Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə24/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 89 ____________________________ 
bölgüsünü, prioritetini  (üstünlüyünü)  və  səlahiyyətini  əks 
etdirir.  
IDEFO  -  strukturlaşdırılmış  təhlil  standartıdır  ki,  bu  da 
planlaşdırmadan  ta  son  variantın  alınmasınadək  bütün 
mərhələlərdəki  proseslərin  təsviri  üçün  tətbiq  edilir.  Bu 
standart  predmet  və  fəaliyyətləri  qrafik  təsvir  edən  model 
qurmağa imkan verir.  
IDEFO iki növ diaqramdan ibarətdir: 
1.Kontekst (aidi) diaqram; 
2.Dekompozisiya edilmiş (parçalanmış) diaqram. 
Kontekst  diaqramı  modelləşdirmə  obyektini  təsvir  edir. 
Bu diaqramda aşağıdakı elementlər iştirak edir: 

 
Giriş  amilləri  –  nəticənin  alınması  üçün  prosesdə 
istifadə edilən verilənlər və ya materiallar; 

 
Nəticə - verilmiş fəaliyyət nəticəsində alınmış verilənlər 
və ya materiallar; 

 
Mexanizmlər 
– 
proses 
və 
ya 
fəaliyyətin 
gerçəkləşdiriciləri.  Bəzən  mexanizmlər  resurslar  kimi 
istifadə edilir; 

 
Nəzarət  (idarəetmə)  –  girişin  nəticəyə  çevrilməsi 
ardıcıllığını tənzim və təyin edən amillər. 
IDEFO standartının blok diaqramı şəkil 12-də verilmişdir. 
Bu  diaqramdakı  oxların  istiqaməti  prinsipial  əhəmiyyət 
daşıyır. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 90 ____________________________ 
Şəkil 12. IDEFO standartının blok diaqramı 
 
Dekompozisiya 
edilmiş 
(parçalanmış) 
diaqramlar 
təşkilatın  iyerarxik  səviyyələr  üzrə  necə  bölündüyünü  təsvir 
edir (şəkil 13).  
IDEFO  standartı  ilə  model  qurularkən  aşağıdakı  əsas 
qaydalar gözlənilməlidir: 

 
1.Dekompozisiya  edilmiş  (parçalanmış)  diaqram 
qurularkən  “valideyn”  diaqramın  bütün  girişləri  və 
çıxışları  əks  etdirilməlidir.  İyerarxiyanın  hər  bir 
səviyyəsində  (1-ci  səviyyə  istisna  olunmaqla)  3-dən  6-
ya  qədər  blok  olmalıdır.  Əgər  blokların  sayı  3-dən 
azdırsa,  onları  başqa  prosesin  tərkibində  vermək 
lazımdır.  Blokların  sayı  6-dan  çox  olduqda  onları 
konsolidasiya 
(Konsolidasiya 
– 
möhkəmlənmə, 
qüvvətlənmə, birləşmə) etmək lazımdır. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 91 ____________________________ 

 
2.Prosesin adı isimdən və feildən ibarət olmalıdır. 

 
3.Prosesin  blokları  soldan-sağa  və  yuxarıdan-aşağı 
yerləşdirilməlidir. 

 
4.Hər bir ox adlandırılmalıdır. 

 
5.Proses  təsvir  edilərkən  baxış  aspekti  və  məqsəd 
təsvir edilməlidir. 
 
   
 
Şəkil 13. Dekompozisiya diaqramı 
 
Müəssisənin 
fəaliyyətinin 
dekompozisiyası 
adətən 
aşağıdakı səviyyələr üzrə aparılır:
 

 
Müəssisə; 

 
Funksiyalar; 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 92 ____________________________ 

 
Proseslər; 

 
Fəaliyyət; 

 
Tapşırıqlar; 

 
Addımlar. 
Funksiyalar  müəssisə  fəaliyyətinin  ən  iri  təsvir  vahidi 
olub,  işlər  axınından  ibarətdir.  Aşağı  səviyyədə  proseslər 
fəaliyyətlərə  parçalanır.  Sonra  fəaliyyətlər  tapşırıqlara, 
tapşırıqlar  isə  addımlara  parçalanır.  Nəticədə  iyerarxiya  ağacı 
alınır. 
Menecment nəzəriyyəsində prosesə biznes-proses deyilir.  
Biznes-proses  -  bir  və  ya  bir-neçə  əlaqəli  iş  və  ya 
prosedurdur  ki,  bunlar  da  birlikdə  verilmiş  təşkilati  struktur 
çərçivəsində  müəyyən  istehsal  və  qeyri-istehsal  fəaliyyətini 
reallaşdırmaq məqsədi güdür. 
Hər  bir  biznes-proses  aşağıdakı  elementlərdən  təşkil 
edilir: 

 
S
əmərəlilik  göstəricisi  –  prosesin  nəticəsinə  ədədi 
qiyməti  vermək  üçün  istifadə  edilən  kəmiyyətdir. 
Adətən,  dəyər,  zaman  və  ya  keyfiyyət  vahidlərində 
ifadə edilir; 

 
Çıxış  –  müəssisənin  daxilində  və  ya  xaricində  olan 
proses “alıcısına” təqdim edilən nəticədir; 

 
Proses  –  “girişi”  “çıxışa”  çevirmək  üçün  tətbiqi  lazım 
olan fəaliyyət, işlər və ya prosedurlardır; 

 
Giriş  –  “çıxışı”  formalaşdırmaq  üçün  prosesin  istifadə 
etdiyi informasiya, verilənlər, materiallardır; 

 
Proses sahibi  –  prosesin  icrasının  nəticəsinə  cavab 
verməli olan təşkilati vahiddir.  
Funksional modelin çıxışında məhsulun istehlak dəyərinin 
artırılması  modeli  alınır.  Bu  model  müştərilərə  təklif  edilən 
məhsul və xidmətlər toplusunu əks etdirir. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 93 ____________________________ 
Verilənlərin  axını  modeli.  Sənəd  dövrüyyəsi  modeli 
sənədlərin  hərəkətini,  şöbədən-şöbəyə  fiziki  hərəkətini, 
tirajlaşdırılmasını  (nüsxələşdirilməsini)  və  s.  əks  etdirir. 
Kompüterləşdirilmiş informasiya sistemlərindən istifadə edilən 
hallarda  bu  sənədlərin  bir  hissəsi  elektron  variantında  emal 
edilir.  Bu  halda  çoxaltma,  redaktəetmə  tamamilə  başqa 
xarakter  alır.  Verilənlərin  axını  modelində  verilənlər  üzərində 
aparılan əməllər və onların saxlanması əsasdır. Lakin saxlayıcı 
mühitin  (yaddaşın)  fiziki  xarakteristikaları  bu  modeldə  aktual 
deyildir. Yəni bu model verilən üzərində aparılan əməli təsvir 
edir. Bu əməlin əl ilə, yaxud kompüterdə icrası vacib deyildir. 
Verilənlərin  axını  modelinin  əsas  vəzifəsi  verilənlərin 
hərəkətinin məntiqi sxemini qurmaqdır. Lakin bir səviyyədə 8-
9 prosesdən artıq dərk etmək çətindir. Ona görə də iyerarxik 
qaydada  ardıcıl  xırdalaşdırma  tətbiq  edilir.  Bu  modeldə  əks 
etdirilən  verilənlərin  saxlanması  strukturu  “mahiyyət-əlaqə” 
konstruksiyasının təməlini təşkil edir. 
Sənəd dövrüyyəsi modeli. Bu tip modellərin əsas ideyası 
budur  ki,  sənədlərin  əksəriyyəti  eyni  üsulla  emal  edilir. 
Buraya:  sənədin  doldurulması,  tirajlaşdırılması,  müqayisə 
edilməsi, çeşidlənməsi və s. kimi əməliyyatlar aiddir. Bu model 
sənədin  “ömür  yolunu”  (Boş  blank  halından  arxivə  verilən 
momentə qədər keçdiyi yolu) təsvir edir. Bu model göstərir ki, 
hansı sənəd hansı şöbəyə nahaq ötürülür, sənəd ötürülüşündə 
hansı lazımsız təkrarlanan əməllər icra edilir və s. 
Elektron  sənəd  dövrüyyəsi  bu  cür  nöqsanları  aradan 
qaldırır. 
Modellərin  əlaqəsi.  Yuxarıda  bəhs  edilmiş  modellərin 
hamısı  bir-biri  ilə  qarşılıqlı  əlaqəlidir.  Çünki  bunların  hamısı 
eyni təşkilatı müxtəlif tərəflərdən əks etdirir.  


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə