MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 37 ____________________________
Məsələn, neft-qaz sahəsində “İstehsal” funksionallığı
üçün həll edilən məsələlərə nümunə olaraq aşağıdakıları
göstərmək olar.
Operativ səviyyədə daxilolan logistika üzrə istehsal
resurslarının mövcudluğu,
çıxan logistika üzrə isə istehsalın
gedişi və hazır məhsul anbarındakı vəziyyət barədə verilənlər
daimi və müntəzəm surətdə emal edilir. Neft-qaz sahəsi üçün
daxilolan logistika axınları müxtəlif diametrli borulardan və
qazma qurğularından ta təmir işlərini aparmaq üçün lazım
olan xırda bolt və qaykalaradək minlərlə addan ibarət
nomenklaturanı,
çıxan logistika axınları isə, şirkətin neft
anbarlarını və topdan ticarət müəssisələrinə müxtəlif markalı
benzin, yağ, mazut, dizel yanacağı göndərən neft emalı
zavodlarının hazır məhsulları anbarlarını əhatə edir.
Biliklərin
emalı
səviyyəsində
yeni
məhsulların
hazırlanması məsələləri həll edilir, həmçinin mövcud
normativlərə uyğun icra edilən reqlamentli işlər (mexanizm-
lərə profilaktik baxış, texnoloji xətlərin təmiri) görülür. Neft-
qaz sahəsi üçün reqlamentli işlər dedikdə, quyuların təmiri
üçün profilaktik dayandırılması, neft nəqli borularının
yoxlanması nəzərdə tutulur. Neft-qaz sahəsində yeni məhsul
yaradılması nadir hadisə olsa da, yeni xidmət növlərinin
yaranması tez-tez baş verən hadisədir. Misal üçün, müasir
benzin doldurma stansiyalarının müşayiətedici mağazalar,
emalatxanalar və kafelər yığını ilə layihələşdirilməsi yeni
xidmət növlərinin yaradılması məsələlərindəndir.
Taktiki səviyyədə şirkətin bölmələrində istehsal planının
yerinə-yetirilməsi barədə müntəzəm hesabatlar tərtib edilir və
həmçinin istehsal məsələlərinin (məsələn, istehsal resursları
ehtiyatlarının optimallaşdırılması) həlli variantları hazırlanır.
Orta səviyyə menecerləri operativ səviyyədən daxil olan
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 38 ____________________________
informasiya əsasında ayrı-ayrı quyular və ya bir-neçə quyu
barədə, həmçinin bütövlükdə neft-qaz çıxarma müəssisələri
üzrə hesabatlar hazırlayır. Analitiklər bu informasiyanı neft
hasilatı ilə sərf olunan resursların (elektrik enerjisinin, suyun,
təmir materiallarının) müqayisəli təhlili üçün istifadə edə
bilərlər. Bu təhlil əsasında ayrı-ayrı quyular və ya bir-neçə
quyu barədə, həmçinin bütövlükdə neft-qaz çıxarma müəs-
sisələri üzrə işlərin səmərəliliyini əks etdirən informasiya
rəhbərliyə təqdim edilə bilər. Bu informasiya əsasında xərci
çox, hasilatı az olan quyunun və ya quyuların, həmçinin
müəssisənin işinin dayandırılması barədə qərar qəbul edilə
bilər.
Strateji səviyyədə uzunmüddətli istehsal planının tərtibi
məsələsi həll edilir ki, bu da istehsalın gələcək artımını və
onun resurs təminatını qiymətləndirmək məqsədi güdür. Neft
şirkəti üçün strateji səviyyədə həll edilən məsələ kimi yeni
neft yataqlarının mənimsənilməsi yolu ilə və ya kiçik neft
şirkətlərini satın almaqla neft hasilatını artırmaq məsələsi
nümunə göstərilə bilər. Bu məsələnin həlli üçün operativ
səviyyədən daxil olan neft-qaz yataqlarının vəziyyəti barədə
geoloji informasiya və xaricdən daxil olan bazar informasiyası
(Rəqabətedici şirkətlərin satışa çıxarılması və neft-qaz hasil
edən şirkətləri olan səhmdarların şirkət satıb-satmadığı barədə
informasiya) lazımdır.
TƏŞKİLATI İYERARXİYANIN MÜXTƏLİF
SƏVİYYƏLƏRİNDƏKİ İNFORMASİYA SİSTEMLƏRİ
Operativ səviyyədə
transaksiya emal edən sistemlər
(TES), başqa sözlə,
transaksiya informasiya sistemləri (TPS -
Transaction Processing Systems) işləyir. Transaksiya emal
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 39 ____________________________
edən sistemlər informasiya sistemlərinin bütün digər tipləri
üçün əsas informasiya göndərən sistemlərdir.
Transaksiya emal edən sistemlər biznesin həyata
keçirilməsi üçün lazım olan gündəlik bezdirici işləri (Müxtəlif
hesablardan çıxarışların verilməsi, bankdakı hesabın vəziyyəti
barədə arayış verilməsi və s.) yerinə-yetirən kompüter
sistemləridir. Transaksiya emal edən sistemlərin bir növü
online -TES-ləridir (OLTP- Online Transaction Processing).
Bunlar transaksiyaları real vaxtda – sorğular daxil olduqca icra
edir.
Online -Transaksiya emal edən sistemlərinə: qatarlara,
təyyarələrə bilet satan sistemləri, plastik kart üzrə ödəmə
sistemləri və s. misal göstərilə bilər. Bu tip sistemlər məhsul
istehsalına sifarişlərin emalı, materialların hərəkətinə
nəzarətin həyata keçirilməsi, bölmələrin təqvim planlarının
işlənib hazırlanması, ödəmə vedomostlarının tərtibi, hesablarla
işləmək, əməkdaşlar barədə verilənlərin emalı və s. kimi
transaksiyaların
icrasını
və
rəsmiləşdirilməsini
avtomatlaşdırmağa imkan verir. Şirkətlərin çoxunda istifadə
edilən
idarəedici
sistemlərin
əksəriyyəti
transaksiya
sistemləridir. Bu, ona görə belədir ki, transaksiyaların və
onlara aid sənədlərin emalı hər bir müəssisədə həqiqətən
kütləvi xarakterli işdir və bu işin avtomatlaşdırılmasının
məhsuldarlığı və səmərəliliyi nəzərəçarpacaq dərəcədə artırır.
Bu məsələləri həll edən informasiya sistemləri aşağı sinif
sistemləri hesab edilir. Məsələn,
1C-Предприятие belə sistem
sayılır. Lakin unutmaq olmaz ki, ən iri
ERP-sistemlərindən olan
SAP R/3 də transaksiya sistemidir. Çünki bütün modulların işi
operativ səviyyədə verilənlərin daxil edilməsi və ilkin emalı ilə
başlanır.
Qeyd etmək lazımdır ki, informasiya sistemləri içərisində
transaksiya sistemləri ilə yanaşı, həm də tranzaksiya
Dostları ilə paylaş: |