Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə35/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________162________________________ 
 
Hazırlanmış əməliyyat sisteminə məzəli ad (UNİCS - Uniplexed 
İnformation  and  Computing  Service  -  Sadə  informasiya  və 
hesablama  xidməti)  verilir.  Sonralar  isə  sistemin  rahat 
adlandırılması üçün Unix adından istifadə olunur. 
 
 
UNIX əməliyyat sisteminin yaradıcıları 
Ken Tompson və Dennis Ritci 
 
Sonrakı  ərəfədə  əməliyyat  sisteminin  daha  da 
təkmilləşdirilməsi ilə Dennis Ritci və onun komandası məşğul 
olur.  Tədqiqatçılar  Unix  əməliyyat  sistemini  yeni  nəsil 
komputerlər  üçün  nəzərdə  tutmuşdular.  Yüksək  səviyyəli 
alqotitmik dildən istifadə olunmaqla hazırlanan Unix əməliyyat 
sistemi  tez  bir  zamanda  universitetlərdən  başlayaraq  böyük 
şirkətlərə  qədər  hər  yerdə  istifadə  olunmağa  başlanır.  Unix 
əməliyyat sisteminin bir çox versiyaları ((məsələn, BSD, MİNİX 
(holland  professoru  Endro  Tanenbauman  tərəfindən 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________163________________________ 
 
hazırlanmışdı), SCO Unix, System V (AT&T şirkətinin original 
versiyası), Solaris (Sun şirkətinin məhsulu), XENİX və Linux)) 
istifadəçilər arasında geniş yayıldı. 
Bunlardan  məşhuru  Berkli  universitetinin  hazırladığı 
Berkeley  Unix  versiyası  oldu.  Əməliyyat  sisteminə  yeni 
imkanlar  və  proqramlar  da  əlavə  olundu,  bu  da  əməliyyat 
sisteminin  komputer  sahəsində  geniş  yayılmasına  şərait 
yaratdı. 
  
PROQRAMLAŞDIRMA SİSTEMLƏRİ 
 
EHM-lərin ilk inkişaf mərhələsində proqramlaşdırma 
maşın dilində idi. Bu, çox çətin, böyük zəhmət tələb edən 
iş idi. O vaxt hər maşının özünəməxsus dili var idi. Bu dildə 
yazılmış proqramı oxumaq mümkün deyildi. Buna görə də 
səhvi tapmaq müşkül məsələ idi. 
Proqramlaşdırma  texnologiyasında  ilk  tərəqqi 
əməliyyatın  kodu  və  verilənin  ünvanı  əvəzinə  adlardan 
istifadə ideyası ilə bağlıdır. Bu, proqramın oxunuşunu və 
redaktəsini  köklü  şəkildə  asanlaşdırdı.  Bu  ideya  üzrə 
yazılan əmrlər dili 
Assembler dili adlanır. Lakin Assembler 
dili də birbaşa maşının konstruksiyasına bağlandığından, 
dil fərqi problemi həll edilməmiş qaldı. Həm də Assembler 
dilində yazılmış proqramı kompüter bilavasitə istifadə edə 
bilmir. Bu problemi 
translyator həll etdi. Assemblerdən az 
sonra  yüksək  səviyyəli  dillər  yarandı.  İlk  olaraq 
Fortran, 
Cobol, sonra Alqol-60 alqoritmik dili yarandı. 
Proqramlaşdırma 
dilləri: 
ixtisaslaşdırılmış 
və 
universal olmaqla 2 yerə bölünür. İxtisaslaşdırılmış dillər 
xüsusi sinif məsələlərin həlli üçündür. Universal dillər hər 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________164________________________ 
 
cür məsələni həll etməkdən ötrüdür. Universal dillər, şərti 
olaraq,  sadə  və  mürəkkəb  dillərə  bölünür.  Sadə  dillərə: 
Paskal, C və Basic aiddir. Mürəkkəb dillərə: Ada, Modula-
2, Algol-68, C++ aiddir. 
Paskal  1970-ci  ildə  Algol-60  dilinin  ideyaları 
əsasında,  tədris  məqsədi  ilə  yaradılsa  da,  geniş  praktiki 
tətbiq tapdı. 
Alqoritmik  dilləri,  həmçinin,  prosedur  və  qeyri-
prosedur  dillərinə  bölürlər.  Prosedur  dillərində  alqoritm 
ayrı-ayrı  əməliyyatlar  ardıcıllığı  kimi  təsvir  edilir.  Qeyri-
prosedur  dillərində  proqramın  məqsədi  formalaşdırılan 
kimi məsələnin həll alqoritmi avtomatik tərtib edilir. Qeyri-
prosedur dillərinə 
Prolog və Planner misal ola bilər. 
Proqramlaşdırma  dillərinin  ən  vacib  anlayışlarından 
biri  dəyişən  anlayışıdır.  Dəyişən,  müraciət  gözləyən 
verilənin yerləşdiyi yaddaş yuvasının məzmunudur ki, bu 
da  proqramın  gedişində  dəyişikliyə  uğrayır.  İkinci  vacib 
anlayış dəyişənin tipi anlayışıdır.  
Prosedur  proqramlaşdırma  dillərinin  mühüm 
elementi  operatordur.  Bu  proqramlar  operatorlar 
ardıcıllığı kimi tərtib edilir. 
Məsələnin  maşında  həlli  aşağıdakı  mərhələlərdən 
keçir: 
 Proqramı tərtib ediləcək məsələnin qoyuluşu, məqsədin, 
şərtlərin və funksiyaların formalaşdırılması; 
 Proqramın ümumi sxeminin qurulması; 
 Formal  (riyazi)  modelləşdirmə,  yəni,  məsələnin 
düsturlaşdırılması və verilənlərin modellərinin qurulması; 
 Məsələnin metodiki həlli; 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________165________________________ 
 
 Müəyyən dildə, məsələn, blok-sxem dilində və ya bilavasitə 
proqramlaşdırma dilində alqoritm tərtibi; 
 Proqram mətninin tərtibi; 
 Proqram komponentlərinin testləşdirilməsi və sazlanması; 
 Proqramın sənədləşdirilməsi; 
 Proqramın sınaq istismarı; 
 Proqramın praktiki istifadə üçün tətbiqi. 
Proqramın layihələşdirilməsi tərtib edilən proqramın 
məqsəd  və  funksiyalarının  ardıcıl  surətdə  xırdalaşdırılıb 
dəqiqləşdirilərək modullara çevrilməsi prosesini ifadə edir. 
Layihələşdirmə:  prosedur-istinad  və  verilən-istinad 
olmaqla  2  metodla  həyata  keçirilir.  Prosedur-istinad 
metodunda  proqramın  quruluşu  məsələnin  funksional 
sxemini  təkrar  edir.  Verilən-istinad  metodunda  ilk 
növbədə  obyektin  tam  funksional  təsvirini  verən 
verilənlərin quruluşu müəyyən edilir. 
Mürəkkəb  məsələlərin  həll  alqoritmini  qurarkən  2 
üsuldan istifadə edilir: yuxarıdan-aşağı təhlil və aşağıdan-
yuxarı  sintez.  Təhlil  zamanı  ümumidən  xüsusiyə,  sintez 
zamanı isə xüsusidən ümumiyə doğru hərəkət edilir. 
Obyekt-istinad  proqramlaşdırması  prosedur-istinad 
və verilən-istinad metodlarını vahid tam halında birləşdirir. 
Burada  əsas  anlayış  sinif  anlayışıdır.  Hər  sinif  bir  real 
obyektin  modeli  olub,  həmin  obyekti  təsvir  edən 
məlumatları  saxlayır  və  onların  emalına  icazə  verir. 
Məsələn  Verilən  bazası  üçün  axtarış,  əlavəetmə, 
dəyişdirmə və təqdimetmə kimi prosedurlarının hər biri bir 
obyektə verilən xassədir. 
Proqramlaşdırma  sistemi  dedikdə,  bir  və  ya  bir 
neçə  proqramlaşırma  dilindən  istifadə  etməklə  proqram 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə