Qrup: r-303 Kurs: 3 İxtisas: Regionşunaslıq(azərbaycan üzrə) Fənn: Region ölkəsinin xarici siyasəti



Yüklə 1,4 Mb.
tarix08.05.2023
ölçüsü1,4 Mb.
#109026
Ə.Əkbər.ppt 2


Qrup: R-303
Kurs: 3
İxtisas:Regionşunaslıq(azərbaycan üzrə)
Fənn: Region ölkəsinin xarici siyasəti.
Müəllim: Əliyeva Aygün.
Tələbə: Əsgərov Əkbər
Mövzu: Azərbaycan-Argentina münasibətləri.
ARGENTİNA AZƏRBAYCANLILARI
İCTİMAİ,SİYASİ, DİPLOMATİK ƏLAQƏLƏR
MƏDƏNİ ƏLAQƏLƏR
PLAN
Argentina 9 mart 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Elə həmin vaxtdan etibarən iki ölkə arasında dostluq əlaqələrinin və əməkdaşlığın əsası qoyulmuşdur.
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin noyabrın 8-də qurulmuşdur.25 may 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Argentinanın paytaxtı Buenos Ayres şəhərində Azərbaycan səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının Argentinadakı səfirliyi 2010-cu ildə açılmışdır.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Rüstəm Xəlilov olmuşdur
28 fevral 2012-ci ildə Argentina prezidenti Kristina Fernandes de Kirşner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalamışdır.
2012-ci ilin mart ayında isə Argentina Milli Konqresinin yuxarı palatası olan Senat "Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina Səfirliyinin təsis edilməsinə məmnunluğun ifadə edilməsinə dair bəyanat" adlı sənəd qəbul etmişdir. 2013-cü ildə isə Argentinanın Bakıda səfirliyi açılmışdır.
23 avqust 2011-ci ildə Argentina Milli Konqresinin Senatında və 5 iyul 2011-ci ildə Deputatlar Palatasında Azərbaycanla Dostluq qrupları təsis edilmişdir. Dostluq qrupunun sədri Deputatlar palatasının üzvü Roberto Moullierondur.
2006-cı ilin aprelində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinaya səfər etdi.2012-ci ilin mart ayında Argentinanın xarici işlər naziri Ektor Timerman Azərbaycana səfər edib və Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb 2012-ci ilin iyulunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinaya ikinci səfər etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin etimadnaməsini qəbul edib.
Görüşdə Azərbaycanla Argentina arasında dostluq və tərəfdaşlıq əlaqələri, müxtəlif sahələrdə işgüzar münasibətlərin mövcudluğu vurğulanaraq dövlətlərimizin prokurorluq və hüquq-mühafizə orqanları arasında cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı əməkdaşlığın vacibliyi qeyd olunub, qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Ümumilikdə Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında 25 sənəd imzalanmışdır.
tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Argentinada yaşayan hissəsinin adıdırBu gün Argentinada nə qədər etnik Azərbaycanlının yaşadığı dəqiq məlum deyildir. Argentinaya gəlmiş ilk Azərbaycanlının Vəli bəy Yadigarov olduğu ehtimal edilir.
Argentina azərbaycanlıları
Azərbaycanlıların Argentinaya mühacirətinə təkan verən olaylardan biri İran İslam İnqilabı olmuşdur. İranda 1979-cu ildə Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn inqilabın ardından şah rejiminin tərəfdarı olan bir qrup Azərbaycanlı Latın Amerikası ölkələrinə, başda isə Argentinaya mühacirət etmişdir.
https://www.wikiwand.com/az/Argentina%E2%80%93Az%C9%99rbaycan_m%C3%BCnasib%C9%99tl%C9%99ri
DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR
Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə