Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə28/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________130________________________ 
 
KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN ARXİTEKTURASI. 
AÇIQ SİSTEMLƏRİN ŞƏBƏKƏDƏ QARŞILIQLI 
FƏALİYYƏTİNİN ETALON MODELİ
 
 
Müasir 
cəmiyyət 
üçün 
xarakterik 
olan 
standartlaşdırma  problemi  qlobal  informasiya  fəzasının 
yaranması  ilə  əlaqədar  olaraq  informasiya  yayımı 
sferasında  xüsusilə  kəskindir.  Şəbəkələrarası  qarşılıqlı 
fəaliyyət  prosedurları  üçün  Beynəlxalq  Standartlaşdırma 
Təşkilatı  (İSO  –  İnternational  Standard  Orqanization) 
tərəfindən  işlənib  hazırlanmış  standartlardan  istifadə 
edilir. Bu, “açıq sistemlərin qarşılıqlı fəaliyyət standartları” 
(OSİ  Ref.  Model  –  Open  Systems  İnterconnection  – 
Reference  Model)  və  ya  “Yeddisəviyyəli  şəbəkə 
mübadiləsinin etalon modeli” adlanır. 
İSO modeli şəbəkədə məlumat ötürülüşü məsələsini 
7 səviyyəyə bölür: 
1.  Fiziki səviyyə (
Physical Layer); 
2.  Kanal səviyyəsi (
Data Layer); 
3.  Şəbəkə səviyyəsi (
Network Layer); 
4.  Nəqliyyat səviyyəsi (
Transport Layer); 
5.  Seans səviyyəsi (
Session Layer); 
6.  Verilənləri təqdimetmə səviyyəsi (
Presentation Layer); 
7.  Tətbiqi səviyyə (
Application Layer). 
Fiziki səviyyə protokollarının əsas təyinatı fiziki rabitə 
və  onunla  bağlı  istismar  hazırlığını  təmin  etməkdən 
ibarətdir.  Bu  səviyyə  üçün  şəbəkə  adapteri  və  modem 
proqram  təminatı  məsuliyyət  daşıyır.  Fiziki  səviyyə 
paketləri kanal səviyyəsi paketləri ilə eynidir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________131________________________ 
 
Kanal  səviyyəsi  məlumat  ötürən  rabitə  xətlərinin 
idarə edilməsi səviyyəsidir və lokal şəbəkələrdə paketləri 
idarə edir. Bilavasitə rabitə xətti ilə ötürülən paketə kadr 
deyilir. Rabitə kanalı və ya qəbuledici qurğu bu və ya digər 
səbəbdən işə hazır deyilsə, buna şəbəkə konflikti deyilir. 
Konflikti həll etmək üçün ötürməni təxirə salmaq lazımdır. 
Şəbəkə  səviyyəsinin  protokolları  lokal  şəbəkə 
daxilində fəaliyyət göstərir. Bu səviyyədə şəbəkə modulu 
ötürülən  informasiyaya  mənbə  və  ünvan  barədə  lazımi 
informasiyanı  əlavə  edir  ki,  bunun  nəticəsində  də  hansı 
kompüterin hansı kompüterlərlə bağlantıya malik olduğu 
məlum  olur.  TCP/IP  ailəsinə  daxil  olan  IP  (Internet 
Protokol) şəbəkə səviyyəsinə aiddir.  
Nəqliyyat  səviyyəsinin  protokolları  aralarındakı 
məsafədən asılı olmayaraq iki kompüter arasında kəsilməz 
ötürməni  təmin  edir.  Protokollar  sistemində  nəqliyyat 
səviyyəsi iki protokolla təmsil olunur: 
 
TCP – Transmission Control Protocol ; 
 
UDP – User Datagramm Protocol. 
Bir  seans  daxilində  müxtəlif  kompüterlər  bir  neçə 
dəfə informasiya mübadiləsi  etdikdə sean səviyyəsindən 
istifadə edilir. 
Məlumatın  ötürülməyə  hazırlanmasına  tətbiqi 
səviyyədə başlanır. Bu səviyyəyə məlumat ötürən tətbiqi 
proqram məsuldur (cavabdehdir). Tətbiqi  səviyyəyə http, 
telnet və s. İnternet servisləri aiddir. 
 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________132________________________ 
 
LOKAL ŞƏBƏKƏ TOPOLOGİYASI 
 
Lokal  şəbəkə  topologiyası  dedikdə,  şəbəkə 
düyünlərinin  birləşdirilməsinin  həndəsi  forması  nəzərdə 
tutulur.  Ulduzşəkilli,  dairəvi  və  şin  topologiyaları  geniş 
yayılmışdır. 
Ulduzşəkilli  topologiyada  düyünlərdən  biri  mərkəz 
olur.  Mərkəzi  kompüter  bütün  işçi  stansiyalarla  birbaşa 
əlaqələndirilir.  Bu  topologiyada  konflikt  yaranmır,  lakin 
kabel sərfi artır. Məhsuldarlıği yüksək olsa da, şəbəkənin 
etibarlılığı  mərkəzi  kompüterin  etibarlılığı  qədərdir. 
İcazəsiz müdaxilədən qorunmaq asandır.  
 
 
Ulduzşəkilli topologiya 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________133________________________ 
 
Dairəvi topologiyada işçi stansiyalar bir-biri ilə ardıcıl 
qoşulur.  Kompüter  bir  şəbəkə  adapteri  ilə  informasiyanı 
qəbul  edir,  digər  adapterlə  ötürür.  Bu  halda  məlumat 
dairə  üzrə  hərəkət  edir.  Ötürmə  asanlaşır.  Ötürmə 
müddəti dairədəki kompüterlərin sayından asılıdır. Dairəvi 
qoşulmuş  kompüterlərdən  hər  hansı  biri  imtina  etdikdə 
şəbəkə  imtina  edir.  Lakin  bu  topologiyada  şəbəkəyə 
istənilən  sayda  kompüter  qoşmaq  mümkündür.  Çünki 
faktiki  olaraq  şəbəkə  hər  dəfə  yalnız  iki  kompüter 
arasındakı məsafə ilə bağlı olur. 
 
 
Dairəvi topologiya 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________134________________________ 
 
 Şin topologiyasında bütün işçi stansiyalar bir rabitə 
kanalına qoşulur. Bu halda kanaldan istifadə üçün növbə 
yaradılır.  Ünvan  ötürülən  paketdə  göstərilir.  Konflikti 
aradan qaldırmaq üçün şin arbitrajı metodundan istifadə 
edilir.  Adətən  müxtəlif  kompüterlər  üçün  kanal  müxtəlif 
tezliklə işləyir. 
 
 
 
 
Şin topologiyası 
 
Praktikada  ağacşəkilli  topologiyadan  geniş  istifadə 
edilir.  Bu,  adı  çəkilən  topologiyaların  kombinasiyasından 
yaradılır. 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə