fektliyini azaltmaqla bərabər, həm də, təbii komplekslərin çirklənməsi
ehtimalını artırır.
Ekoloji təhlükəsizliyin tələblərinə uyğun olaraq aqroekosistemin əsas
blok-komponentlərinə nəzarətin aparılması mütləq lazımdır. Üzvi gübrələrin
müxtəlif növlərində analiz apararaq tərkibində olan makro və
mikroelementləri, patogen mikrofloranı və helmintlərin yumurtalarını aşkar
etmək vacibdir. Ənənəvi olmayan üzvi tullantılarda (sapropel, sənaye və kənd
təsərrüfatı müəssisələri tullantılarından alman hər cür kompostlar) ağır
metalların və pestisidlərin qalıqlarının miqdarı təyin edilməlidir.
Bütün yuxarıda göstərilənlər uzunmüddətli stasionar təcrübə sahələrində
və ya aqroekoloji monitorinqin poliqonlarında hərtərəfli tədqiqatların
vacibliyini təsdiq edir. Belə tədqiqatlar müxtəlif əkin dövriyyəsində
kimyalaşdırma vasitələrinin kompleks tətbiqi sisteminin aqrokimyəvi
maddələrlə müxtəlif dərəcədə «doymasının» əsaslandırılmış müqayisəli
səciyyəsini əldə etməyə imkan yaradır.
Pestisidlərin torpaq və bitkilərdə miqdarının dinamikası mühüm
göstəricidir. Dinamikanı öyrənmək üçün nümunələr minimum 3...4 müddətdə
götürülür: birinci, torpağın becərildiyi gün (ilkin miqdar), so- nralar isə
becərmədən 3...5, 15...30 və 50...60 sutkadan bir götürülür.
Aqroekoloji monitorinqdə bitki məhsulunda zərərliliyin (və ya
zərərsizliyin) cəminin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
Torpağın fıtotoksiklik dərəcəsinin cəmi, bir qayda olaraq bioindika- siya
metodu ilə qiymətləndirilir.
Torpağın mikroflorası torpaqəmələgəlmə prosesində əsas faktor sayılır.
Torpağın keyfiyyəti onun münbitliyi ilə təyin edilir; mikroorqa- nizmlərin
biokütləsi, torpaqda biokimyəvi proseslərin intensivliyi, mik- rofloranm
taksonomik tərkibi və onun fəaliyyət müxtəlifliyi münbitliyin mühüm
göstəriciləri hesab olunur.
Müxtəlif əkinçilik sistemi əsasında uzun müddət ərzində stasionar
təcrübələrdə formalaşan torpağın müxtəlif münbitliyinin bioloji aktivliyinin
parametrlərinin qiymətləndirilməsi təxirəsalınmaz vəzifələrdən biridir. Belə
qiymətləndirmə təbii şəraiti müxtəlif olan əkinçilik zonalarında əsas torpaq
tiplərində aparılır.
Torpağın kəmiyyət və keyfiyyət parametrlərini, bioloji xassələrinin
normativ bazasının hazırlanması kənd təsərrüfatı istehsalı prosesində onların
dəyişilməsi üzrə sistemli müşahidələrin aparılmasına imkan yaradır.
Yuxarıda göstərilənlərə uyğun olaraq qeyd etmək lazımdır ki, mik-
robioloji monitorinqin (aqroekoloji monitorinqin əsas ‘hissəsi kimi)
məqsədini aşağıdakı kimi təyin etmək olar:
1. Respublikanın müxtəlif regionlarında torpağın bioloji xassələrinin
381
siya əmsalı aşağı düşür. Bu halda da, torpaqdan azotun və gübrr>lərin
aparılması müvafiq olaraq artır, torpağa simbiotik azotun daxil olması isə
azalır.
Birillik paxlalı bitkilər üçün torpağa daxil olan üzvi maddələrin, ümumi
və simbiotik azotun miqdarı hər il vegetasiyanm sonunda, çoxillik paxlalılar
üçün isə səpin qabağı torpağın şumlandığı ili təyin edilir.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və gübrələrin effektli təsirini
müəyyən edən torpağın münbitliyinin mühüm göstəricisi torpaqda olan
mütəhərrik fosfor hesab edilir. O da, aqroekoloji monitorinq obyektinə aid
edilir.
Burada əsas problem - torpaqda müəyyən miqdarda fosforun toplanması
«torpaq - gübrə - bitki» sistemi tədqiqatlarına əsaslanır. Müəyyən edilmişdir
ki, bitkilərin fosfora olan tələbatını təmin etmək üçün onun torpaqda kök
sistemi səthində konsentrasiyası mühüm əhəmiyyət daşıyır. Konsentrasiyanın
dərəcəsi bitki kökləri tərəfindən fosforun udulması və torpağın bərk
fazasından onun keçməsi hesabına bərpa olunmasından asılıdır.
Məlum olduğu kimi, fosfor gübrələrinin ekoloji-aqrokimyəvi
qiymətləndirilməsi üçün fosforun yalnız əsas qida elementi kimi deyil, həm
də, gübrələrin tərkibində ətraf təbii mühit üçün təhlükəli qarışıqların
mövcudluğu haqqında məlumatların olması vacibdir.
Torpağın münbitliyini yaxşılaşdırmaq və becərilən bitkilərin
məhsuldarlığını yüksəltməkdə üzvi gübrələr xüsusi əhəmiyyət kəsb edir.
Üzvi gübrələr bitkinin mənimsəməsi üçün lazım olan qida maddələri
ehtiyatının yerini doldurmaqda mühüm mənbə sayılır, onlar torpağa müsbət
meliorativ təsir göstərir, qismən humus vəziyyətinin optimallaş- masına şərait
yaradır. Üzvi gübrələrin, ağır metalların və digər kimyəvi elementlərin toksiki
təsirini azaltmaq qabiliyyəti də məlumdur. Məsələn, Yaponiyada quş peyini və
kompostun torpağa verilməsi nəticəsində düyüdə kadmiumun miqdarı
azalmışdır. Torf və çirkab sularının verilməsi ilə də xrom birləşmələrinin
toksikliyi aşağı düşmüşdür.
Üzvi gübrə kimi çirkab sularının çöküntüləri ətraf mühit üçün təhlükəli
ola bilər. Onlardan üzvi gübrə kimi yalnız çöküntülərin dəqiq kimyəvi
analizindən və xüsusi sahəciklərdə sanitar yoxlamadan sonra elmə əsaslanmış
dozalarla istifadə etmək olar.
Üzvi gübrələrdən istifadə edildikdə ətraf mühitin çirklənməsi
mümkünlüyünü nəzərə alaraq onların keyfiyyətinə, tərkibində ola biləcək to-
kisiki maddələrə nəzarət etmək lazımdır.
Peyin və digər üzvi gübrələrdən düzgün istifadə edildikdə əkinçiliyin
mədəniyyəti daha yüksək olur. Üzvi gübrələrin hazırlanması, saxlanması və
istifadəsi üzrə elmə əsaslanmış tövsiyələrin pozulması gübrələrin ef-
380