Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə18/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 66 ____________________________ 
(kənar) sistemlərlə inteqrasiya edilməsinə imkan yaradır. 
Bununla yanaşı, hətta liderlik edən proqram şirkətləri də 
onların  profilinə  uyğun  gəlməyən  altsistemlərin 
(məsələn,  analitik  hesablamalar  altsisteminin)  yüksək 
keyfiyyətinə nail ola bilməmişlər, buna görə də müvafiq 
ekspertizası  olan  şirkətləri  satın  almaq  və  ya  onlarla 
qovuşmaq  (birləşmək)  məcburiyyətində  qalmışlar.  İri 
“Müştərilərlə  qarşılıqlı  münasibətlərin  idarə  edilməsi 
sistemləri”nin  əsas  məhdudiyyəti  olduqca  baha 
(tətbiqinədək  ümumi  xərclərin  məbləği  2-3 mln.  dollar 
təşkil  edir)  olmasıdır  ki,  bunu  da  yalnız  nəhəng 
beynəlxalq korporasiyalar ala bilir;
 

 
Orta  biznes  üçün  yaradılmış  sistemlər  həm 
funksional  imkanlar,  həm  də  dəyər  baxımından  daha 
geniş  diapazona  malikdir.  Bunların  yuxarı  sərhədi,  həm 
funksional imkanlar baxımından, həm də dəyər etibarı ilə 
nisbətən  daha  çox  tanınmış  iri  sistemlərə  olduqca 
yaxındır.  Nisbətən  ucuz  sistemlər  “Müştərilərlə  qarşılıqlı 
münasibətlərin  idarə  edilməsi  sistemi”nin  bir  və  ya  iki 
funksiyası  (məsələn,  satışın  və  ya  kontaktlı  qarşılıqlı 
fəaliyyətin  idarə  edilməsi)  bazası  üzərində  meydana 
çıxmış ixtisaslaşdırılmış sistemlərdir. Odur ki, bu sistem-
ləri  tədricən  təkmilləşdirmək,  onlara  yeni  funksuyalar 
əlavə etmək yolu seçildi ki, bu da son yekunda bir sıra 
yarımçıq sistemlərin bazara çıxması ilə nəticələndi. Lakin 
qeyd  etmək  lazımdır  ki,  bütün  proqram  istehsalçıları 
üçün  orta  biznes  seqmenti  olduqca  cəzbedici  və 
perspektivlidir. Belə ki, bu, onlara “Müştərilərlə qarşılıqlı 
münasibətlərin idarə edilməsi sistemi” bazarında liderliyi 
ələ  keçirmək  imkanı vəd  edir. 
Siebel, Microsoft, Oracle, 
SAP kimi əsas rəqiblərin maraqları son vaxtlar məhz orta 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 67 ____________________________ 
biznesə  yönəlmişdir.  Çünki  bunların  hər  biri  məhz 
bürada  liderlik  edəcəyini  düşünməkdədirlər.  Eyni 
zamanda,  aşağıdan  təzyiq  hissediləcək  səviyyəyə 
çatmışdır.  Belə  ki,  nisbətən  yığcam  və  ucuz  sistemlər 
istehsalşıları bazara daha güclü axın yarada bilmişlər;
 

 
Kiçik  biznes  üçün  təklif  edilən  sistemlər  ucuz  və 
sadə  olmaları  ilə  fərqlənirlər.  Bunlar,  adətən,  məhdud 
saylı  (bir  və  ya  iki)  funksiyalar  icra  edən  sistemlərdir. 
Əsas  diqqət  İnternet-texnologiyadan  istifadə  etməklə, 
müştərilərlə münasibətlərin fərdiləşdirilməsinə verilir. 
 
Təhlilin  nəticələri  göstərmişdir  ki,  baxılan  sistemlər 
funksionallıq  baxımından  natamamdır.  Bu,  onların  ən  mühüm 
nöqsanıdır.  Çünki,  şirkətlərə  müştərilərlə  qarşılıqlı  münasibət-
lərin  idarə  edilməsi  sisteminin  imkanlarından  tam  şəkildə 
istifadə  etmək  imkanı  vermir.  Buna  görə  də  müasir  bazarın 
tələblərinə  cavab  verən  yeni  sistemlərin  yaradılması  üçün 
metod və vasitələrin tədqiqi və işlənib hazırlanması həm elmi-
nəzəri baxımdan, həm də praktiki cəhətdən olduqca aktualdır.  
Beləliklə,  müasir  müəssisə  “Müştərilərlə  qarşılıqlı 
münasibətlərin  idarə  edilməsi  sistemləri”  qarşısında  qoyulan 
vəzifələr  çərçivəsində  marketinqin  təşkili  və  marketinq 
tədqiqatlarının  aparılması,  bölgü  və  satış,  qiymətin  əmələ 
gəlməsi, yeni məhsul buraxılışına hazırlıq və s. kimi marketinq 
funksiyalarının  reallaşdırılmasının  daha  səmərəli  yollarını 
axtarmaq problemi ilə üzləşmişdir.  
İnformatlaşdırma 
şəraitində 
marketinq-menecment 
əsasında qurulan marketinq strategiyası ön plana keçir. 
 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 68 ____________________________ 
İNFORMASİYA SİSTEMLƏRİNİN ÜMUMİ TƏSVİRİ 
 
Şəkil  8-də 
SCM,  CRM  və  ERP  sistemlərinin  qarşılıqlı 
fəaliyyəti təsvir edilmişdir:
 
 
 
 
Şəkil 8. Müəssisənin idarə edilməsində biznes-əlavələrin 
qarşılıqlı fəaliyyəti 
 
İnteqrasiya  edilmiş  idarəetmə  sistemləri  (İNEDİS)  və 
korporativ informasiya sistemlərinin qarşılıqlı əlaqələri şəkil 9-
da verilmişdir. 
Şəkil  9-dan göründüyü kimi, korporativ informasiya 
sistemlərinin  nüvəsi 
ERP-sistemidir. Korporativ informasiya 
sistemləri  əsasən,  şirkətdaxili  funksional  altsistemlərin 
məsələlərini həll edir. İnteqrasiya edilmiş idarəetmə sistemləri 
korporativ  informasiya  sistemlərindən  fərqli  olaraq  daha  çox 
xarici informasiya ilə işləyir. Bu informasiya 
SCM, CRM və DSS 
vasitəsilə daxil olur.  
İnteqrasiya  edilmiş  idarəetmə  sistemlərinin  fəaliyyət 
sferası  korporativ  informasiya  sistemlərinə  nisbətən  daha 
genişdir. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 69 ____________________________ 
 
 
 
Şəkil 9. İnteqrasiya edilmiş idarəetmə sistemləri və korporativ 
informasiya sistemlərinin qarşılıqlı əlaqələri  
 
REAL İNFORMASİYA SİSTEMLƏRİN QURULUŞUNA 
NÜMUNƏLƏR 
 
Şəkil  10-da 
ERP SAP R/3  sisteminin  arxitekturası  təsvir 
edilmişdir. 
Şəkil  10-da: 
EDI  –  Electronic Data Interchange  – 
elektron verilənlər mübadiləsi sistemi; 
ALE – Application Link 
Enabling – proqram əlavələrini əlaqələndirən sistem; Firewall 
–  korporativ  informasiya  sistemlərini  xarici  sistemlərdən 
qoruyucu ekrandır.
 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə