Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə9/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 34 ____________________________ 
keçirilən informasiyanın yığılması, emalı, saxlanması və qərar 
qəbulu  üçün  ötürülməsi  kimi  prosedurlar  zəncirindən  ibarət 
texnoloji prosesin fiziki təməli üzərində reallaşdırılır. Texnoloji 
səviyyədə  kompüterlər,  rabitə  xətləri,  verilənlər  bazaları  və 
çoxsaylı  sistem  və  tətbiqi  proqramlar  sayəsində  informasiya 
proseslərinin  paralel  baş  verməsi  təmin  edilsə  də,  heç  bir 
iqtisadi  məsələ  və  ya  biznes  məsələsi  həll  edilmir.  Burada 
təqdim  edilən  yanaşmaya  görə,  informasiya  texnologiyaları 
informasiyanın həm mənbəyi, həm də ünvanı olan funksional 
altsistemlər  üçün  təməl  təşkil  edir.  Lakin  unutmaq  olmaz  ki, 
informasiya  texnologiyaları  həm  də  hər  yerdə  və  şirkətin 
bütün  iyerarxiya  səviyyələrində  qərar  hazırlanması  və  qəbulu 
mühitidir.  Bununla  belə,  bu  mühitin  konkret  vəzifəsi  yalnız 
informasiya  proseslərini,  yəni  informasiyanın  yığılması, 
saxlanması, ötürülməsi, emalı və təqdim edilməsi proseslərini 
təmin  etməkdən  ibarətdir  və  informasiya  texnologiyaları 
bilavasitə qərar qəbulu prosesində iştirak etmir. Lakin bu heç 
də  o  demək  deyildir  ki,  informasiya  texnologiyaları  qərar 
qəbuluna  təsir  etmir.  Bunu  yəqin  etmək  üçün  müxtəlif 
səviyyəli  informasiya  texnologiyalarına  əsaslanan  qərarların 
keyfiyyətinə  nəzər  salmaq  kifayətdir.  Belə  ki,  müasir 
informasiya sistemləri daha çox həll variantlarını daha sürətlə 
təqdim etdiyindən, seçim üçün daha geniş imkan yaradır. 
Texnoloji  səviyyə  müəyyən  texnoloji  parametrlərlə  təyin 
edilir  ki,  bunlara  da  sistemin  cəldliyi,  yaddaş  resursu,  rabitə 
kanalının növü və verilənlərin ötürülməsi sürəti və s. aiddir. 
Operativ (əməli) səviyyə şirkətdə sadə və bezdirici, lakin 
olduqca  vacib  əməliyyatlar  icra  edilən  bölmələrdə  formalaşır. 
Bu  bölmələr  müştərilərlə  birbaşa  kontakt  (təmas)  yaradan, 
sifariş  qəbul  edən,  hesab  çıxarışı  verən,  anbardakı  material 
resursları  sərfini  qeydiyyata  alan,  nağd  vəsaitlər  verən  iş 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 35 ____________________________ 
yerləridir.  Operativ  səviyyədə  idarəetmə  qərarı  qəbul  edən, 
məsələn, nağd pul götürmək üçün Əmanət bankının şöbəsinə 
müraciət  edir.  Operator  təqdim  edilən  sənədlər  əsasında 
əmanətin  vəziyyətini  yoxlayır  və  tələb  edilən  pul  məbləğini 
verib-verməmək barədə qərar qəbul edir.  
Taktiki  səviyyə  bizim  üçün  daha  maraqlıdır.  Çünki  bu 
səviyyədə  inzibati  və  analitik  işlə  məşğul  olan  orta  səviyyə 
menecerləri  işləyir.  İnzibati  iş  xeyli  bezdiricidir  və  formal 
xarakter daşıyır. Bu səviyyədə bütün tabe bölmələrdən infor-
masiya  toplayıb  şirkətin  normal  fəaliyyəti  təmin  edilir  və  bu 
vəziyyət nəzarət altında saxlanır. Orta səviyyə menecerlərinin 
inzibati  işi,  adətən,  strukturlaşdırılmış  məsələlərin  həllindən 
ibarət  olur.  Taktiki  səviyyədən  gələn  informasiya  bir  qayda 
olaraq, 
bölmələrdə 
işlərin 
vəziyyəti 
barədə 
dövri 
informasiyadan  ibarət  olur.  Buna  misal,  sexlərin,  təmir 
bölmələrinin  həftəlik,  ongünlük,  aylıq  və  s.  hesabatları 
göstərilə bilər. 
Taktiki  səviyyədə  icra  edilən  analitik  iş  daha  çox 
strukturlaşdırılmamış  məsələlərin  həllindən  ibarət  olur.  Belə 
məsələlərin  həlli  üçün  adətən  dəqiq  alqoritm  və  və  ya  dəqiq 
informasiya çatışmır. 
İdarəetmə 
qərarı 
aydın 
olmadıqda 
məsələni 
modelləşdirmək  və  müxtəlif  variantları  yoxlamaq  lazım  gəlir. 
Belə məsələlərə aşağıdakılar aiddir: 

 
Məhsulun satış qiyməti 15% artırlarsa, satış həcmi necə 
dəyişər? 

 
Sifarişlər  portfelini  necə  tərtib  etməli  ki,  mənfəət 
maksimum olsun? 
Qeyd  edək  ki,  inzibati  işin  icrası  üçün  şirkətdaxili 
informasiya  kifayət  edir.  Analitik  iş  isə  həm  xarici 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 36 ____________________________ 
məlumatlara,  həm  də  operativ  səviyyədə  yaranan 
informasiyaya ehtiyac duyur. 
Biliklərin  emalı  da  taktiki  səviyyədə  həyata  keçirilir.  Bu 
işlə  şirkətin  2  tip  bölmələri:  sənəd  emalı  (sənədin  alınması, 
qeydiyyatdan  keçirilməsi,  saxlanması,  tələb  üzrə  təqdim 
edilməsi və ləğv edilməsi) ilə məşğul olan ümumi bölmələr və 
yeni məhsul modelləri hazırlayan layihə büroları məşğul olur.  
Strateji  səviyyədə    yuxarı  səviyyə  menecerləri  şirkətin 
uzunmüddətli inkişafı problemlərini həll edir və həmçinin, ətraf 
aləmdə  baş  verən  dəyişikliklərin  meyllərini  izləyirlər.  Bunların 
əsas  vəzifəsi  ətraf  aləmdə  baş  verən  dəyişikliklərin  şirkətin 
biznes  fəaliyyəti  üçün  təhlükəli  olan  məqamlarını  (Şirkətin 
biznes  fəaliyyətində  uduzmalara  səbəb  ola  biləcək  yeni 
materialların,  məhsulların,  texnologiyaların  meydana  çıxması) 
aşkarlamaqdan ibarətdir. 
Strateji  səviyyədə  həll  edilən  məsələlərə nümunə  olaraq 
aşağıdakıları göstərmək olar: 

 
Şirkət yaxın illərdə hansı məhsulları istehsal edəcəkdir? 

 
5  ildən  sonra  şirkətə  hansı  mütəxəssislər  və  hansı 
ixtisas  səviyyələrinə  malik  mütəxəssislər  lazım 
olacaqdır? 

 
Şirkətin  əsas  rəqibləri  hansı  məhsulun  istehsalı 
strategiyasını seçmişlər? 
Aydındır  ki,  strateji  səviyyə  üçün  əsasən  xarici 
informasiya  tələb  olunur  ki,  bunu  da  əldə  etmək  həmişə 
mümkün  olan  iş  deyildir.  Məsələn,  rəqiblərin  strateji  istehsal 
planları çox gizli saxlanır.  
Qeyd  edək  ki,  hər  bir  idarəetmə  və  qərar  qəbulu 
səviyyəsinin özünəməxsus funksional məsələləri vardır.  


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə