətləri.  Ətraf  mühitin  akustika 



çirklənməsini aşağı salmaq məqsədilə aşağıdakılardan istifadə edilir: 

 



Çoxsəsli mənbələr texnologiyası azsəslilərlə əvəz olunmalıdır; 

 



Səs mənbəyi şüalanmasının istiqamətinin dəyişdirilməsi

 



Mənbəyindən  başlayaraq  mühafizə  olunduğu  yerə  qədər  səsin 

yayıldığı yolda intensivliyinin azaldılması; 

 

Səs  aqreqatlarında,  nəqliyyatda  səsdən  mühafizə  olunması  üçün 



kompleks tədbirlərin görülməsi

 



Yaşayış tikintilərində arxitektur-planlaşdırma işləri; 

 



Təşkilati tədbirlər; 

 



Qəbul edilən səsin keyfiyyətinin yaxşılaşdırılması; 

 



Yeni akustik texnologiyanın tətbiqi; 

Göstərilən tədbirlərin «Mühəndis ekologiyası və ekoloji menedcet» (M. 

«Loqos», 2004) kitabında ətraflı izahı verilir. 

Vibrasiyanın sağlamlığa təsiri. Vibrasiya (lat. vibratio - rəqs, titrəyiş) - 

müxtəlif formalı elastik cisimlərin mexaniki rəqsidir. 

Vibrasiyanın  orqanizmə  təsiri  müxtəlif  olur:  bütün  orqanizmə  təsir 

göstərirsə, ümumi vibrasiya, orqanizmin bir hissəsinə təsir göstərirsə, yerli 



və ya lokal vibrasiya adlanır. Qatarda, təyyarədə gedərkən, qopartma çəkiclə 

və s. mexanizmlərlə işləyərkən, həmçinin kosmik uçuşlarda start və yerəenmə 

zamanı əmələ gəlir. Vibrasiyanın bioloji təsiri onun tezliyindən asılıdır; tezliyi 

15 Hs-dək olan rəqslər vestibulyar aparata təsir edir. Tezliyi 25 Hs-dək rəqslər 

ayrı-ayrı  təkanlar  şəklində  olub,  sümüklərdə  və  oynaqlarda  dəyişikliklər 

əmələ gətirir; 50 Hs-dən 250 Hs- dək olan rəqslər isə sinir sisteminə təsir edir, 

damarların spazmasına, ürək fəaliyyətinin dəyişməsinə, yorğunluğa, ayrı-ayrı 

orqanlarda  ağrılara,  vibrasiya  xəstəliyinə  səbəb  olur.  Daha  yüksək  ultrasəs 

tezliklərdə mexaniki enerji istilik enerjisinə çevrilir. 

411 



Beyin  qabığına  daxil  olan  səs  zamanı  qıcıqlanma  orada  gedən  əsəb 

proseslərini  dəyişdirir.  Əgər  səs  çox  güclü  olarsa  və  ya  uzun  müddət  təsir 

göstərərsə, beyin qabığının hüceyrələrində həddindən artıq həyəcan başlayır. 

Bu  zaman  əsəb  hüceyrələrinin  iş  fəaliyyətinin  hüdudu  pozulur  və  bu 

hüceyrələrin qıcıqlandırmaya cavab reaksiyasının xarakteri dəyişir. 

Bir  sıra  kliniki  müşahidələr  göstərir  ki,  səs  qıcıqlandırıcıları  kənar 

edildikdə hipertoniya xəstələrində arterial qan təzyiqi normaya düşür. Zehni 

əməklə  məşğul  olan  adamlarda  məişət  səslərinin  təsirindən  qan  təzyiqi 

yüksəlir.  Bir  sıra  hallarda  stenokardiya  tutmasının  məişətdə  qəflətən  səs 

qıcıqlanması arasında əlaqə aşkar edilmişdir. 

Hətta ana bətnində olan körpə də səsin zərərli təsirindən mühafizə oluna 

bilmir.  Nəzarət  olunmayan  səs  insanın  dərk  etmə  fəaliyyətinə  böyük  ziyan 

vura bilər, onun həyəcanını artırar, vəzifəsini yerinə yetirərkən strategiyasını 

dəyişə bilər, ona diqqəti azalar. 

• Səsin yuxuya təsiri. Yuxu prosesində insan orqanizminin bütün sistemi 

bərpa olunur. Səsin daim təsiri zamanı belə funksiyalar, yəni beynin aktivlik 

funksiyası və yuxu zamanı ürək-damar sistemi üçün dinclik dövrünün təmin 

olunması pozulur. Yuxunun keyfiyyətinin aşağı düşməsi gündüz vaxtı insanın 

fəaliyyətinə pis təsir göstərə bilər. 

Məişət səsi yuxunu xeyli pozur. Fasiləli və qəflətən olan səslər, xüsusən 

axşam və gecə saatlarında hələ təzə yuxuya getmiş adamlara səs olduqca pis 

təsir  göstərir.  Bu,  təzə  yuxuya  gedən  adamın  «hipnoz»  fazası  vəziyyətində 

olması ilə izah edilir. 

Yuxu vaxtı qəflətən olan səs (yük maşınının gurultusu, radionun ucadan 

səsi) çox vaxt, xüsusən, uşaq və xəstələrdə qorxu yaradır. 

Səs  yuxunun  davamiyyətini  və  dərinliyini  azaldır.  Səsin  xronoloji 

konfiqurasiyası,  müxtəlif  intensivlikli  səslərin  əvəzlənməsinin  mühüm  rol 

oynadığı aşkar edilmişdir. Belə ki, nəqliyyatın qeyri-bərabər hərəkəti intensiv 

və eyni qaydada hərəkətindən yuxunu daha çox pozur. 

Müxtəlif adamlar yuxu vaxtı səsə eyni cür reaksiya vermir. Səs təsirinə 

reaksiya  insanın  yaşı,  cinsi  və  sağlamlığından  asılıdır.  Belə  ki,  70  yaşlı 

adamların eyni intensivlikdə olan səsdən 72%-i, 7-8 yaşlı uşaqların isə cəmi 

1%-i oyanır. Uşaqların oyanması üçün intensiv səsin hüdudu 50 dBA, yaşlılar 

üçün  30  dBA  hesab  olunur,  ahıl  yaşlılar  səsin  daha  aşağı  intensivliyində 

oyanır. Səs yuxunun müxtəlif mərhələlərinə təsir göstərir. Belə ki,  yuxunun 

yuxugörmə ilə müşayiət olunan paradoksal mərhələsi, ümumi yuxu dövrünün 

20%-dən az olmur;  yuxunun bu mərhələsinin qı- salması əsəb sisteminin və 

zehni  fəaliyyətin  ciddi  pozulmasına  səbəb  olur.  Dərin  yuxu  mərhələsinin 

qısalması  hormonal  pozuntulara,  depressiyaya  və  digər  psixi  pozuntulara 

səbəb olur. 

50 dBA intensivlikli səsin təsirindən yuxuya getmə müddəti bir saat 

410 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə