Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 15 ____________________________ 
İDARƏETMƏDƏ İNFORMASİYA 
SİSTEMLƏRİNDƏN İSTİFADƏNİN 
ƏSASLARI  
 
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏSNİFATI 
 
İnformasiya sistemləri, həll etdiyi məsələlərin mürəkkəbliyi 
səviyyələrinə  və  xidmət  göstərdiyi  istifadəçilərin  sayına  görə 
təsnifləşdirilir.  
Sistemin  miqyası  və  ya  əlçatanlığı  həmin  sistemdən 
istifadə  edən  istifadəçilərin  sayı  ilə  müəyyən  edilir.  Sistemin 
əlçatanlığının  2  tipi  fərqləndirilir: 
dinamik  əlçatanlıq  və 
kommersiya əlçatanlığı.  
Dinamik  əlçatanlıq  eyni  vaxtda  xidmət  göstərilən 
istifadəçilərin  sayı  ilə, 
kommersiya  əlçatanlığı  isə  sistem 
istifadəçiləri üçün işçi yeri təşkil etmək məqsədi ilə satın alınmış 
lisenziyaların  sayı  ilə  müəyyən  edilir.  Dinamik  əlçatanlıq  daha 
obyektivdir,  lakin  çətin  qiymətləndirilə  biləndir.  Çünki  sistemə 
eyni  zamanda  müraciət  edən  istifadəçilərin  sayı  həmin 
momentdə  onların  hansı  məsələləri  həll  etdiklərindən 
əhəmiyyətli  dərəcədə  asılı  olur.  Buna  görə  də  bu  göstərici 
qiyməti müəyyən mümkün qiymətlər arasında, məsələn, X-dən 
az, Y-dən  çox  ola  bilməz  şəklində  təyin  edilir.  X  ədədi  həll 
edilən məsələlərin və ya sistemin icra etdiyi biznes-proseslərin 
xarakteri ilə bağlıdır. Buna görə də bu ədəd həmişə təxminidir. 
Y  ədədi  isə  sistemin  leqal  (gizli  olmayan)  istifadəçiləri  ilə 
bağlanmış  müqavilələr  əsasında  əldə  edilmiş  lisenziyaların 
sayına bərabər olduğundan, həmişə dəqiqdir. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 16 ____________________________ 
“İnformasiya  sisteminin  miqyaslaşabilənliyi”  termini  də 
hal-hazırda  geniş  tətbiq  edilir.  Bu,  sistemə  eyni  vaxtda 
müraciət  imkanı  qazanmış  istifadəçilərin  sayının  artmasına  və 
ya  texnoloji  resursların  artan  yükə  adaptasiya  (uyğunlaşmaq) 
qabiliyyəti kimi dərk edilir.  
Miqyaslaşabilənlik  sistemin  çevikliyini,  yəni  istismar 
şərtlərinin dəyişməsini nəzərə ala bilənliyini xarakteizə edir. 
Sistemə  obyektiv  qiymət  vermək  üçün  ədədi  parametr 
kimi  istifadə  edilən  miqyas  və  miqyaslaşabilənlik  anlayışlarının 
təyinində  müəyyən  çatışmazlıqlar  diqqəti  cəlb  edir.  Məsələn, 
verilmiş  informasiya  sistemlərinin  100  istifadəçiyə  işləmək 
imkanı  verməsi  barədəki  hökm  və  ya  təsdiq  sistemin  hansı 
məsələlərin  həlli  ilə  məşğul  olduğu  barədə  heç  nə  demir.  Bu 
fikri izah etmək üçün aşağıdakı iki nümunəni müqayisə edək: 
Malların  pərakəndə  satışı  ilə  məşğul  olan  yüzlərlə  satıcı-
operator  işçi  yerləri  ilə  xarakterizə  olunan  supermarketdə 
gedən biznes-proseslər olduqca sadə və standart olduğundan, 
bu  proseslərin  gedişinə  kifayət  qədər  sadə  informasiya 
sistemləri  xidmət  göstərə  bildiyi  halda,  ölkənin  müxtəlif 
regionlarında filialları olan iri xoldinqin cəmi 3-4 mütəxəssisdən 
ibarət  olan  analitik  şöbəsi  müxtəlif  mal  qrupları  üzrə  satış 
dinamikasını  tədqiq  etdikdə  xoldinq  informasiya  sistemlərinin 
bütün  hesablayıcı  və  kommunikasiya  resursları  bu  işə  cəlb 
edilir.  
“Miqyas” parametrinin  bu  xüsusiyyətini  unutmamaqla, 
informasiya  sistemlərinin  aşağıdakı  şərti  təsnifatı  qəbul 
edilmişdir: 

 
Lokal  informasiya  sistemləri  (Low End PC). Bunlar bir-
neçə istifadəçi üçün və ya kompüter şəbəkəsinə ehtiyac 
duymayan  kiçik  müəssisə  üçün  məhdudimkanlı 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 17 ____________________________ 
sistemlərdir.  Məsələn, 
1C:Бухгалтерия,  Инфин,  Парус 
liokal informasiya sistemləridir; 

 
Kiçik  sistemlər  (Middle End PC).  Bunlar  çoxsaylı 
funksiyalar  icra  edir,  tətbiqi  xüsusi  məsləhətcilər  tələb 
edir,  nisbətən  azsaylı  istifadəçilərlə  işləyir.  Məsələn, 
1С:Предприятие, Парус, Галактика, PLATİNUM, SCALA 
kiçik sistemlərdir; 

 
Orta  sistemlər  (High  End  PC).  Bunlar  çoxfunksiyalı, 
çoxistifadəçili  sistemlərdir,  tətbiqi  mürəkkəb  və  bahadır 
və  məsləhətçi  rəhbərliyi  altında  mümkündür.  Məsələn, 
PEOPLE SOFT, BAAN, SCALA orta sistemlərdir; 

 
İnteqrasiya  edilmiş  idarəetmə  sistemləri  (Enterprise 
Resource Planning –  ERP). Bunlara: SAP R/3, ORACLE 
APPLICATIONS aiddir. 
Tətbiqinə  çəkilən  xərclərin  həcminə  görə  orta  və  iri 
sistemlər  fərqləndirilir.  Məsələn, 
ERP-sistemi  azı  500  min  ABŞ 
dolları  dəyərindədir.  Bu  parametrin  inandırıcı  görünməsi  çətin 
olsa  da,  bir  orientir  kimi  istifadə  edilə  bilər.  Təsnifatın  bu  tipi 
konkret  informasiya  sistemləri  üçün  baza  parametrlərinin 
dəyişmə  diapazonunu  təyin  etdiyindən, 
mövqeləşdirici  təsnifat 
adlandırılır.  
Göstərək ki, lokal informasiya sistemləri və 
ERP-sistemlər 
yaxşı mövqeləşdirilir. Çünki bunlar bir-birindən kəskin fərqlənir. 
Praktiki  olaraq  isə  təsnifatda  qonşu  olan  sistemlər  arasında 
dəqiq sərhəd qoymaq mümkün deyildir. İnformasiya sistemləri 
yaradıcıları  öz  məhsullarını  daim  inkişaf  etdirir,  onların 
funksional imkanlarını və fəaliyyət miqyaslarını genişləndirir və 
daha  yüksək  göstəricilərə  malik  təsnifat  qruplarına 
yaxınlaşdırırlar.  Xüsusilə  də  kiçik  və  orta  sistemləri 
fərqləndirmək  olduqca  çətin  olur.  Buna  baxmayaraq,  bu, 
dünyada qəbul edilmiş təsnifatdır. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə