Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə10/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 37 ____________________________ 
Məsələn,  neft-qaz  sahəsində  “İstehsal”  funksionallığı 
üçün  həll  edilən  məsələlərə  nümunə  olaraq  aşağıdakıları 
göstərmək olar. 
Operativ  səviyyədə  daxilolan  logistika  üzrə  istehsal 
resurslarının  mövcudluğu, 
çıxan  logistika  üzrə  isə  istehsalın 
gedişi və hazır məhsul anbarındakı vəziyyət barədə verilənlər 
daimi və müntəzəm surətdə emal edilir. Neft-qaz sahəsi üçün 
daxilolan  logistika  axınları  müxtəlif  diametrli  borulardan  və 
qazma  qurğularından  ta  təmir  işlərini  aparmaq  üçün  lazım 
olan  xırda  bolt  və  qaykalaradək  minlərlə  addan  ibarət 
nomenklaturanı, 
çıxan  logistika  axınları  isə,  şirkətin  neft 
anbarlarını  və  topdan  ticarət  müəssisələrinə  müxtəlif  markalı 
benzin,  yağ,  mazut,  dizel  yanacağı  göndərən  neft  emalı 
zavodlarının hazır məhsulları anbarlarını əhatə edir.  
Biliklərin 
emalı 
səviyyəsində 
yeni 
məhsulların 
hazırlanması  məsələləri  həll  edilir,  həmçinin mövcud 
normativlərə  uyğun  icra  edilən  reqlamentli  işlər  (mexanizm-
lərə  profilaktik  baxış,  texnoloji  xətlərin  təmiri)  görülür.  Neft-
qaz  sahəsi  üçün  reqlamentli  işlər  dedikdə,  quyuların  təmiri 
üçün  profilaktik  dayandırılması,  neft  nəqli  borularının 
yoxlanması  nəzərdə  tutulur.  Neft-qaz  sahəsində  yeni  məhsul 
yaradılması  nadir  hadisə  olsa  da,  yeni  xidmət  növlərinin 
yaranması  tez-tez  baş  verən  hadisədir.  Misal  üçün,  müasir 
benzin  doldurma  stansiyalarının  müşayiətedici  mağazalar, 
emalatxanalar  və  kafelər  yığını  ilə  layihələşdirilməsi  yeni 
xidmət növlərinin yaradılması məsələlərindəndir.  
Taktiki  səviyyədə  şirkətin  bölmələrində  istehsal  planının 
yerinə-yetirilməsi barədə müntəzəm hesabatlar tərtib edilir və 
həmçinin  istehsal  məsələlərinin  (məsələn,  istehsal  resursları 
ehtiyatlarının  optimallaşdırılması)  həlli  variantları  hazırlanır. 
Orta  səviyyə  menecerləri  operativ  səviyyədən  daxil  olan 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 38 ____________________________ 
informasiya  əsasında  ayrı-ayrı  quyular  və  ya bir-neçə  quyu 
barədə,  həmçinin  bütövlükdə  neft-qaz  çıxarma  müəssisələri 
üzrə  hesabatlar  hazırlayır.  Analitiklər  bu  informasiyanı  neft 
hasilatı ilə sərf olunan resursların (elektrik enerjisinin, suyun, 
təmir  materiallarının)  müqayisəli  təhlili  üçün  istifadə  edə 
bilərlər.  Bu  təhlil  əsasında  ayrı-ayrı  quyular  və  ya  bir-neçə 
quyu  barədə,  həmçinin  bütövlükdə  neft-qaz  çıxarma  müəs-
sisələri  üzrə  işlərin  səmərəliliyini  əks  etdirən  informasiya 
rəhbərliyə  təqdim  edilə  bilər.  Bu  informasiya  əsasında  xərci 
çox, hasilatı  az  olan  quyunun  və  ya  quyuların,  həmçinin 
müəssisənin  işinin  dayandırılması  barədə  qərar  qəbul  edilə 
bilər.  
Strateji  səviyyədə  uzunmüddətli  istehsal  planının  tərtibi 
məsələsi  həll  edilir  ki,  bu  da  istehsalın  gələcək  artımını  və 
onun resurs təminatını qiymətləndirmək məqsədi güdür. Neft 
şirkəti  üçün  strateji  səviyyədə  həll  edilən  məsələ  kimi  yeni 
neft  yataqlarının  mənimsənilməsi  yolu  ilə  və  ya  kiçik  neft 
şirkətlərini  satın  almaqla  neft  hasilatını  artırmaq  məsələsi 
nümunə  göstərilə  bilər.  Bu  məsələnin  həlli  üçün  operativ 
səviyyədən  daxil  olan  neft-qaz  yataqlarının  vəziyyəti  barədə 
geoloji informasiya və xaricdən daxil olan bazar informasiyası 
(Rəqabətedici  şirkətlərin  satışa  çıxarılması  və  neft-qaz hasil 
edən şirkətləri olan səhmdarların şirkət satıb-satmadığı barədə 
informasiya) lazımdır. 
 
TƏŞKİLATI İYERARXİYANIN MÜXTƏLİF 
SƏVİYYƏLƏRİNDƏKİ İNFORMASİYA SİSTEMLƏRİ 
 
Operativ  səviyyədə 
transaksiya  emal  edən  sistemlər 
(TES),  başqa  sözlə, 
transaksiya  informasiya sistemləri (TPS - 
Transaction Processing Systems)  işləyir.  Transaksiya emal 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 39 ____________________________ 
edən  sistemlər  informasiya  sistemlərinin  bütün  digər  tipləri 
üçün əsas informasiya göndərən sistemlərdir.  
Transaksiya  emal  edən  sistemlər  biznesin  həyata 
keçirilməsi  üçün  lazım  olan  gündəlik  bezdirici  işləri  (Müxtəlif 
hesablardan  çıxarışların  verilməsi,  bankdakı  hesabın  vəziyyəti 
barədə  arayış  verilməsi  və  s.)  yerinə-yetirən  kompüter 
sistemləridir.  Transaksiya  emal  edən  sistemlərin bir növü 
online  -TES-ləridir  (OLTP-  Online Transaction Processing). 
Bunlar transaksiyaları real vaxtda – sorğular daxil olduqca icra 
edir. 
Online  -Transaksiya  emal  edən  sistemlərinə:  qatarlara, 
təyyarələrə  bilet  satan  sistemləri,  plastik  kart  üzrə  ödəmə 
sistemləri  və  s.  misal  göstərilə  bilər.  Bu  tip  sistemlər  məhsul 
istehsalına  sifarişlərin  emalı,  materialların  hərəkətinə 
nəzarətin  həyata  keçirilməsi,  bölmələrin  təqvim  planlarının 
işlənib hazırlanması, ödəmə vedomostlarının tərtibi, hesablarla 
işləmək,  əməkdaşlar  barədə  verilənlərin  emalı  və  s.    kimi 
transaksiyaların 
icrasını 
və 
rəsmiləşdirilməsini 
avtomatlaşdırmağa  imkan  verir.  Şirkətlərin  çoxunda  istifadə 
edilən 
idarəedici 
sistemlərin 
əksəriyyəti 
transaksiya 
sistemləridir.  Bu,  ona  görə  belədir  ki,  transaksiyaların  və 
onlara  aid  sənədlərin  emalı  hər  bir  müəssisədə  həqiqətən 
kütləvi  xarakterli  işdir  və  bu  işin  avtomatlaşdırılmasının 
məhsuldarlığı və səmərəliliyi nəzərəçarpacaq dərəcədə artırır. 
Bu  məsələləri  həll  edən  informasiya  sistemləri  aşağı  sinif 
sistemləri hesab edilir. Məsələn, 
1C-Предприятие belə sistem 
sayılır. Lakin unutmaq olmaz ki, ən iri 
ERP-sistemlərindən olan 
SAP R/3 də transaksiya sistemidir. Çünki bütün modulların işi 
operativ səviyyədə verilənlərin daxil edilməsi və ilkin emalı ilə 
başlanır.
 
Qeyd etmək lazımdır ki, informasiya sistemləri içərisində 
transaksiya  sistemləri  ilə  yanaşı,  həm  də  tranzaksiya 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə