Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə29/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________135________________________ 
 
 
Ağacvarı topologiya 
 
 LOKAL ŞƏBƏKƏLƏRİN FƏALİYYƏT TEXNOLOGİYASI
 
 
Lokal  şəbəkələrdə  düyünlərin  qarşılıqlı  fəaliyyətinin 
təşkili zamanı əsas rolu rabitə kanalına müraciət metodu 
oynayır. Kompüterlərin kabel birləşmələrinin 3 növü tətbiq 
edilir: 
 Token Ring (marker dairəsi); 
 Arcnet; 
 Ethernet. 
Token  Ring  texnologiyası  IBM  kompaniyası 
tərəfindən işlənib hazırlanmışdır. Bu texnologiyada dairəvi 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________136________________________ 
 
hərəkət  edən  marker  məlumat  ötürmək  istəyən  düyün 
tərəfindən dayandırılır. Məlumat ötürən düyün ünvandan 
ötürmənin  bitməsi  barədə  təsdiq  alan  kimi marker  azad 
edilir və marker, onu gözləyən düyünlər növbəsindəki ilk 
düyünə keçir. 
 
 
 
Tokren Ring texnologiyası 
 
Arcnet  (Attached  Resource  Computer  Network) 
texnologiyası  1977-ci  ildə  Datapoints  korporasiyası 
tərəfindən işlənib hazırlanmış sadə, ucuz, etibarlı və çevik 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________137________________________ 
 
lokal  şəbəkə  arxitekturasıdır.  Bu  texnologiyada 
kompüterlərdən  biri  xüsusi  marker  yaradır  və  ardıcıl 
olaraq  bir  kompüterdən  digərinə  ötürür.  Əgər  hər hansı 
stansiya  məlumat  ötürmək  istəyirsə,  həmin  markeri 
gözləyir,  marker  alan  kimi  ötürəcəyi  məlumata  ünvan 
informasiyasını  qoşub  markerlə  birlikdə  ötürür.  Arcnet 
texnologiyası istənilən topologiyada istifadə edilə bilir. 
 
 
Arcnet texnologiyası 
 
Ethernet  texnologiyası  şəbəkə  düyünlərinin  ümumi 
şinə paralel qoşulması şəraitində işləyir. Marker azad olan 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________138________________________ 
 
kimi  şəbəkənin  növbəti  ötürməyə  hazır  olduğunu  xəbər 
verir.  Bu  texnologiyanı  1970-ci  illərin  sonunda  Xerox 
Corporation kompaniyası təklif etmişdir. 
 
 
 
Ethernet texnologiyası 
  
ŞƏBƏKƏDƏ İŞİN SİSTEM TƏMİNATI 
 
Lokal  şəbəkədə  məlumat  ötürülüşü  prosesi  şəbəkə 
əməliyyat  sistemini  təşkil  edən  proqram  vasitələri 
kompleksinin  köməyi  ilə  həyata  keçirilir.  Bəzi  şəbəkə 
əməliyyat  sistemləri,  məsələn,  Novell  NetWare,  ayrıca 
kompüter  üçün  yaramır.  Bu  halda  şəbəkə  örtüyündən 
istifadə  edilir.  UNİX  və  ya  Windows  NT  həm  şəbəkədə, 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________139________________________ 
 
həm  də  ayrıca  kompüterdə  işləyir.  Şəbəkə  əməliyyat 
sisteminin vəzifələri aşağıdakılardan ibarətdir: 
 Verilən və proqramları bir kompüterdən digərinə ötürmək; 
 Ayrıca kompüterdə proqram işlətmək; 
 Şəbəkədə fayl sisteminin idarə edilməsi; 
 İstifadəçilərin  şəbəkə  resurslarına  müdaxiləsinin  və 
verilənlərin  icazəşiz  müdaxilədən  qorunmasının  idarə 
edilməsi; 
 Xarici və operativ yaddaşdakı verilənlərin təhlükəsizliyinin 
təmin  edilməsi,  imtinalardan  qoruma,  verilənlərin 
arxivləşdirilməsi və təkrarlanması; 
 Giriş-çıxış üzrə şəbəkə resurslarının paylanması; 
 Şəbəkədən kollektiv istifadə qaydalarına əməl olunmasının 
uçotu və nəzarət edilməsi; 
 Şəbəkənin  əmr  prosessorunun  interfeysinin  təmin 
edilməsi. 
Şəbəkə  əməliyyat  sisteminin  proqram  təminatı  2 
hissəyə bölünür. Əgər mərkəzi server varsa, bəzi modullar 
şəbəkəni  idarə  edən  sistem  cədvəllərinin  saxlandığı 
mərkəzi  serverdə  işləyir.  Bu  modullar  şəbəkə  sisteminin 
nüvəsini  təşkil  edir.  Digər  modullar  işçi  stansiyalarda 
işləyir. Adətən şəbəkə elə qurulur ki, işçi stansiyalar yalnız 
serverin  disklərinə  və  birgə  istifadə  edilən  printerlərə 
müraciət edə bilir. Stansiyalar bir-birinin diskinə müdaxilə 
edə  bilmir.  Lakin  Net  Link  proqramı  serverə  müraciət 
etmədən iki kompüter arasında (əgər həmin proqram hər 
iki 
kompüterə 
yüklənibsə) 
birbaşa 
informasiya 
mübadiləsinə imkan verir.  
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________140________________________ 
 
QLOBAL KOMPÜTER ŞƏBƏKƏSİ İNTERNET 
 
İNTERNET NƏDİR? 
 
İnternet  müxtəlif  lokal  və  qlobal  şəbəkələr 
birləşməsindən 
yaranmış 
Ümumdünya 
kompüter 
şəbəkəsidir.  İnternet-in  xarakterik  xüsusiyyəti  odur  ki, 
şəbəkələrarası informasiya mübadiləsi TCP/IP protokolları 
üzrə  həyata  keçirilir.  Bu  protokollar  hətta  etibarlılığı 
yüksək olmayan xətlərdə də etibarlı ötürməni təmin edə 
bilir.  IP-ünvanları  sistemi  İnternet  vasitəsilə  lokal 
şəbəkələrdəki  hər  bir  kompüter  resurslarını  birmənalı 
şəkildə təyin edir. 
Sosial  baxımdan,  İnternet  -  özünəməxsus  düşüncə 
tərzi,  dili  və  əxlaqı  ilə  seçilən  informasiya  mədəniyyəti 
törədən informasiya fəzasıdır.  
İnternetin  özəyini  ölkə  və  kontinentləri  birləşdirən 
super  sürətli  transkontinental  optik  rabitə  xətləri  təşkil 
edir.  Bu  xətlərə  konkret  coğrafi  regionlara  xidmət  edən 
nisbətən aşağı sürətli, az güclü xətlər birləşdirilir. Bunlara 
isə  nisbətən  daha  zəif  ötürmə  qabiliyyəti  olan  lokal 
şəbəkələr qoşulur.  
İnternetdə bütün şəbəkəni idarə edən vahid mərkəz 
yoxdur.  İnternet  texnologiyanın  köməyi  ilə  fəaliyyət 
göstərir və idarə edilir. 
İnternetdən əvvəl ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə 
ARPANET  şəbəkəsi  yaradılmışdı.  Sonra  bir-neçə 
universitet  arasında  şəbəkə  yaradıldı.  Bu  şəbəkələrin 
əsasında İnternet quruldu.  
Bu şəbəkələr aşağıdakı prinsiplərə əsaslanır: 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə