Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə12/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 43 ____________________________ 
vasitəsilə  xarici  mənbələrdən  alır.  Gördüyü  işin  nisbətən 
sadəliyinə  baxmayaraq,  rəhbərliyi  dəstəkləyən  sistemlərin 
olub-olmaması    korporativ  informasiya  sistemlərinin  uğurlu 
inkişafına ciddi təsir göstərir. Kompüterləşdirilmiş informasiya 
sistemlərinin  faydasını  şirkət  rəhbəri  ilk  növbədə  rəhbərliyi 
dəstəkləyən sistemlərin nümunəsində hiss edir.  
Aparıcı  informasiya  sistemlərinin 
ERP-sistem  üzərində 
quraşdırılmış 
Accenture, Navision  kimi öz kokpit-sistemləri 
vardır.  
İkincisi, rəhbərliyi dəstəkləyən sistemlər
 xüsusən strateji 
qərarların  hazırlanması  üçün  istifadə  edilir.  Bu,  şirkətin 
perspektiv  fəaliyyətini:  istehsalda  istifadə  edilən  materiallar, 
texnoloji  proseslər,  idarəetmə  prosesləri,  strukturları  və 
metodları, müəssisələrin kreditləşməsinin maliyyə sxemləri və 
öz vəsaitlərinə investisiya qoyuluşları, ixtisaslı mütəxəssislərin 
cəlb edilməsi, hazırlanması və yenidən hazırlanması, rəqiblərin 
fəaliyyəti və s. baxımından qiymətləndirmək üçün lazımdır. 
Xarici  mənələrdən  alınması  mümkün  olan  bütün 
informasiya  toplanır.  Mütəxəssislər  strateji  inkişaf  ssenariləri 
hazırlayır. Bu məqsəd üçün bəzi hallarda külli miqdarda vəsait 
sərfi  ilə  bağlı  güclü  hesablayıcı  sistemlərə  sahib  olmaq  lazım 
gəlir.  
Rəhbərliyi  dəstəkləyən  sistemlər
  çox  hallarda  “əgər..., 
onda  nə  olar?”  suallara  cavab  verən  sistem  kimi  fəaliyyət 
göstərir.  
Strateji 
informasiya 
sistemləri 
şirkətin 
rəqabət 
qabiliyyətini  azalmağa  qoymayan  məhsul,  xidmət,  proses 
axtarışı ilə məşğul olur. Bu məsələlər adətən, strukturlaşdırıl-
mamış  olur.  Bəzi  iri  şirkətlərdə  xüsusi  situasiya  otaqları 
fəaliyyət  göstərir  ki,  bunlar  da  müxtəlif  strateji  ssenarilərin 
virtual  gerçəkləşdirilməsi  və  qiymətləndirilməsi  ilə  məşğul 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 44 ____________________________ 
olurlar.  Strateji  məsələlər  daim  korrektə  edilməyə  ehtiyac 
duyur.  Yəni  hər  cür  dəyişikliklər  nəzərə  alınmaqla  yeni 
variantlar yoxlanılır. Bu məsələləri həll edən 
SAP AG şirkətinin 
təklif  etdiyi 
SAP SEM (Strategic Enterprise Management) 
sistemi:  strateji  planlaşdırmanın  modelləşdirmə,  operativ 
planlaşdırma və büdcələşdirmə ilə əlaqələndirilməsi, əsas açar 
göstəricilər 
əsasında 
şirkətin 
strateji 
səmərəliliyinin 
monitorinqi,  xarici  və  daxili  qüvvələrin  birləşdirilməsi,  qərar 
qəbulu  üçün  lazım  olan  daxili  və  xarici  informasiyanın 
avtomatik yığılması kimi komponentlərə malikdir. 
 
İNFORMASİYA SİSTEMLƏRİ – BİZNES-ƏLAVƏ KİMİ 
 
ERP-sistemlərin,  artıq  kifayət  qədər  ətraflı  bəhs  edilən, 
üzvi  tərkib  hissəsi  olan  funksional  altsistemlərlə  yanaşı, 
ERP-
sistemlərin  imkanlarını  genişləndirən  və  onu  gücləndirən 
müxtəlif tətbiqi sistemlər də mövcuddur. Mahiyyətcə, 
ERP özü 
də  tətbiqi  sistemdir.  Şirkətin  əsas  və  köməkçi  biznes 
fəaliyyətini  dəstəkləyən  tətbiqi  sistemlər 
biznes-əlavələr 
adlanır.  
İri 
şirkətlərdəki 
müasir 
biznes-əlavələrin 
əsas 
komponentləri aşağıdakılardır: 

 
ERP-təməl  (The ERP Backbone).  Bu,  zəruri  funksional 
altsistemlər məcmusudur; 

 
Qərar  qəbulunu  dəstəkləyən  sistemlər  (QQDS-DSS). 
Bunlar  intellektual  proqram  əlavəsinə  (
Business 
Intelligence Solutions - BIS) malik sistemlərdir; 

 
Malgöndərmə  zəncirini  idarə  edən  sistemlər  (Supply 
Chain Management - SCM); 

 
Müştərilərlə  münasibətlərin  idarə  edilməsi  sistemləri 
(Customer Relationship Management – CRM). 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 45 ____________________________ 
Sadalanan  bu  tətbiqi  sistemlər  içərisində  bizim  üçün  ən 
çox maraq kəsb edənlər “qərar qəbulunu dəstəkləyən” (
DSS ) 
və  “müştərilərlə  münasibətləri  idarə  edən”  (
CRM  ) 
sistemlərdir. 
 
QƏRAR QƏBULUNU DƏSTƏKLƏYƏN SİSTEMLƏR 
(QQDS-DSS) 
 
Qərar  qəbulunu  dəstəkləyən  sistemlər  ilə  iqtisadi-riyazi 
metodlar  arasında  sıx  əlaqə  vardır.  Lakin  qərar  qəbulunu 
dəstəkləyən sistemlərin fəaliyyət sferası başqadır. 
Qərar  qəbulunu  dəstəkləyən  sistemləri  şərti  olaraq, 
sənədlərə,  modellərə,  verilənlərə,  biliklərə  və  telekommuni-
kasiyalara  əsaslanan  altsistemlərə  bölmək  olar.  Qərar 
qəbulunu  dəstəkləyən  sistemlərin  modellərə  və  verilənlərə 
əsaslanan  altsistemləri  məzmunca  iqtisadi-riyazi metodlara 
daha yaxındır. 
 
 
SƏNƏDLƏRƏ ƏSASLANAN QƏRAR QƏBULUNU 
DƏSTƏKLƏYƏN SİSTEMLƏRİN ALTSİSTEMİ 
 
Qərar qəbulu praktiki olaraq həmişə sənədlərlə müşayiət 
olunur.  Lazımi  sənədin  axtarılması  və  istinad  edilməsi  xeyli 
zəhmət  tələb  edir.  Odur  ki,  sənədlərə  əsaslanan  qərar 
qəbulunu  dəstəkləyən  sistemlərin  altsistemi  daxili  sənəd 
dövrüyyəsini  və  xaricdən  daxil  olan  sənədlərin  qoyulmuş 
reqlamentlərə uyğun təqdim edilməsini avtomatlaşdırır. Daxili 
sənəd dövrüyyəsini avtomatlaşdıran sistemlərə nümunə olaraq 
IBM  Lotus  Notes,  “AyTi”  şirkətinin  Boss-Referent  və 
Documentum  sistemlərini  göstərmək  olar.  Xarici  sənədlərə 
müraciət etmək üçün çoxsaylı axtarış sistemləri mövcuddur. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə