Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə21/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 77 ____________________________ 
Beləliklə, 
idarəedici  informasiya  dedikdə,  təkcə  istehsal 
xarakterli informasiya  deyil,  həm  də  “müəssisə  ətrafı” 
informasiya və müəssisənin fəaliyyət göstərdiyi iqtisadi mühit 
barədə olan informasiya nəzərdə tutulur.  
Müəssisənin  fəaliyyət  göstərməsinə  təsir  edən  bütün 
informasiya  diqqət  mərkəzinə  çəkilməlidir.  Bu  informasiyanın 
bir  hissəsi  qeydə  alınmış  idarəedici  informasiya  sahəsinə 
daxildir. İstifadə edilən proqram təminatı əlçatan informasiya-
nın  təqdimat  keyfiyyətini  yaxşılaşdırsa  da,  onun  genişliyini 
artıra  bilmir.  Bu  genişlik  nəzarət  edilən  daxili  və  xarici 
informasiya  genişliyidir  ki,  bunun  da  artırılması  üsulu 
yeni 
məsələ  həllindən  ibarətdir.  Yeni  məsələ  dedikdə,  mövcud 
informasiya sistemləri çərçivəsində və ya mövcud informasiya 
texnologiyaları  ilə  həlli  mümkün  olmayan  məsələ  nəzərdə 
tutulur. 
 
MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİ 
 
Müəssisənin 
idarəedilməsi 
dedikdə, 
müəssisə 
fəaliyyətinin  iqtisadi  və  sosial  ətraf  mühitdə  baş  verən 
dəyişiklilər  nəzərə  alınmaqla  təşkil  edilməsi  başa  düşülür. 
İdarəedici  işçi  heyəti  maliyyə,  əmək  və  material  resurslarını 
elə paylamalıdır ki, nəzərdə tutulan məqsədə çatmaq mümkün 
olsun.  İdarəetmənin  vəzifəsi  daxili  və  xarici  prosesləri 
izləməkdən  və  onlara  reaksiya  verməkdən  ibarətdir  ki,  baş 
vermiş  iqtisadi-sosial  dəyişikliklər  müəssisənin  inkişafı  üçün 
istifadə  edilsin  və  müəssisəyə  ziyan  vurmasın.  Bunun  üçün 
idarəedici heyət lider keyfiyyətinə malik olmalıdır, situasiyanı 
proqnozlaşdıra  bilməlidir,  daim  dəyişən  vəziyyətlərdə  müəs-
sisəni hökmən işlək vəziyyətdə saxlamalıdır. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 78 ____________________________ 
Müəssisədə  idarəetmə  məsələləri  səviyyələr  üzrə 
fərqlənirlər. 
Yüksək  səviyyə  idarəediciləri  uzunmüddətli 
strateji  qərarlar  qəbul  edirlər  və  fəaliyyətin  prinsipial 
baxımdan  həmin  qərarların  icrasına  yönəldilməsini  izləyirlər. 
Orta  səviyyə  idarəediciləri  yüksək  səviyyədə  qəbul  edilmiş 
qərarları  reallaşdırırlar. 
Operativ  səviyyə  idarəediciləri 
müəssisədə  işlərin  cari  vəziyyətinə  cavab  verirlər.  Bu 
səviyyələrin  hər  birində  işləyən  idarəedicilərin  hər  biri  üçün 
müxtəlif növ informasiya tələb olunur ki, bunun da böyük bir 
qismi  emaldan  alınmış  nəticə  informasiya  deyil,  müəssisə 
fəaliyyəti barədə ilkin informasiyadır. 
 
TƏŞKİLATIN FƏALİYYƏTİNİN TƏSVİRİ 
 
Ümumi idarəetmə mövqeyindən müəssisənin fəaliyyətinin 
strateji  səviyyədə  təsviri  şirkətin  qarşısında  duran  əsas 
məsələnin  ümumi  qoyuluşundan  ibarətdir.  Sonra  şirkətin 
fəaliyyətinin  iyerarxik  dəqiqləşdirilməsini  əks  etdirən 
modelləşdirmə prosesi həyata keçirilir. Bu mərhələ analitik və 
idarəetmə  işlərinin  aparılması  üçün  təməl  rolunu  oynayır. 
Bundan  sonra  proseslərin  idarə  edilməsi  metodları,  yəni, 
məhsulun  qiymətliliyinin  idarə  edilməsi,  nəzarətin  idarə 
edilməsi  sistemi  və  məhsulun  dəyərinin  idarə  edilməsi 
metodları gəlir. 
Məhsulun  qiymətliliyinin  idarə  edilməsi  zamanı  biznes-
prosesin reinjirinqinin  (Biznes-proseslərin  reinjirinqi  dedikdə, 
məhsuldarlıq  və  keyfiyyət  göstəricilərinin  yaxşılaşdırılması 
yolunda  ciddi  irəliləyişə  nail  olmaq  məqsədi  ilə  təşkilatın  əsas 
biznes-proseslərinin  və  ya  digər  biznes-vahidlərin  yenidən 
qiymətləndirilməsi,  təhlili,  modelləşdirilməsi,  identifikasiya 
edilməsi  və  sonra  dəyişdirilməsi  prosesi  başa  düşülür.  Biznes-


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 79 ____________________________ 
proseslərin  reinjirinqi  həmişə  müəyyən  istiqamətə,  dəqiq  son 
məqsədə: xərclərin azaldılmasına, mənfəətin artırılmasına, key-
fiyyətin yüksəldilməsinə və s. yönəlmiş olur) əsasları göstərilir. 
Nəzarətin 
idarə 
edilməsi 
sistemi 
fəaliyyətin 
tarazlaşdırılmış  göstəricilərinin  köməyi  ilə  müəssisənin 
idarəedilməsi sistemini təsvir edir. 
Məhsulun dəyərinin idarə edilməsi zamanı xərclərin idarə 
edilməsinin  əsas  formaları  önə  çəkilir  və  müəssisənin  idarə 
edilməsi üçün informasiya təməli yaradılır. 
Bütün  bu  proseslər  kompüterləşdirilmiş  tamfunksional 
informasiya  sistemlərinin  fəaliyyəti  şəraitində  uğurla  həyata 
keçirilir. 
 
 
 
 
 
 
 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 80 ____________________________ 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 81 ____________________________ 
MÜƏSSİSƏ MODELLƏRİ SİSTEMİ 
 
Şirkətin 
bazar 
davranışı 
strategiyasının 
işlənib 
hazırlanmsı fəaliyyətin təşkilinin birinci addımıdır. İkinci addım 
strategiyanın  praktiki  olaraq  həyata  keçirilməsidir. Bundan 
ötrü  müəyyən  tapşırığı  müəssisənin  hər  bir  bölməsinə  və 
sahəsinə  çatdırmaq  və  həmin  tapşırığın  icrasını  izləmək 
lazımdır. 
 
 
SİSTEM TƏHLİLİNİN ELEMENTLƏRİ 
 
Müəssisənin  fəaliyyəti  dedikdə,  çoxsaylı  amillərin  təsiri 
altında  baş  verən  poseslər  yığımı  başa  düşülür. 
Müəssisənin 
modelləşdirilməsi  dedikdə,  çoxsaylı  azəhəmiyyətli  amillərin 
təsiri  sərfnəzər  edilərək,  daha  vacib  elementlərin  imitasiyası 
nəzərdə  tutulur.  Lakin  iqtisadi  fəaliyyətin  modelləşdirilməsi 
zamanı heç bir amilin təsirini diqqətdən kənar qoymaq doğru 
deyildir.  Bəzən  azəhəmiyyətli amillər  hadisələrin  gedişinə 
əhəmiyyətli  təsir  göstərə  bilir.  Buna  görə  də  müəssisələrin 
modelləşdirilməsi  zamanı  sistem  yanaşması  prinsiplərinə 
xüsusi  diqqət  yetirmək  tələb  olunur.  Çünki  bu  yanaşma 
sistemin  ayrı-ayrı  hissələrinin  öz  aralarında  və  ətraf  mühitlə 
qarşılıqlı  əlaqədə  olduğunu  nəzərdə  tutur. 
Sistem  yanaşması 
informasiyanın hərəkət etdiyi bütün altsistemləri və modulları, 
həmçinin həmin informasiyanın emalı ardıcıllığını bitkin şəkildə 
təsvir  edir.  Sistem  yanaşması  təşkilatın  strukturu  və 
davranışının təsviri üçün də geniş istifadə edilir.  
Sistem təhlilinin əsas anlayışları: sistem, əks-əlaqə, ətraf 
mühit və sinergetik effektdir. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə