Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə181/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   177   178   179   180   181   182   183   184   ...   216

Şəhərlərdə BMT-nin artması şəhər və onun ətraf ərazilərinin torpağı daha 

çox neqativ yükün təsirinə məruz qalır. 

'Fullantılarm çoxalması hər yerdə ekoloji tarazlığın pozulmasına səbəb 

olur. Məsələn, üzvi maddələrin parçalanma qalıqları, dəmir, qurğuşun, sink, 

boyalar,  yuyucu  vasitələr,  dərmanlar  və  s.-nin  hesabına  tullantıların 

«zənginləşməsi» qrunt və yeraltı suları deqradasiyaya uğradır. 

Son  illər  şəhərlərin  ekoloji  vəziyyətini  pisləşdirən  tullantıların  ləğv 

edilməsinə yönəldilən bir sıra tədbirlər təcrübədən keçirilir: məişət tullantıları 

çeşidlənir, işlənərək kənd təsərrüfatı üçün gübrəyə çevrilir və ya hətta ohdan 

maye  yanacaq  əldə  edilir;  tullantının  bir  hissəsi  isə  seliteb  zonadan 

kənarlaşdırılaraq  köhnə  karxanaları,  yarğanları  doldurmaq  üçün  istifadə 

olunur. 


Bütövlükdə  isə  məişət  tullantılarının  problemi  çox  yerdə  hələ  həll 

olunmamış qalır. 

Müxtəlif  hesablamalara  görə  Yer  üzərində  orta  hesabla  zibilin  29%-i 

yandırılır, 60%-dən çoxu tullantı yerlərinə atılır, 4%-i kompostlaşdırılır, 6%-ə 

yaxmı isə digər üsullarla işlənir. Ayrı-ayrı ölkələrdə tullantılardan istifadənin 

əsas istiqamətləri 22.5 cədvəlində verilir. 



Cədvəl 22.5 

Bəzi ölkələrdə zibildən istifadə 

Ölkələr 

Zibilin hissəsi, % 

yandırılır 

tullantı 

sahəsinə 

atılır 


kompost- 

laşdınlır 

digər 

üsullarla 



işlənir 

ABŞ 


82 


10 


Böyük Britaniya 

98 



Kanada 



93 


Danimarka 



32 

64 


İsveçrə 



80 

18 


Yaponiya 



72 

24,5 


1,5 

Almaniya 



28 

69 


İspaniya 



76 


19 

Fransa 



36 

47 


İtaliya 



18,5 

35 


5,5 

41 


Qeyd etmək lazımdır ki, hələlik tullantılar, əsasən, ya yandırılır, yaxud 

da  tullantı  sahələrinə  atılır.  Yandırma  prosesini  yaxşılaşdırmaq  üçün 

zibilyandıran zavodlarda daha təkmilləşdirilmiş sobalardan istifadə edilir. 

415 



 

Şəkil 22.4. Bərk məişət tullantılarının tərkibi 

Şəkil 22.5. Bərk istehsalat 

tullantıları 



414 

 



rullantı  sahələrinin  ətrafında  təhlükəli  zəhərlənmiş  zona  formalaşır.  Belə 

neqativ  hadisə  respublikamızda  (məs.  Balaxanı  sahəsində)  da  müşahidə 

olunur. Moskva şəhərindən sənaye tullantılarının 30%-dən çoxu kəmiyyət və 

keyfiyyətinə nəzarət olunmadan şəhərdən çıxarılır. 



Cədvəl 22.4 

Müxtəlif ölkələrdə BMT-nin istehsalı 

Ölkələr 

İl ərzində ölkədə istehsal olunan BMT-nin miqdarı 

Əhalinin adambaşına 

düşən, kq 

Ümumi 

ABŞ 


744 

178 


Avstraliya 

681 


10 

Kanada 


635 

16 


Niderland 

449 


6,5 

Danimarka 

423 

2, 


İsveçrə 

383 


2,5 

Böyük Britaniya 

355 

18 


Yaponiya 

344 


41 

Fransa 


327 

18 


Almaniya 

318 


19 

İsvec 


317 

2,5 


İspaniya 

275 


10,5 

İtaliya 


263 

15 


Avstriya 

228 


1,7 

Portuqaliya 

211 

2,5 


BMT-nin  kənarlaşdırılması  və  tamamilə  zərərsizləşdirilməsi,  xüsusən 

urbanizasiyanın  yüksəlməsi  şəraitində mürəkkəbləşən çətin həyata keçirilən 



gigiyena  problemidir.  Problemin  mürəkkəbliyi  tullantı  kütləsinin  getdikcə 

çoxalması və onun tərkibində komponentlərin artması ilə əlaqədar çeşidinin 

genişlənməsi ilə izah edilir. Tullantıların müasir tərkibinin orta səciyyəsi 22.4, 

22.5 şəkillərdə göstərilir. 

Hazırda  tullantılarda  polimer  materialların  miqdarı  tədricən  çoxalır. 

Onların yandırılması təhlükəli olub dioksinlər əmələ gəlir. 

Tullantıların  bilavasitə  yaşayış  məntəqələrində  yerləşdirilməsi  və 

zərərsizləşdirilməsi yolverilməzdir. Bununla belə, bir çox yerlərdə məişət və 

küçə  zibilləri  primitiv  üsullarla  yox  edilir:  heç  bir  texniki  qurğu  olmadan 

zibillər  təbii  şəraitdə  küçədə  və  həyətlərdə  yandırılır,  bu  da  yaşayış 

massivlərinin atmosferinin  təhlükəli çirklənməsinə səbəb olur.  İndiyə qədər 

zibillərin torpağa basdırılması praktikasından istifadə edilir. Problemi bu yolla 

həll etmək qeyri-mümkündür. 

413 



22.3.

 

SFXİTEB ZONANIN BƏRK TULLANTILARI

ONLARIN İSTİFADƏSİNİN VƏ MƏHV EDİLMƏSİNİN 

AQROEKOSİSTEMLƏRƏ TƏSİRİ 

İstənilən selitcb zona istehsalat və istehlakçı tərəfindən ətraf təbii mühitə 

olduqca böyük miqdarda atılan tullantıların obyektiv davamlı mənbəyi sayılır. 

İstehsalat tullantıları məhsul hazırlığı zamanı və ya iş əsnasında yaranan 

xammal,  material  və  yarımfabrikatların  qalıqlarından  ibarət  olub  öz  ilkin 

istifadə (istehlak) xassələrini itirmişdir. 

İstifadə  (istehlak)  tullantıları  (məişət  tullantıları)  tərkibinə  və  fiziki- 

kimyəvi xassələrinə görə çox müxtəlif olan tullantılardan ibarətdir. 

Həm  istehsalat,  həm  də  istifadə  (istehlak)  tullantıları  ətraf  mühit  üçün 

ciddi  təhlükə  yaradaraq  biotik,  mexaniki,  kimyəvi  və  digər  çirklən-  dirici 

növlərinin  mənbəyi  kimi  onun  sanitar-epidemioloji,  sağlamlıq  və  estetik 

keyfiyyətini pisləşdirir. 

'fullantıları  saxlanma,  nəqletmə,  işləmə  metodunun  və  vasitələrinin 

seçilməsinə təsir göstərən faza vəziyyətinə görə bərk, maye,  qaz halında və 

energetik növlərə bölünür. Sanitar-gigiyenik əlamətlərinə görə tullantılar inert 

(təsirsiz),  zəif  toksiki,  suda  həll  olunan,  tərkibində  neft  (yağ)  olan  toksik 

uçucu,  üzvi,  asan  parçalanan,  təsərrüfat  məişət  zibili  kimi  olur.  Toksik 

tullantıların özünün təsnifatı var. 

Bərk məişət tullantıları (BMT) əmələ gəlmə prosesində yayılan (səpilən) 

neqativ faktor olub  onun formalaşmasında hər bir sakin  iştirak edir. Seliteb 

zonadan  kənarlaşdırdıqda  BMT  ardıcıl  nəql  edilərək,  təbiətə  ciddi  təsir 

göstərən  faktor  sayılır.  Bəzi  ölkələrdə  BMT-nin  toplanmasının  orta 

göstəricilərinə diqqət yetirsək, buna qane olmaq çətin deyil (cədvəl 22.4). 

İri aqlomerasiya və şəhərlərdə olduqca çox tullantılar toplanır və onların 

yaşayış  yerlərindən kənarlaşdırılması mürəkkəb problemə çevrilir. Məsələn, 

ABŞ-da  hər  gün  63  min  zibildaşıyan  maşın  tələb  olunur.  Nyu-Yorkun 

küçələrindən  il  ərzində  8  mln.  ton  məişət  tullantıları  daşınır.  Onların  hara 

aparılması əsas problemə çevrilir. 

Tullantılar  geniş  sahələri  xəbt  edərək  torpağın,  hava  mühitinin  və  su 

obyektlərinin  çirklənmə  mənbəyidir.  Lakin  tullantıların  saxlanması  üçün 

təşkil edilən yerlərin hamısı qüvvədə olan normalara uyğun gəlmir. Müxtəlif 

toz  hissəcikləri  külək  vasitəsilə  10  km  radiuslu məsafələrə  qədər  aparılaraq 

birbaşa torpağı çirkləndirir. 

Bəzi  tullantı  sahələrinin  özündə  yanğın  baş  verir  və  tüstülənərək 

atmosferi  çirkləndirir.  Yağıntı  zamanı  yağış  və  ərinti  suları  tullantı 

sahələrindən keçərək, yüksək toksiki birləşmələrlə ətraf əraziləri çirkləndirir. 



412 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə