Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə37/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________170________________________ 
 
sistemləri  isə  informasiya  texnologiyalarından  istifadə 
edilməklə yaradılıb işlədilən kompüter sistemləridir. 
İnformasiya sistemlərində istifadə edilən informasiya 
texnologiyaları olduqca müxtəlifdir. Lakin bunların hamısı 
son  yekunda  informasiya  resursları  ilə  işləyir.  Bu 
baxımdan,  həm  informasiya  sistemlərində,  həm  də 
informasiya  texnologiyalarında  mərkəzi  yeri  verilənlərin 
idarə  edilməsi  texnologiyası  tutur.  Bu  texnologiyanın 
xarakteri emal edilən verilənin təbiətindən asılıdır. 
Müasir iqtisadi informasiya sistemlərində, həmçinin, 
digər təyinatlı informasiya sistemlərində verilənlərin idarə 
edilməsi  texnologiyasının  3  istiqaməti  fərqləndirilir  ki, 
bunlara da baza texnologiyaları deyilir: 
 Verilənlər bazası texnologiyaları; 
 Veb-texnologiyaları  (İnternet  mühitində  fəaliyyət 
göstərən  ümumdünya  hörümçək  toru  (WWW  - 
World  Wide  Web)  adlı  qlobal  hipermediya 
paylanmış  informasiya  sistemi  bir  çox  nəşrlərdə 
sadəcə, Veb kimi işlədilir); 
 Mətn axtarış texnologiyaları.  
Verilənlər  bazası  texnologiyaları  verilənlər  bazası 
adlanan  strukturlaşdırılmış  verilənlərin  yaradılmasını, 
saxlanmasını,  aktuallaşdırılmasını,  tamlığını,  səmərəli  və 
kollektiv istifadə edilməsini təmin edir. 
Veb-texnologiyaları şəbəkə mühitində və ayrıca fərdi 
kompüterdə  hipermediya  informasiya  resurslarının  idarə 
edilməsi  üçündür.  Ümumdünya  hörümçək  toru  adlanan 
WWW,  mahiyyətcə,  qlobal  paylanmış  hipermediya 
informasiya sistemidir.  


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________171________________________ 
 
Mətn axtarış texnologiyaları təbii dildə mətn axtarışı 
ilə işləyir və səmərəli axtarış təmin etmək üçündür. 
Praktiki fəaliyyət göstərən informasiya sistemlərində 
baza  texnologiyalarının  inteqrasiya  edilməsi  səmərəli 
sayılır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________172________________________ 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________173________________________ 
 
VERİLƏNLƏR BAZASI (VB) 
TEXNOLOGİYALARININ ƏSASLARI 
 
VB TEXNOLOGİYALARININ MƏNŞƏYİ 
 
“Verilənlər bazası” termini ilk dəfə ötən əsrin 60-cı 
illərinin  əvvəlində  işlədilmişdir.  Həmin  illərdə  maqnit 
lentlərində  təşkil  edilmiş  faylların  idarə  edilməsi  sistemi 
yaradılmışdı. Bu, ardıcıl müraciətli sistem idi. Yəni, fayllar 
lentdə  işlənmə  ardıcıllığı  üzrə  yerləşdirilirdi.  Lakin  bu 
ardıcıllıq tezliklə pozulduğundan, maqnit lentinin mexaniki 
yığılıb-açılmasına çox vaxt sərf edilirdi. Buna baxmayaraq, 
hələ  60-cı  illərin  astanasında  kifayət  qədər  irihəcmli 
iqtisadı  məsələlərin  (anbarda  ehtiyatların  uçotu, 
sifarişlərin 
qəbulu 
və 
işlənməsi, 
mal-nəqliyyat 
qaimələrinin işlənməsi və s.) həlli faylların təşkili üsulu ilə 
mümkün  olmuşdu.  Bu  məsələlərin  həllində  verilənlərin 
fayllara  yazılması,  fayldakı  verilənlərin  təzələnməsi, 
yazıların 
silinməsi, 
eyni 
strukturlu 
faylların 
qovuşdurulması, 
yazıların 
çeşidlənməsi 
və 
qruplaşdırılması,  nəticələrin  cədvəllər  şəklində,  aralıq  və 
son yekunlarla çap edilməsi əməliyyatları yerinə yetirilirdi. 
Bu  istiqamətin  fəallaşdırılmasında  1961-ci  ildə  meydana 
çıxan  Kobol  dili  mühüm  rol  oynadı.  Belə  ki,  bu  dil 
sözügedən 
məsələlərin 
proqramlaşdırılmasının 
avtomatlaşdırılmasının  təməlini  təşkil  etdi.  Lakin  maqnit 
lentinin  mahiyyətindən  irəli  gələn  nöqsan  bu  sahənin 
sonrakı  inkişafına  mane  olurdu.  1960-cı  illərin  əvvəlində 
birbaşa  müraciətə  imkan  verən  maqnit  disklərinin 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________174________________________ 
 
meydana  çıxması  ilə  prinsipcə  yeni  imkanlar  yarandı. 
Yalnız bundan sonra verilənlər bazası yaratmaq mümkün 
oldu. 
 
İNFORMASİYA SİSTEMİNİN PREDMET OBLASTI  
VƏ ONUN MODELLƏŞDİRİLMƏSİ 
 
“VB”  konsepsiyası  verilənlərin  səmərəli  idarə 
edilməsi tələbatından yaranmışdır.  
Verilənlər bazası texnologiyaları yaranmazdan əvvəl 
informasiya  sistemlərini  2  sinfə  bölürdülər:  sənədli  və 
faktoqrafik informasiya sistemləri. 
Sənədli  informasiya  sistemləri  indi  mətn  sistemləri 
adlanır. Bunlar təbii dildə yazılmış sənədlərlə, biblioqrafik 
təsvirə malik nəşr materialları ilə, jurnal məqalələrinin tam 
mətnləri  ilə,  monoqrafiyalarla,  elmi  hesabatlarla, 
dissertasiyalarla,  qanunvericilik  aktları  ilə  və  s.  işləmək 
üçündür.  Lakin  artıq  bu  sistemlər  mətn  sənədləri  ilə 
yanaşı,  şəkil,  video,  audio  və  s.  kimi  informasiya 
resurslarını da əhatə edir. 
Faktoqrafik informasiya sistemləri strukturlaşdırılmış 
verilənlər  şəklində  təqdim  edilən  faktlarla  işləyir.  İlk 
faktoqrafik  sistemlər  müəyyən  xassələrlə  xarakterizə 
olunan obyektlərin axtarışı üçün istifadə edilirdi. Verilənlər 
bazası texnologiyaları ilk dəfə məhz bu sistemlərdə tətbiq 
tapdı. Bu sistemlər, ilk növbədə, real dünyanın müəyyən 
hissəsi  olan 
sistemin  predmet  oblastının  dinamik 
informasiya modelini reallaşdırmağa təyinatlıdır.  
Müəyyən vaxt ərzində məşğul olunan fəaliyyət növü 
(iqtisadi  tədqiqat,  istehsalın  planlaşdırılması,  bazarda 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə