Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 18 ____________________________ 
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏKAMÜLÜ  
 
Burada   əsas  diqqət 
ERP-sistemlərinə  yönəldilir.  Çünki 
iqtisadiyyat,  biznes  və  idarəetmə  sahəsində  qərarların 
hazırlanması  və  qəbulu  proseslərində  istifadə  edilən 
informasiya  sistemlərinin  bütün  əsas  xüsusiyyətləri  ilə  yalnız 
ERP-sistemlərin  nümunəsində  tanış  olmaq  olar.  ERP-sistemin 
nə olduğunu anlamaq üçün əvvəlcə onun meydana çıxmasının 
tarixinə qısa nəzər salmaq lazımdır. 

ERP-sistem” termini GartnerGroup şirkəti tərəfindən 20-ci 
əsrin 90-cı  illərində  ortaya  atılmışdır. 
“ERP-sistem”  anlayışı 
istehsalın  təşkilinin  kəmiyyət  metodları  təməli  üzərində 
formalaşmışdır.  Bu  metodların  bünövrəsi  20-ci  əsrin  əvvəllə-
rində 
Frederik Teylor və  Henri Qantt  tərəfindən  qoyulmuşdur. 
F.Teylor istehsalın planlaşdırılması tədris fənninin və akademik 
metodların  təcrübədə  tətbiqinin,  yəni  “tərtökdürmə  elmi 
sistemi”nin  banisi  kimi  məşhurdur.  H.Qantt  iqtisadiyyat  və 
menecment  sahələrində  ardıcıl  işlərin  planlaşdırılması  ilə  bağlı 
olaraq  fəal  istifadə  edilən  məşhur 
Qantt  diaqramları  ilə 
tanınmışdır.  Bu  yanaşma  əsasında  1950-ci  illərdə  ABŞ-da 
şəbəkə  planlaşdırması  metodları  formalaşdırıldı  ki,  bunlar  da 
paralel icra edilən işlər zəncirləri çoxluğunda ən qısa və ya ən 
sürətli yolu - “
kritik yolu” təyin etməyə imkan verdi. F.Teylor və 
H.Qanttın  əsərlərindəki  ideyalar 
əməliyyatların  tədqiqi, 
istehsalın  təşkili  və  idarə  edilməsi  kimi  elmi  istiqamətlərin 
meydana  çıxmasına  səbəb  oldu.  Bir  sözlə,  bugün  də  inkişaf 
etməkdə  olan  “
ERP-sistem”lərin  təməli  olduqca  məhsuldar 
olmuşdur.  
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 19 ____________________________ 
 
Fredrfik  Uinslou  Teylor  (ingiliscə  Frederick  Winslow 
Taylor)  amerika  mühəndiisi,  menecment  və  əməyin  elmi 
təşkilinin banisi
.
 
 
20-ci  əsrin  60-cı  illərinin  əvvəllərində  ABŞ-da 
ehtiyatların 
idarə edilməsinin avtomatlaşdırılması sahəsində işlər fəal inkişaf 
etdirilirdi.  Bu  işlərdə  məhsul  istehsalı  üçün  tələb  olunan 
ehtiyatların  səviyyəsinin  optimallaşdırılması  məqsədi  ilə  riyazi 
metodlardan istifadə edilirdi. Ehtiyatların ixtisar edilməsi anbar 
ehtiyatları və bitməmiş istehsal şəklində dondurulmuş irihəcmli 
vəsaitlərə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verdi. İlk 

ehtiyatların  avtomatlaşdırılmış  idarə  edilməsi  sistemləri”ndə 
verilmiş müddətə (ay, rüb, il və s) hazır məhsul istehsalı planı 
əsasında  material  və  komplektləşdirici  məmulatların  satın 
alınması həcmləri hesablanırdı. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 20 ____________________________ 
 
Henri  Lourens  Qant  (ingiliscə  Henry  Laurence  Gantt) 
menecmeti  nümunə  kimi  Birinci  Dünya  Müharibəsində 
istifadə olunan gəmilərin qurulmasında öyrənir və bu sahədə 
özünəməxsus diaqramı təklif edir.   
 
 
Ehtiyatların  avtomatlaşdırılmış  idarə  edilməsi  ideyasını 
inkişaf  etdirərək 
Oliver Uayt  istehsalın  planlaşdırılması 
məsələlərini  zəruri  resursların  göndərilməsi  və  hazır  məhsulun 
satışı  ilə  əlaqələndirməyi  təklif  etdi.  Bu  yanaşma  plan  tapşı-
rıqlarını  istehsal  prosesində  baş  verən  şərait  dəyişmələri 
(Resursların  vaxtında  göndərilməməsi,  avadanlığın  imtinası, 
hazır  məhsula  sifarişin  dəyişməsi)  ilə  bağlı  olaraq  korrektə 
etməyə  imkan  verdi.  1960-cı  illərin  sonlarında  O.Uayt 
MRP 
(Material Requirement Planning)  konsepsiyasını  formalaşdırdı 
ki, burada da materiallara tələbatın planlaşdırılması alqoritmləri 
verilmişdi. Planlaşdırma alqoritmərinin sonrakı təkmilləşdirilməsi 
nəticəsində  O.Uayt  belə  bir  fikrə  gəldi  ki,  təkcə  materiallara 
tələbatın planlaşdırılması kifayət deyil, bununla yanaşı, maliyyə 
və əmək resurslarının planlaşdırılması da zəruridir. 
1970-ci  illərin  sonlarında  O.Uayt 
MRPII  (Manufacturing 
Resource Planning) konsepsiyasını formalaşdırdı və bununla da 
istehsal  ehtiyatlarının  planlaşdırılması  alqoritmlərini  təklif  etdi. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 21 ____________________________ 
Bu  konsepsiyaya  analoji  olaraq  keçmiş  SSRİ-də 
MAİS  – 
müəssisənin avtomatlaşdırılmış idarəetmə sistemi yaradıldı. 
  
“ERP-
SİSTEM”LƏRİ 
 
20-ci əsrin 80-ci illəri 
MRPII sistemlərinin inkişafı illəri idi. 
Bu  inkişaf  təkcə  istehsalla  bağlı  proseslərə  aid  deyildi. 
Avtomatlaşdırma  maliyyə  fəaliyyəti  məsələlərini  həll  etməyə 
kömək etdi. İnformasiya sistemləri vergitutma, hüquq xidməti, 
ətraf  mühitlə  qarşılıqlı  münasibətlər  kimi  köməkçi  fəaliyyət 
proseslərini 
əhatə 
etdi. 
Bundan 
əlavə, 
transmilli 
korporasiyaların  tələbatlarına  xidmət  göstərmək  -  müxtəlif 
hüquqi, fiskal  (Nəzarətedici)  və  gömrük  şərtlərində,  müxtəlif 
dillərdə  tərtib  edilmiş  sənədlərdə  və  müxtəlif  valyutalarda 
müştəri  və  malgöndərənlərlə  hesablaşmaların  aparılması 
problemlərini  həll  etmək  demək  idi.  Bu  məsələlərin  həllinin 
avtomatlaşdırılmasına  tədiyəqabiliyyətli  tələb  tədricən  yeni  tip 
informasiya sistemləri formalaşdırdı. İndi artıq yeni informasiya 
sistemləri konsepsiyasının müəllifi, 
MRP və MRPII sistemlərinin 
müəllifi  O.Uayt  kimi  bir  nəfər  deyil,  qloballaşma  və 
informatlaşdırmanın  yeni  çalarları  ilə  bəzənmiş  müasir 
iqtisadiyyatdır.  
1990-cı illərdə korporativ informasiya sistemlərinin inkişaf 
etdirilməsi  və  tətbiqi  sahəsində  dünyada  məşhur  olan 
GartnerGroup  şirkəti  ERP-sistemlərini  iri korporasiyalarda 
qərarların hazırlanması və qəbulu aləti kimi etiraf etdi.  
ERP-sistem  dedikdə,  artıq  iri  müəssisələrdə  biznes-
proseslərin  avtomatlaşdırılması  və  optimallaşdırılması  ilə 
inteqrasiya  edilmiş  planlaşdırma  və  idarəetmə  ideologiyası 
nəzərdə 
tutulur. 
ERP-sistemləri 
planlaşdırma, 
uçot, 
maliyyələşdirmə,  istehsal,  resurs  sifarişləri  və  hazır  məhsul 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə