Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə20/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 73 ____________________________ 
nüfuz  edir.  Belə  ki,  həm  istehsal  tsiklinin  optimallaşdırılması 
sisteminin,  həm  də  verilmiş  tərkibli  xam  neftin  emal  struktu-
runu  təyin  etməkdən  ötrü  optimal  variant  axtaran  proqram 
paketinin  uğurlu  işləməsi  üçün  quyularda  lazımi  təzyiq 
yaratmaq  məqsədilə  quyulara  su  vuran  nasosların  işi  barədə 
məlumat lazımdır. 
  
Bu mövzunu yekunlaşdırmazdan əvvəl, daha bir proqram 
əlavələri  sinfinə  diqqət  yönəltmək  lazımdır  ki,  bu  da 
infrastruktur  əlavələridir.  Funksional  altsistemlər  və  əlavələr 
həmişə  konkret  sifarişçiyə  və  ya  sahibkara  xidmət  göstərir. 
Belə  ki,  məsələn,  maliyyə  modulları  mühasibatlığa,  maliyyə-
plan  şöbəsinə  xidmət  göstərir;  Malgöndərmə  zəncirini  idarə 
edən  sistemlər  maddi-texniki  təminat  şöbəsinin  işini 
dəstəkləyir;  Müştərilərlə  qarşılıqlı  münasibətlərin  idarə 
edilməsi sistemi marketinq və satışın bir sıra məsələlərini həll 
edir.  Lakin  elə  tətbiqi  sistemlər  var  ki,  şirkətin  bütün 
fəaliyyətinin  uğurlu  olması  həmin  sistemlərin  işindən  asılıdır. 
Belə  sistemlərdən  biri  korporativ  ATS-dir  (avtomat telefon 
stansiyası).  Yuxarıda  bəhs  edilmiş  təsnifatda  ATS-i 
“telekommunikasiya” bölməsinin informasiya texnologiyalarına 
aid  etmək  olardı.  Lakin  aydındır  ki,  ATS  telekommunikasiya 
texnologiyasının bir sıra funksiyalarını (Məsələn, məlumatların 
saxlanması,  ünvanların  dəyişdirilməsi,  konfransların  təşkili  və 
s.)  icra  etmək  iqtidarında  deyildir.  Bu  baxımdan,  informasiya 
sistemlərinə  daha  yaxın  olan  informasiya  sistemləri 
servislərinin  idarə  edilməsi  sistemi  olan 
ITSM  (Information 
Technology Service Management)  -dir.  ITSM  faktiki olaraq 
informasiya sistemlərinin idarə edilməsinin dünya standartıdır. 
Çünki bu, informasiya sistemləri  üzərində  üstqurum  sistem, 
informasiya  sistemləri  elementlərinin  fəaliyyətinə  nəzarət 
edən,  nasazlıqları  qeyd  edən,  kömək  istəyən  istifadəçiləri 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 74 ____________________________ 
qeydiyyata  alan,  reqlamentli  işlərin  icrasını  işləyən,  işdə  baş 
verə biləcək imtinaları proqnozlaşdıran metasistemdir. 
Belə  infrastruktur  əlavələri  şirkətin  bütün  əsas  fəaliyyət 
istiqamətlərində  -  həm  neftçıxarmada,  həm  neft  emalında, 
həm də neft məhsullarının satışında mövcuddur.  
Beləlikə,  biznes-əlavələr  informasiya  sistemlərinin 
funksional altsistemlərlə birlikdə informasiya texnologiyaları və 
real biznec-proseslər arasında müəyyən növ interfeys yaradır. 
Funksional  altsistemlər  və  biznes-əlavələr  dəyər  əlavə 
edilməsi  prosesində  birbaşa  iştirak  edir.  Məhz  bunlar 
informasiya 
sistemlərinə 
qoyulmuş 
investisiyanın 
qaytarılmasını  təmin  və  informasiya  texnologiyalarının 
fəaliyyətini iqtisadi cəhətdən məqsədəuyğun edir.  
Sonda  onu  da  qeyd  etmək  lazımdır  ki,  iqtisadiyyat  və 
biznes mövcud olduqca,  yeni  tətbiqi  informasiya  sistemləri 
yaradıcılığı  da  davam  edəcəkdir.  Bunu  nəzərə  almayanlar 
rəqabət qabiliyyətini itirəcəkdir

 
 
 
 
 
 
 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 75 ____________________________ 
İNFORMASİYA SİSTEMLƏRİ VƏ 
İDARƏETMƏ 
 
MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİNİN TƏŞKİLİ 
 
Müasir  şirkətlərin  idarə  edilməsində  informasiya 
texnologiyalarından  geniş  istifadə  edilir.  Müəssisənin  idarə 
edilməsinin  bir-birinə  qarşılıqlı  təsir  edən  2  tərəfi  vardır: 
müəsisənin  idarə  edilməsi  prinsipləri  və  informasiya 
texnologiyaları.  Müəssisənin  idarə  edilməsinin müasir 
metodları  daha  mükəmməl  texnoloji  həllər  tələb  edir.  Digər 
tərəfdən  də,  texnologiyaların  bu  günkü  səviyyəsi  müəssisə 
menecmenti  üçün  yeni  imkanlar  açır.  Müəssisənin  idarə 
edilməsi  və  informasiya  texnologiyaları  informasiya  sistemləri 
ilə sıx əlaqədardır. 
İndi də informasiyanın quruluşunu idarəetmə baxımından 
nəzərdən keçirək. Bəlli olduğu kimi, informasiyanın bir hissəsi 
idarəetmə  işçilərinin  nəzarəti  altındadır  və  qərar  qəbulunda 
həmin 
nəzarətedilən 
informasiyadan 
istifadə 
edilir. 
İnformasiyanın  müəyyən  hissəsi  diqqətdən  kənarda  qalır  və 
bu informasiya qərar qəbulunda istifadə edilmir. Halbuki qəbul 
edilən  qərarın  keyfiyyətinin  yüksəldilməsində  həmin 
informasiyadan  istifadə  edilməsi  xeyli  faydalı  ola  biləndir. 
Odur  ki,  idarəedici  işçi  heyətinin  çox  mühüm  vəzifələrindən 
biri  qəbul  edilən  qərarda 
nəzarətedilən  informasiyanın xüsusi 
çəkisinin artırılmasından ibarətdir.  
Zəruri  verilənlərin  əldə  edilməsi  üsullarından  biri 
kompüterləşdirilmiş  informasiya  sistemlərinin  satın  alınıb 
müəssisədə 
quraşdırılmasıdır. 
Lakin 
bundan 
əvvəl 
aydınlaşdırılmalıdır  ki,  rəhbərliyi  hansı  hesablama  üsulu  qane 
edir. Əgər rəhbərlik ənənəvi yazı-posuya üstünlük verirsə, bu 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 76 ____________________________ 
məsələ  barədə  düşünməyə  dəyməz.  Əgər  kompüter 
texnologiyasına üstünlük verilirsə, onda bu işə nə qədər vəsait 
ayrılması  imkanı  ön  plana  keçir.  Bu  imkan  həll  ediləcək 
məsələlərin tərkibi ilə bağlıdır. Yəni, müəssisə rəhbərliyi qərar 
qəbuluna cəlb etmək istədiyi yeni informasiyanı necə alacağını 
bildikdən sonra məlum olur ki, ayrılan vəsait bu məsələləri həll 
etməyə  qadir  olan  hesablayıcı  sistemi  satın  almağa  imkan 
verir, ya yox.  
Müəssislərin  əksəriyyəti  üçün  aydın  olmuşdur  ki, 
nəzarətdən  kənar  qalan  informasiyanın  həcmi  çox  olduqca, 
müəssisəinin  işləməsi  mürəkkəbləşir.  Nəzarət  edilən 
informasiyanın  tələbatdan  az  olması  müəssisənin  fəaliyyət 
nəticələrinə  ciddi  təsir  göstərir.  Bu  baxımdan,  informasiya 
sistemlərinin 
vəzifəsi 
nəzarətedilən 
informasiyanın 
artırılmasından ibarətdir.  
İnformasiya 
texnologiyaları, 
müəyyən 
mənada, 
informasiya vakuumunu  ləğv  etməyə  imkan  verir.  Bu 
informasiya texnologiyaları həm müəssisədaxili, həm də ətraf 
aləm 
(İstahlakçıların 
sorğuları, 
bazarların 
vəziyyəti, 
tənzimləyici qaydalar və s.) barədə geniş spektrdə informasiya 
verə  bilir.  Lakin  idarəedicilərin  bir  qismi  elə  hesab  edir  ki, 
proqram məhsulları informasiya vakuumunu və şirkətin bütün 
problemlərini  sərbəst  surətdə,  idarəedici  işçilərin  fəal  iştirakı 
olmadan aradan qaldırmaq iqtidarındadır. Bu, yanlış fikirdir və 
idarəetmədə  insanın  fəal  iştirakı  daim  zəruri  olacaqdır.  Çünki 
müəssisələrin fəaliyyəti təkcə texnoloji prosesdən ibarət deyil-
dir.  Hətta  bəzi  müəssisələrdə eyni  texnoloji  proses  getsə  də, 
bunların  hər  birində  özəl  idarəetmə  situasiyası  mövcud  olur. 
Müəssisənin 
idarəedilməsi 
texnoloji 
prosesin 
idarə 
edilməsindən  daha  geniş  fəaliyyət  sferasıdır.  Hər  bir 
müəssisənin öz idarəetmə metodları olur.  


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə