Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə20/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________91________________________ 
 
 
Mərkəzi prosessor 
 
Prosessor aşağıdakı funksiyaları icra edir: 
 Əmri operativ yaddaşdan oxuyub deşifrasiya edir; 
 Veriləni  operativ  yaddaşdan  və  giriş-çıxış 
portlarından oxuyur; 
 Veriləni  operativ  yaddaşa  yazır  və  ya  giriş-çıxış 
portlarına göndərir; 
 Xarici  qurğu  adapterlərindən  müraciət  və  əmrləri 
qəbul edib işləyir; 
 Kompüterin  bütün  qurğularını  idarə  etmək  üçün 
siqnallar hasil edir. 
Prosessor 2 hissədən ibarətdir: əməliyyat hissəsi və 
interfeys  hissəsi.  Əməliyyat  hissəsi  idarə  qurğusundan, 
hesab-məntiq  qurğusundan  və  prosessor  yaddaşından 
(ümumi təyinatlı registrlərdən) ibarətdir. İnterfeys hissəsi 
şin  və  portların  idarə  edilməsi  mikrosxemlərindən  və 
ünvan və əmr registrlərindən təşkil edilir. İdarə qurğusu 
prosessorun  ən  mürəkkəb  hissəsidir.  İdarə  qurğusu 
aşağıdakı funksiyaları icra edir: 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________92________________________ 
 
 Operativ  yaddaşdakı  icrası  tələb  olunan  növbəti 
əmrin ünvanını ünvan registrindən seçir; 
 Operativ yaddaşdan növbəti əmri seçir; 
 Əməliyyat deşifratorunun köməyi ilə əmrin kodunu 
təhlil  edib  əmrdə  nəzərdə  tutulan  əməliyyatı  və 
onun əlamətini identifikasiya edir; 
 Seçılmiş 
əməli 
icra 
edən 
mikropoqramı 
prosessordan  oxuyub  lazımi  idarəedici  siqnallar 
hasil edir; 
 Operativ 
yaddaşdakı 
əməl 
operandlarının 
ünvanlarını  oxuyub  ümumi  təyinatlı  registrlərə 
yazır; 
 Əməli icra edir; 
 Nəticəni operativ yaddaşa yazır; 
 Növbəti əmrin ünvanını formalaşdırır. 
Hesab-məntiq qurğusu hesab və məntiq əməllərinin 
icrası  üçündür.  Bu  işin  icrası  üçün  əməl  operandları 
əvvəlcədən  ümumi  təyinatlı  registrlərdə  yerləşdirilir. 
Nəticələr də həmin registrlərə yazılır. 
Şin  və  portların  idarə  edilməsi  sxemi  aşağıdakı 
funksiyaları icra edir: 
 Portun və onu idarə edən informasiyanın ünvanını 
formalaşdırır; 
 Portdakı informasiyanı (və ya portun əmrə hazırlığı 
barədə məlumatı) qəbul edir; 
 Bütün  qurğu  və  mikrosxemləri  prosessorla  giriş-
çıxış  portu  arasında  informasiya  mübadiləsi  üçün 
hazırlayır. 
Şini idarə edən sxem idarəedici şinə giriş və ya çıxış 
əməlinə  hazırlaşmaq,  ünvan  şininə  isə  portun  ünvanı 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________93________________________ 
 
barədə siqnal göndərir. Ünvan yerləşən qurğu hazır olmaq 
barədə cavab verdikdən sonra verilən şini üzrə verilənlərin 
daxil edilməsi və ya çıxarılması həyata keçirilir. 
 
SİSTEM ŞİNLƏRİ 
 
Sistem  şini  dedikdə,  bütün  şinlərin  məcmusu 
nəzərdə tutulur. Sistem şininin əsas funksiyası prosessorla 
digər  elektron  komponentlər  arasında  informasiya 
mübadiləsini  həyata  keçirməkdən  ibarətdir.  Müasir  fərdi 
kompüterlərdə 64 mərtəbəli (xətli) şinlərdən istifadə edilir 
ki, bu da eyni zamanda 8 bayt verilən ötürə bilir. Buna 32 
mərtəbəli ünvan şini uyğun gəlir. 
 
1333 Meqaherslik Sistem şini 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________94________________________ 
 
PERİFERİYA QURĞULARI, ONLARIN TƏYİNATI 
VƏ XARAKTERİSTİKASI 
 
GİRİŞ QURĞULARI 
 
Kompüterə  informasiya  daxil  edən  qurğulara: 
klaviatura,  maus,  trekbol,  coystik,  skaner,  dicitayzer, 
sözanlayan qurğu və s. aiddir. 
Klaviatura  hələ  əsas  giriş  qurğusu  olaraq  qalır. 
Klaviatura  düymələri  nömrələnmişdir.  Hər  nömrə  ayrıca 
elektrik sxeminə uyğundur. Registr düymələri (
Shift, Ctrl, 
Alt,  Caps  Lock  və  Num  Lock)  klaviatura  düymələrinin 
nömrələrini  dəyişir.  Klaviatura  bütövlükdə  510-a  qədər 
işarə daxil etməyə imkan verir. 
 
 
Klaviatura 
 
Maus  və  trekbol  koordinatlı  daxiletmə  qurğusudur. 
Yəni, bunları müstəvi üzərində hərəkət etdirdikdə displey 
ekranında  üfqi  və  şaquli  hərəkət  edən  kursor 
informasiyanın daxil edilməsi və idarə edilməsi prosesini 
reallaşdırmağa imkan verir. Trekbol arxası üstə çevrilmiş 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________95________________________ 
 
mausdur.  Trekbolun  fırlanan  kürəsini  barmaqla 
fırlatmaqla kursoru lazımi yerə gətirmək mümkündür. 
 
 
Maus 
 
Trekbol 
 
Coystik  –  üfqi  və  şaquli  hərəkət  edən  iki  diyircəkli 
altlığa bərkidilmiş dəstəkdir. Bu da maus kimi işləyir. 
Skaner  şəkiloxuyan  qurğudur.  Skaner  də  kseroks 
qurğusu kimi işləyir. 
 
 
Coystik 
Skaner 
 
Digitayzer (elektron planşet) koordinat dəyişdiricidir. 
Avtomatlaşdırılmış  layihələşdirmə  sistemlərində  istifadə 
edilir. 
Sözanlayan  qurğu  sözü  ikilik  rəqəmə  çevirib 
kompüterə ötürür. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________96________________________ 
 
 
 
Digitayzer 
 
XARİCİ YADDAŞ QURĞULARI 
 
Xarici  yaddaş  qurğuları
 informasiyanı uzun müddət 
saxlamaq üçündür. Hal-hazırda maqnit və lazer mahiyyətli 
disklər  vardır.  Diskə  informasiya  yazan  və  oxuyan 
qurğulara  xarici  yaddaş  qurğuları  deyilir.  Çevik  maqnit 
disk  (disket)  yığıcıları  və  lazer  disk  yığıcıları  (
CD-ROM) 
geniş tətbiq tapmışdır. Disklərdən paket yaradılır. Diskin 
səthi  cığırlaşdırılır.  Eyni  radiuslu  cığırlar  paketdə  silindr 
yaradır. İnformasiya cığırla radiusun kəsişməsinə yazılır. 
Cığırlar  eyni  tutumludur.  Cığırlar  sektorlara  bölünür. 
Sektorun ölçüsü 512, 1024 və ya 2048 bayt olur. 
Vinçester də maqnit mahiyyətli disk paketidir. Lakin 
vinçester çevik yaddaş qurğusu hesab edilmir. Vinçester 
diski dəqiqədə 3600-7200 dövr sürəti ilə fırlanır. 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə