Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə22/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 82 ____________________________ 
Sistem  dedikdə,  müəyyən  məqsədin  reallaşması  üçün 
birgə işləyən  qarşılıqlı  əlaqəli  elementlər yığımı  başa  düşülür. 
Ayrı-ayrı  elementlər  bir-biri  ilə  əlaqəli  olduqlarından,  bir 
elementdə baş verən dəyişiklik digər elementlərin dəyişilməsi-
nə  səbəb  olur.  Bu  xassə  qarşılıqlı  asılılıq  adlanır.  Sistemdəki 
asılılıq müxtəlif dərəcəli ola biləndir: sıx əlaqəli elementlər var, 
seyrək əlaqəli elementlər var, əlaqəli olmayan elementlər var. 
Bir-biri  ilə  əlaqədar  olan  iki  sistem  arasında  intensiv 
informasiya, məhsul və s. mübadiləsi baş verir. Bu əlaqələrin 
pozulması sistemin işində imtinalara səbəb ola bilir.  
Əks-əlaqə  dedikdə,  sistemin  çıxışı  ilə  girişi  arasında 
mövcud  olan  əlaqə  nəzərdə  tutulur.  Çıxışda  arzu  edilən 
nəticədən  kənarlaşma  baş  verdikdə,  girişə  düzəlişedici 
informasiya (təsir) ötürülür. 
Ətraf  mühit.  Sistem  tam  izolyasiyada  fəaliyyət  göstərə 
bilmir.  O,  həmişə  ətraf  mühitlə  təmasda  fəaliyyət  göstərir. 
Ətraf  mühit  dedikdə,  sistemin  əlaqədar  olduğu  sistem  və  ya 
sistemlər,  ya  da  ayrıca  agent  nəzərdə  tutula  bilər.  Sistem 
ətraf  mühitdən  sərhədləri  ilə  ayrılır.  Sistemin  nəzarəti  altında 
olanların  hamısı  sistemə  daxildir,  onun  tərkib  hissələridir. 
Sistemin  nəzarətindən  kənar  olanlar  onun  tərkibinə  daxil 
olmadıqlarından, ətraf mühit hesab edilir. Sistemin sərhədləri 
sabit  deyil,  dəyişə  biləndir.  Ətraf  mühitlə  əlaqə  də  müxtəlif 
intensivlik  səviyyəsi  nümayiş  etdirə  biləndir.  Bu  baxımdan, 
sistemlər iki qrupa bölünür: 
açıq və qapalı sistemlər. 
Sinergetik effekt  dedikdə,  sistemin  öz  tərkib  hissələrinin 
cəmindən  böyük  olması  nəzərdə  tutulur.  Ayrı-ayrı  hissələr 
birləşdirildikdə,  onların  heç  birinə  xas  olmayan  yeni  xassə 
yaranır  ki,  bu  da  sinergetik  effekt  adlanır.  Ayrı-ayrı  sistemlər 
ayrılıqda  əldə  edə  bilmədikləri  nəticəni  birgə  fəaliyyət 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 83 ____________________________ 
nəticəsində  əldə  edə  bilirlərsə,  bu  sinergetik  effekt  hesabına 
baş verir.  
Sistemin  davranışı  bir-neçə  üsulla  təsvir  edilə  biləndir. 
Bundan  əlavə,  sistemi  müxtəlif  tərəflərdən  təsvir  etmək 
mümkündür. 
Sistem 
yanaşması 
nöqteyi-nəzərindən, 
modelləşdirmə zamanı aşağıdakı anlayışlar nəzərə alınır: 

 
Çoxvariantlılıq.  Bu,  eyni  nəticəni  müxtəlif  üsullarla 
almağın mümkünlüyünü nəzərdə tutur. 

 
Sistem parametrlərinin çevikliyi. Bu, sistemin çevikliyini 
(rejimdən-rejimə  keçə  bilməsini)  təmin  edən  əsas 
tələblərdən  biridir.  Sistem  fəaliyyət  göstərən  prosesdə 
onun  girişində  güclü  silkələnmələr  (tərəddüdlər, 
sapmalar, qalxıb-düşmələr) ola bilər. Dayanıqlı fəaliyyət 
göstərmək  üçün  sistem  dəyişilən  şəraitə  reaksiya 
verməli və yeni şəraitə vaxtında uyğunlaşa bilməlidir.  
 
SİSTEMİN TƏHLİLİ METODLARI 
 
Modellər  sistemi  qurulmazdan  əvvəl  təşkilat  və  onun 
ətraf  mühiti  barədə  təsəvvür  əldə  etmək  lazımdır.  Bundan 
ötrü bir-neçə  təhlil  metodu  tətbiq  edilir.  Təhlil  metodunun 
seçilməsi  modelin  səviyyəsindən  və  modelləşdirilən  sahədən 
asılıdır.  
Yaradılan  modelin  səviyyəsi.  Model  müəyyən  problemin 
həlli  üçün  və  ya  problemin  həllinə  şərait  yaratmaq  üçün 
yaradıla bilər. Lakin bütün hallarda model strateji, taktitki və 
operativ səviyyələrdə qərar qəbulunun informasiya təminatını 
yaxşılaşdırmaq üçündür. 
Funksional  oblastların  sərhədləri. Yaradılan model  yalnız 
bir funksional oblasta,  məsələn,  mühasibat  uçotu  və 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 84 ____________________________ 
maliyyəyə  aid  ola  bilər  və  yaxud  bir-neçə  funksional  oblastı 
kəsib-keçən prosesə aid ola bilər. 
Modelləşdirmənin  sərhədləri  və  hərəkətə  gətiriləcək 
təşkilati  səviyyə  təyin  edildikdən  sonra  vacib  momentlərin 
aşkarlanmasına  başlanılır.  Sistemin  təhlili  metodları  və  ya 
modeldə  əks  etdiriləcək  əhəmiyyətli  faktların  tapılması 
metodları  sırasında:  müsahibə  götürmə,  anketləşdirmə, 
sənədlərin icmalı, müşahidə, beyin hücumu qeyd edilir. 
Müsahibə  götürmə.  Bunun  3  elementi  var:  müsahibənin 
planı, götürülməsi və yazılışı.  
Müsahibənin  planı.  Müsahibə  mövcud  informasiya 
sistemlərini  təhlil  etmək  və  gələcək  sistemə  qarşı  qoyulacaq 
tələbləri  təsvir  etmək  üçündür.  Planda  aşağıdakı  momentlər 
öz əksini tapır: 

 
Müsahibə götürmənin məqsədi; 

 
Müsahibənin predmeti – alınacaq informasiya qurulacaq 
modelə aid olmalıdır; 

 
Şirkətin  müştərilərinin  müsahibəyə  cəlb  edilməsi.  Ola 
bilsin  ki,  modelləşdiriləcək  bölmələrlə  müştərilər 
arasında münasibətlərdə problem vardır; 

 
Müsahibə  götürmənin  yerinin  və  sualların  tipinin 
müəyyən edilməsi. 
Müsahibənin  götürülməsi.  Müsahibə  dəqiq  struktura 
malik  olmalıdır.  Müsahibə  götürən  yaxşı  dinləməyi 
bacarmalıdır.  
Müsahibənin yazılışı. Müsahibənin vacib momentləri qeyd 
edilməlidir. 
Qeydlər 
biznes-prosesə, 
verilənlərə 
və 
informasiyanın hərəkətinə aid olmalıdır. 
Biznes-proses  dedikdə,  girişi  resurs  sərfindən,  çıxışı  isə 
istehlak dəyərindən ibarət olan ixtiyari proses nəzərdə tutulur 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə