Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə13/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 46 ____________________________ 
MODELLƏRƏ ƏSASLANAN QƏRAR QƏBULUNU 
DƏSTƏKLƏYƏN SİSTEMLƏRİN ALTSİSTEMİ 
 
Modellər  həmişə,  hətta  informasiya  (kompüter) 
texnologiyalarına qədər də qərarın hazırlanması və qəbulunda 
əsas rol oynamışdır. Güclü informasiya texnologiyaları instru-
mentlərinin meydana çıxması qərar qəbuluna dəstəyi daha da 
möhkəmləndirmişdir.  Qərar  qəbulu  üçün  dəstək  verən 
modellərə  ənənəvi  statistik,  balans  və  optimallaşdırma 
modelləri nümunədir. Biznes-planların tərtibində və mürəkkəb 
işlər  ardıcıllığının  icrasında  qraf  modelləri  tətbiq  edilir.  Bu 
sistemlərin  əsas  vəzifəsi  proqnoz  qiymətləri  əsasında  qərar 
variantları  hazırlamaqdan  ibarətdir.  Həm  mikrosəviyyədə 
(Qiymətlərin  və  satışın  səviyyələrini,  istehsalın  həcmini  təsvir 
edən  modellər),  həm  də  makrosəviyyədə  (Sahələrin  inkişafı 
ssenariləri  əsasında  bütövlükdə  milli  iqtisadiyyatı  təsvir  edən 
modellər) qərar qəbulu üçün modellər qurmaq mümkündür. 
Model  tiplərindən  asılı  olaraq  müxtəlif  paketlər  tətbiq 
edilir.  Məsələn,  statistik  modellər  üçün  SAS  və  SPSS  kimi 
dünyada məşhur paketlər, optimallaşdırma məsələlərinin həlli 
üçün GAMS paketi və s. mövcuddur. 
 
VERİLƏNLƏRƏ ƏSASLANAN QƏRAR QƏBULUNU 
DƏSTƏKLƏYƏN SİSTEMLƏR ALTSİSTEMİ 
 
Bu,  formal  cəhətdən  ən  mürəkkəb  məsələ  olan  aktual 
verilənlərin  operativ  emalı  altsistemidir.  Burada  söhbət, 
faylların  yaddaşda  yerləşdirilməsi,  axtarışı  və  təqdimatı  kimi 
elementar  əməliyyatlardan  deyil,  ilk  növbədə,  verilənlərin 
saxlanc  yerlərindən  (
Data Warehouse)  və  on-line  emal 
sistemlərindən (
OLAP) gedir. OLAP-sistemlərə əsaslanan qərar 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 47 ____________________________ 
qəbulunu  dəstəkləyən  sistemlərin  irihəcmli  aktual  verilənlərin 
təhlili  əsasında  qərar  qəbuluna  güclü  kompüter  dəstəyi  verə 
bilir. Belə sistemlərə nümunə kimi coğrafi informasiya sistem-
lərini (CİS) göstərmək olar. 
 
Verilənlərin  saxlanc  yeri  dedikdə,  qərar  qəbulunu 
dəstəkləmək  üçün  formalaşdırılan  predmet  yönümlü, 
inteqrasiya edilmiş, zaman-zaman zənginləşdirilən, lakin qeyd 
edildikdən 
(yaddaşa 
(bazaya) 
yazıldıqdan) 
sonra 
dəyişdirilməyən  verilənlər  yığımı  nəzərdə  tutulur.  Verilənlərin 
saxlanc yerlərində istifadə edilən nisbətən geniş yayılmış emal 
metodları çoxölçülü təsnifləşdirmə və asılılıqların bərpası kimi 
statistik metodlardan  ibarətdir.  Bu  metodların  bir  qismi 
kəşfiyyat  təhlili  (Data Mining)  deyilən  kateqoriyaya  aid  olub, 
bazaya  yığılmış  verilənlərdəki  gizli  qanunauyğunluqları 
aşkarlamağa xidmət edir. 
 
TELEKOMMUNIKAS
İYALARA ƏSASLANAN QƏRAR 
QƏBULUNU DƏSTƏKLƏYƏN SİSTEMLƏRİN ALTSİSTEMİ 
 
Qərar qəbulunun telekommunikasiya dəstəyi iki və daha 
çox mütəxəssisin ünsiyyət qurmasına, informasiya mübadiləsi 
etməsinə  və  birgə  fəaliyyətlərini  koordinasiya  etməyə 
(əlaqələndirməyə)  imkan  verir.  Belə  sistemlərə  nümunə  kimi 
audio-, video-, Veb-konfranslar,  elektron  poçt  göstərilə  bilər 
ki,  bunlara  da  bəzən  qrupşəkilli  qərar  qəbulu  sistemi  də 
deyilir. Bu tip altsistemlər mütəxəssis qrupları arasında əlaqə 
yaradaraq informasiya mübadiləsini reallaşdırır və mütəxəssis 
qruplarının birgə işləməsini təmin edir. 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 48 ____________________________ 
 
QƏRAR QƏBULUNU DƏSTƏKLƏYƏN SİSTEMLƏRİN 
REALLAŞDIRILMASI NÜMUNƏLƏRİ 
 
Rusiyada geniş tətbiq tapmış qərar qəbulunu dəstəkləyən 
sistemlərdən: 
ORACLE OLAP, mySAP, Hyperion Enterprise 
sistemlərini göstərmək olar.  
SAP (Software Applied Products) şirkətinin əsas məhsulu 
olan 
SAP-ERP R/3 sisteminin əsas özəyi - on-line transaksiya 
emalı  sistemində  (
OLTP)  R/3  funksional  altsistemi:  maliyyə 
(
FI), logistika (LO), kadrlar (HR)  və  sahəvi  əlavələri(OLTP) 
özündə birləşdirir. 
Qərar  qəbulunu  dəstəkləyən  sistemlərin  intellektual 
əlavələrinə  adətən,  modellərə,  verilənlərə  və  biliklərə 
əsaslanan altsistemlər aid edilir. 
SAP şirkəti aşağıdakı intellektual əlavələri təklif edir: 

 
Biznes-informasiya saxlanc yeri (Busines Information 
Warehouse BIW); 

 
Biliklərin  saxlanc  yerinin  idarə  edilməsi  (Knowledge 
Warehouse Management – KWM); 

 
Korporativ  maliyyənin  idarə  edilməsi  (Corporate 
Finance Management – CFM); 

 
Şirkətin  strateji  idarə  edilməsi  (Strategic  Enterprise 
Management – SEM). 
Bu  siyahı  daim  artır.  Çünki  bu  sahədə  axtarışlar  davam 
edir. 
 
MALGÖNDƏRMƏ ZƏNCİRİNİN İDARƏ EDİLMƏSİ 
SİSTEMLƏRİ (SCM- SUPPLY CHAIN MANAGEMENT) 
 
Bu  sistem  malgöndərənləri,  distribüterləri  və  alıcıları  bir 
məntiqi  prosesdə  birləşdirir. 
Malgöndərmə  zənciri  -  istehsal 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 49 ____________________________ 
müəssisələri,  topdan  ticarət  və  ya  distribüter  mərkəzləri,  mal 
göndərilməsi və ya  xidmət  göstərilməsi  üzrə  sifarişlərin  icrası 
üçün  birləşmiş  insanlar  kimi  çoxsaylı  iqtisadi  agentlərdən 
əmələ gəlir. Malgöndərmə zəncirinin məntiqi ardıcıllığı belədir: 
tələbatın 
planlaşdırılması 
→ 
tələbatın 
proqnozlaşdırılması→tələbatın  spesifikasiyası  (Supply Chain 
Management) 
→sifarişin 
rəsmiləşdirilməsi→sifarişin 
yerləşdirilməsi→sifarişin  icrası→  nəqliyyat→malın  (xidmətin) 
alınması.  
Malgöndərmə  zəncirinin  idarə  edilməsi  dedikdə,  sifarişin 
icrasını  minimal  maddi,  vaxt,  maliyyə  məsrəfləri  ilə  həyata 
keçirməyi  təmin  edən  şəkildə  təşkil  etmək  başa  düşülür. 
Malgöndərmə zəncirini idarə edən sistemlər məhz bu məqsəd 
üçündür.  Malgöndərilməsinin  dəqiq  tələb  olunan  vaxtda 
həyata  keçirilməsi  külli  miqdarda  itkilərdən  qaçmağa  imkan 
verir. Bu, malgöndərmələrinin optimallaşdırılması yolu ilə əldə 
edilən əlavə səmərədir.  
Bundan  əlavə,  malgöndərmələri  ilə  əlaqədar  sənədlərin 
rəsmiləşdirilməsinin  avtomatlaşdırılması  sənəd  tərtibi  zamanı 
mümkün  səhvləri  aradan  qaldıraraq  əlavə  itkilər  yaranması 
risklərini minimumlaşdırır.  
 Malgöndərmə  zəncirinin  ilk  3  həlqəsində  yeni 
Malgöndərmə  zəncirini  idarə  edən  sistemlər  köhnə 
MRP  ilə 
“üst-üstə  düşür”.  Sonrakı  həlqələr 
MRP-nin  imkanı 
xaricindədir.  Çünki 
MRP  yalnız  tələbatı  təyin  edir.  Xüsusi 
proqram əlavələrinin köməyi ilə 
MRP-ni Malgöndərmə zəncirini 
idarə edən sistemlərə çatdırmaq mümkündür.  
MRP  ilə  Malgöndərmə  zəncirini  idarə  edən  sistemləri 
arasında  prinsipial  fərq  ondadır  ki, 
MRP  yalnız  daxilolan 
logistika  parametrlərini  təyin  edirsə,  Malgöndərmə  zəncirini 
idarə  edən  sistemləri  malgöndərmə  prosesini  bütövlükdə 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə