Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 22 ____________________________ 
satışı  üçün  qərarların  hazırlanması  və  qəbulu  məqsədi  ilə 
şirkətin  praktiki  olaraq  bütün  əsas  biznes-proseslərini  vahid 
informasiya  mühitində,  vahid  verilənlər  bazası  əsasında 
avtomatlaşdırmaq  imkanı  təklif  edir  (Bu  baxımdan, 
ERP  SSRİ-
dəki 
AİS  -  avtomatlaşdırılmış  idarəetmə  sistemi  anlayışına 
yaxındır).  
ERP-sistemin əsas məsələləri aşağıdakı sxemdəki kimidir: 
 
  
 
İNFORMASİYA SİSTEMLƏRİNDƏ İNTEQRASİYA 
 
Müasir  şirkətlərdə  işləyən  iri  informasiya  sistemlərinin 
müzakirəsi  zamanı  işlədilən  ən  vacib  anlayış  inteqrasiyadır. 
Qərarların  hazırlanması  və  qəbulu  üçün  inteqrasiya  edilmiş 
yanaşmanı 
təmin 
etmək 
məqsədi 
ilə 
informasiya 
sistemlərindən  istifadə  edilməsinin  vacibliyi  informasiya 
iqtisadiyyatına aid ilk əsərlərdə də öz əksini tapmışdır. Belə ki, 
Y.Q.Yasin  göstərirdi  ki,  “
inteqrasiya  ixtiyari  saylı  qarşılıqlı 
əlaqəli məsələlərin həlli və nəzarət edilə bilməyən informasiya 
axınlarının emalının təkrarlanmalarını ləğv etmək üçün verilən-


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 23 ____________________________ 
ləri sistemə bir dəfə daxil etməyi və kompleks şəkildə istifadə 
etməyi  nəzərdə  tutur.  Çünki  bu  halda  informasiyanın 
saxlanması,  ötürülməsi  və  təqdim  edilməsinin  forma  və 
metodlarına  vahid  tələblər  formalaşır,  yəni  informasiya 
prosesləri  üçün  vahid  standart  təyin  edilir.  Bu  ona  görə 
lazımdır ki, informasiya sistemlərinin istənilən yerində iqtisadi 
verilənlər birmənalı başa düşülsün”. 
 
QEYD

İnteqrasiya  (latınca integratio —  birləşmə  anlamını 
verir) dedikdə  hissələrin  bütöv  halında  birləşməsi  başa 
düşülür. 
 
 
Yevgeniy Qriqoryeviç Yasin (1934-ci  ildə  anadan 
olmuşdur)  rusiyalı  iqtisadçı-alimi, ictimai xadim, Rusiya 
Federasiyasının İqtisadiyyat naziri (1994-1997), “Ali iqtisad 
məktəbi”nin  elmi  rəhbəri,  “Liberal missiya” fondunun 
prezidenti. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 24 ____________________________ 
 
ERP-sistemləri  müəssisədə  planlaşdırma,  idarəetmə  və 
nəzarət  məsələlərinin  gerçək  inteqrasiya  edilmiş  şəkildə 
həllinə  imkan  verir.  Bu  mənada, 
ERP-sistemləri  inteqrasiya 
edilmiş informasiya sistemləridir (İNEDİNSİ). Bunlar bəzən də 
inteqrasiya  edilmiş  idarəetmə  sistemləri  (İNEDİS)  adlanır. 
Çünki burada informasiya  sistemləri  şirkətin  funksional 
altsistemlərini  təmin  edən  informasiya  proseslərini  dəstəklə-
yən  verilənlər  mübadiləsini  vahid  standartlar  çərçivəsində 
saxlayan 
birləşdirilmiş 
informasiya 
texnologiyaları 
platformalarına əsaslanır. Məsələn, 
SAP R/3 tam funksionallıq 
təmin  edir.  Yəni  şirkətin  istehsal,  maliyyə,  mühasibatlıq, 
marketinq,  zəruri  resursların  satın  alınması,  hazır  məhsulun 
satışı  və  s.  kimi  bütün  funksional  istiqamətlərindəki  biznes-
prosesləri avtomatlaşdırmaq imkanı verir. 
SAP R/3 inteqrasiya edilmiş qərar hazırlayır. Çünki qərar 
qəbulunu  şirkətin  bu  sistemin  xidmətlərindən  istifadə  edən 
bütün  bölmələrində  verilənlər  və  informasiyanın  hazırlanması 
və  təqdim  edilməsinin  vahid  standartlarına  əsasən  hazırlayır. 
Beləliklə, 
ERP-sistemlər  şirkətin  biznes-proseslərini  vahid 
texnoloji  və  informasion  əsasda  avtomatlaşdırmaq  üçün 
vasitələr təqdim edir.  
Digər  tərəfdən, 
ERP-sistemlər  daha  bir  vacib  xassə 
nümayiş  etdirir.  İri  şirkət  və  ya  xoldinq,  bir  qayda  olaraq, 
müxtəlif  bölmələrdə  və  ya  tabe  (qız)  müəssisələrdə 
müvəffəqiyyətlə  işləyən  bir-neçə  müxtəlif  informasiya 
sistemlərinə  malik  olur.  Göstərək  ki, 
ERP-sistemin müvafiq 
modulları pərakəndə paylanmış sistemlərdə ya xüsusi hazırlıq 
işi görülmədən işləmir, ya da məqsədəuyğun olmur. Bu halda 
ERP-sistem birləşdirici və ya inteqrasiyaedici rol oynayır. Yəni 
şirkətdə  bütün  iyerarxiya  səviyyələri  üzrə  fəaliyyət  göstərən 
müxtəlif  təbiətli  və  müxtəlif  funksional  imkanlara  malik  olan 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 25 ____________________________ 
informasiya sistemləri  birləşdirir.  Məsələn,  şirkətin  mərkəzi 
ofisində    işləyən 
SAP R/3  bölmələrdə  işləyən  1C  sistemindən 
mühasibat  verilənlərini,  tabe  müəssisələrdə  işləyən  “Парус” 
sistemindən  digər  verilənləri  qəbul  etməklə  birləşdirici  rol 
oynaya bilir.  
Burada  inteqrasiya  edilmiş  informasiya  sistemləri  ilə 
inteqrasiya edilmiş idarəetmə sistemləri arasında mövcud olan 
fərqə  diqqət yetirmək  lazım  gəlir. Belə ki, inteqrasiya  edilmiş 
idarəetmə  sistemləri  fərqli  biznes-modellərdən  və  verilənlərin 
idarə  edilməsi  üzrə  fərqli  texnologiyalardan  istifadə  edən 
müxtəlif  platformalara  əsaslanan  proqram  əlavələrinin
  ERP 
əsasında  birgə  istismarını  təmin  edir.  İnteqrasiya  edilmiş 
informasiya  sistemləri  isə  şirkətdə  mövcud  olan  və  özünün 
funksional  altsistem  modulları  olmayan  proqram  əlavələrinə 
yalnız  qoşula  bilən 
EAI  (Enterprise Application Integration) 
proqram paketləri əsasında inteqrasiya həyata keçirir. 
Adətən inteqrasiyanın 3 səviyyəsini fərqləndirirlər: 
1).İnformasiya 
texnologiyaları 

birgəlik 
(
IT-
compatability); 
2).Funksional  altsistemlərin  və  proqram  əlavələrinin  bir-
birinə qoşula bilənliyi; 
3).Biznesin  idarə  edilməsinin  inteqrasiyası  (biznesin 
inteqrasiyası). 
Bu  anlayışları  izah  etmək  üçün  çox  sadə  bir  misala 
baxaq. 
Ailədə  ata,  ana,  oğul  və  qız:  hərə  öz  maliyyə  işini 
informasiya sistemlərinin köməyi ilə: ata - işçi stansiyada, ana 
-  fərdi  kompüterdə,  oğul  -  noutbukda,  qız  isə  -  adi  dəftərdə 
aparır.  Ata  ailənin  maliyyə  işində  qayda  yaratmaq  və  onu 
idarə  etmək  qərarına  gəlir.  Bunun  üçün  ata  öz  işçi 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə