Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 85 ____________________________ 
ki,  müəssisənin  fəaliyyətə  gətirilməsi  prosesinin  mahiyyəti  də 
budur. 
Verilənlər  təşkilatın  biznes-proseslərinin  vəziyyətini  və 
gedişini əks etdirir. 
İnformasiyanın  hərəkəti. Biznes-proseslər  bir-biri  ilə 
əlaqəlidir.  Bunlar  izolə  edilmiş  şəkildə  mövcud  ola  bilmirlər. 
Buna  görə  də  bir  biznes-prosesdən  digərinə  məntiqi  keçid 
izlənməlidir. 
Müsahibə götürmənin iki nöqsanı vardır: 

 
Müsahibə götürülən adam müsahibə götürənin istəyinə 
tərəfdar  olmaya  bilər.  Buna  görə  azdırıcı  cavab  verə 
bilər. 

 
Anlayışlar  qarışdırıla  bilir.  Nəticədə  “
nə  almaq”  “  necə 
almağa” çevrilir. 
Anketləşdirmə tədqiq edilən təşkilat barədə konkret növ 
informasiya  almaq  üçün  istifadə  edilir.  Anketləşdirmə 
aşağıdakı  kimi  məhdud  hallarda  sistemin  təhlilində  tətbiq 
edilir:
 

 
B
ütün  respondentlərin  (rəyi  soruşulanların)  anlaması 
üçün sualın qoyuluşu çətin olduqda;  

 
Analitik sistemdən yaxşı baş çıxardıqda; 

 
Respondetlərin  sayı  həddən  artıq  olmadıqda  və  suallar 
standart olduqda. 
Lakin  anketləşdirmə  müştəri  rəyini  öyrənmək  üçün  çox 
münasibdir. Suallar standart olduqda anketləşdirmə keyfiyyətli 
model qurmağa imkan verən ən yaxşı metod sayılır. 
Sənədlərin  icmalı.  Müəssisənin  fəaliyyəti  barədə  olan 
informasiyanın  əksər  hissəsi  sənədləşdirilir.  Buna  görə  də 
tədqiqatın növbəti mərhələsi sənədləri nəzərdən keçirməkdən 
ibarətdir.  Sənədlərə  baxış  müəssisə  barədə  ümumi  təsəvvür 
yarada bilir. Lakin bu metod da ciddi nöqsanlara malikdir. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 86 ____________________________ 
Belə ki: 

 
Müəssisədə olduqca çox sənəd olur, bunların arasından 
lazımlıları seçmək müşgül məsələdir; 

 
Sənədlərdə keçmiş dövrə aid lazımi informasiya olmaya 
bilər.  Çünki  sənəd  formaları  tez-tez  dəyişdirildiyindən 
təzə formatda köhnə informasiya əks etdirilməyə bilər.  
Buna  baxmayaraq,  sənədlərin  icmalı  vacib  informasiya 
mənbəyidir. 
Müşahidə  mövcud  iş  üslubunun  nöqsanlarını  aşkara 
çıxarmaq  üçün  vacib  informasiya  mənbəyidir.  Müşahidə 
prosesin necə getməli olduğunu deyil, necə getdiyini göstərir. 
Lakin  müşahidə  aparmağın  da  müəyyən  çətinlikləri  vardır. 
Əvvəla,  müşahidə  çox  böyük  xərc  tələb  edir.  İkincisi  də,  adi 
halda işçi bir cür, müşahidə altında başqa cür davrana bilir. 
Buna  baxmayaraq,  müşahidə  prosesi  üzdən,  yuxarıdan 
deyil,  daxildən,  yaxından  izləməyə  imkan  verən  lazımlı 
metoddur. 
Beyin hücumu.  Bu  metod  mövcud  problemin  müzakirə 
edilməsi və yeni ideyalar axtarışı zamanı tətbiq edilir. Burada 
bir  qrup  adam  iştirak  edir.  Bir  seansda  şirkət  fəaliyyətinin 
müxtəlif  cəhətləri  müzakirə  edilə  bilir.  Beyin  hücumu  çox 
dinamik  metoddur.  Qısa  müddətdə  çox  qiymətli  ideyalar 
ortaya çıxara bilir. 
 
SİSTEMİN MODELLƏŞDİRİLMƏSİ 
 
Müəssisənin  informasiya  sistemlərinin  öyrənilməsinin 
növbəti  mərhələsi  müəssisə  üçün  modellər  kompleksinin 
yaradılmasından ibarətdir. Bu modellər əsas informasiya axın-
larını  imitasiya  edir.  Müəssisənin  modellərinə  2  aspektdə 
baxmaq olar: 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 87 ____________________________ 
1) Abstraksiya səviyyəsi üzrə; 
2) Əksetdirmə obyektləri üzrə. 
Abstraksiya  səviyyələri  üzrə  modellərin  3  tipi 
fərqləndirilir: konseptual, məntiqi və fiziki modellər. 
Konseptual model predmet oblastını ümumi şəkildə təsvir 
edir. 
Məntiqi  model  sistemin  əsas  elementlərini  təsvir  etmək 
üçün qurulur. 
Fiziki model gerçək sistemi xırdalıqları ilə təsvir 
edir. 
Əksetdirmə  obyektləri  üzrə:  struktur  modelləri  və 
davranış modelləri vardır.  
Struktur modeli  statik  modeldir,  sistemin  tərkib 
hissələrini  və  onların  qarşılıqlı  əlaqələrini  əks  etdirir. Bu 
modellər 2 tipdir: 
1) Təşkilati quruluşun modeli; 
2) Verilənlərin strukturu modeli. 
Davranış  modeli  prosesin  gedişini  imitasiya  edir. Bu 
modellərin 3 tipi vardır: 
1.Müəssisənin  biznes-prosesini  təsvir  edən  funksional 
model; 
2.Verilənlərin axını modeli; 
3.Sənəddövrüyyəsi modeli. 
Təşkilati quruluşun modeli müəssisədəki işçilərin qarşılıqlı 
fəaliyyətini  əks  etdirir.  Burada  hər  bir  işçinin  hakimiyyəti  və 
səlahiyyəti  ön  plana  çəkilir.  Bu,  təşkilati  quruluş  modelini 
funksional modeldən kəskin şəkildə fərqləndirir. 
Təşkilati  struktur  müəssisə  fəaliyyətinin  formal  tərəfini 
təsvir  edir.  Təşkilati  strukturda  təşkilatın  3  aspekti  əks 
etdirilir: 
1.Müəssisənin  bölmələri  (bölmənin  adı,  vəzifəsi  və 
məsuliyyəti); 
2.Tapşırığın təyinat ardıcıllığı; 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 88 ____________________________ 
3.Tapşırığın icrasına nəzarət. 
Təşkilati  strukturun:  funksional,  proses  yönümlü,  matris 
və layihə kimi 4 forması vardır. 
Verilənlərin  strukturu  modeli.  Müəssisədəki  verilənlərin 
strukturu mahiyyətlər, mahiyyət atributları və əlaqələr kimi 3 
elementin köməyi ilə modelləşdirilir.  
Mahiyyət  elə  obyekt  tipidir  ki,  sərbəst  surətdə  mövcud 
olur  və  müəssisəyə  aid  verilənləri  saxlayır.  Məsələn, 
müəssisədə  işləyən  işçilərin  hamısı  ƏMƏKDAŞ  mahiyyəti  ilə 
təqdim  edilə  bilir.  Mahiyyət  sənədlə  də  təqdim  edilə  biləndir. 
Məsələn HESAB-FAKTURA. 
Atributlar  mahiyyətin  elə  xarakteristikalarıdır  ki,  onların 
köməyi  ilə  ixtiyari  mahiyyət  obyektləri  təsvir  edilə  bilir. 
Məsələn,  ƏMƏKDAŞ  mahiyyəti  kadrlar  şöbəsində  təvəllüd 
tarixi, işə qəbul edilmə tarixi və s. kimi verilənlərlə xarakterizə 
olunur.  
Əlaqə.  Müəssisədəki  bütün  mahiyyətlər  bir-biri  ilə 
qarşılıqlı  əlaqəlidir  və  sistem  əmələ  gətirirlər.  Məsələn, 
ƏMƏKDAŞ  mahiyyəti  BÖLMƏ  mahiyyəti  ilə  əlaqəlidir. 
Əlaqələrin “birin-birə”, “birin-çoxa” və “çoxun-çoxa” kimi 3 tipi 
vardır. 
Funksional 
modelləşdirmə 
müəssisənin 
biznes-
proseslərini  modelləşdirmək  üçün  istifadə  edilir.  Müəssisənin 
ayrı-ayrı bölmələrindəki situasiyları izləmək üçün müəssisənin 
bütün  fəaliyyətini  formal  olaraq  bloklara  bölmək  lazımdır  ki, 
sonra hər bir bloka nəzarət etmək asan olsun. 
Funksional 
modelləşdirmə 
və 
biznes-proseslərin 
modelləşdirilməsi  üçün 
IDEFO  standartı  tətbiq  edilir.  Bu 
modelləşdirmə 
nəticəsində 
müəssisə 
fəaliyyətinin 
razılaşdırılmış  modeli  yaranır.  Bu  model  funksiyaların  real 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə