Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə38/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________175________________________ 
 
lazımi  məhsulun  axtarılması,  ətraf  mühitin  vəziyyətinin 
monitorinqi)  öz  predmet  oblastının  vəziyyəti  və  onda 
gedən  proseslər  barədə  lazımi  məlumatları  əldə  etmək 
üçün  müntəzəm  və  ya  qeyri-müntəzəm  müşahidə  və 
ölçmələr  aparılmasını  tələb  edir.  Lakin  müşahidə  və 
ölçmələri lazım olan vaxtlarda həyata keçirmək bu və ya 
digər  səbəblər  üzündən  heç  də  həmişə  mümkün  olmur. 
Bu  halda  kompüterdə  yaradılmış  gerçəkliyin  dinamik 
informasiya modeli misilsizdir.  
İnformasiya  modeli  fiziki,  riyazi  və  s.  modellərdən 
fərqli  olaraq  maddi  resursları  informasiya  resursları 
şəklində  təsvir  edir.  Verilənlər  bazası  texnologiyaları 
həmin  informasiya  modelini  verilənlər  modelinə  çevirə 
bilir.  İnformasiya  modeli  real  prosesləri  adekvat  təsvir 
etdiyindən,  zəruri  ölçmələrə  ehtiyacı  azaldır.  Bu,  həm 
vaxta  qənaət  etməyə,  həm  də  xərci  azaltmağa  imkan 
verir. 
Dinamik  model  dedikdə,  zamanda  dəyişən  model 
nəzərdə tutulur. Bu model prosesin gedişini kadrlar sırası 
şəklində  təsvir  etmək  üçün  kifayət  edən  yaddaşa  malik 
kompüterdə reallaşdırılır. 
Predmet  oblastının  informasiya  modeli  real 
obyektlərin  konkret  məqsədlə  birbaşa  bağlı  olan 
mahiyyətləri əsasında yaradılır. Bu məqsədlə mahiyyətlər 
tipləşdirilir.  Predmet  oblastı  mahiyyət  tipləri  üzrə 
strukturlaşdırılır.  Hər  bir  obyekt  özünəməxsus  mahiyyət 
atributları  ilə  təsvir  edilir.  Praktikada  predmet  oblastının 
strukturunun  təhlili  və  sintezi  deduktiv  metodla  həyata 
keçirilir. Yəni, əvvəlcə mahiyyət tipləri aşkar edilir, ümumi 
mahiyyətlər müəyyənləşdirilir, sonra həmin tip bu tipdən 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________176________________________ 
 
olan  bütün  mahiyyət  nüsxələri  üçün  mənimsədilir. 
Predmet oblastının hər bir mahiyyəti fərdidir. Bu fərdilik 
həm də eyni tip mahiyyətlər arasında hökm sürür. Yəni, 
heç bir təkrara yol verilmir. Fərdilik identifikator vasitəsilə 
reallaşdırılır.  Bəzi  identifikatorlar  unikal  olur.  Unikal 
identifikator  ilkin  açar  adlanır.  Məsələn,  şəxsiyyət 
axtarışında  soyad  ilkin  açardır.  Unikal  olmayan 
identifikatorlar  ikinci  açar  adlanır.  Məsələn,  tələbənin 
soyadı ilkin açar, qrup nömrəsi ikinci açardır.  
Predmet  oblastında  mahiyyətlər  arasında  müxtəlif 
məzmunlu  əlaqələr  mövcud  olur  ki,  informasiya 
modelində  bunlar  da  öz  əksini  tapmalıdır.  Bunlar  əlaqə 
tipləri ilə təsvir edilir. Əlaqə tipləri məcburi və ya fakültativ 
olur. Məsələn, şəxsiyyətlə doğum tarixi məcburi, yaşayış 
yeri isə fakültativ əlaqədədir. 
Mahiyyət tipləri arasında ixtiyari ölçülü  əlaqələr ola 
bilir. Praktikada unar (1 öçülü), binar (2 ölçülü) və n-ar (n 
ölçülü) əlaqələr mövcud olur. Əlaqələr “birin birə”, “birin 
çoxa”  və  “çoxun  çoxa”  tiplərdə  olur.  Predmet  oblastını 
xarakterizə edən mahiyyətlərarası əlaqə tipləri məcmusu 
predmet  oblastının  tipik  quruluşunu  əmələ  gətirməklə, 
həm də predmet oblastının tipik modeli kimi çıxış edir. Bu 
model  predmet  oblastının  sabit  (və  ya  nisbi  sabit) 
xassələrini əks etdirdiyindən, 
intensional model adlanır.  
Predmet oblastının müəyyən cəhətlərini əks etdirən 
bəzi  əlaqələr  müəyyən  dəyişikliyə  uğradığından,  bəzi 
əlaqələrin  pozulması  və  ya  yeni  əlaqələrin  meydana 
çıxması səbəbindən, predmet oblastının 
vəziyyəti dinamik 
xarakterlidir. Bu vəziyyəti predmet oblastının 
ekstensional 
modeli  təsvir  edir.  Göründüyü  kimi,  intensional  statik, 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________177________________________ 
 
ekstensional dinamik modeldir. Predmet oblastının hər bir 
vəziyyəti  müəyyən  sərhədlər  daxilində  olmalıdır  ki, 
bunlara  da 
bütövlük  məhdudiyyətləri  deyilir.  Bütövlük 
məhdudiyyətləri 
əyani  (müəyyən  hökm  şəklində 
formalaşdırılmış)  və  ya  əyani  ifadə  olunmasına  ehtiyac 
olmayan 
gizli ola bilər. Məsələn, ağacşəkilli quruluşda, kök 
düyündən  (zirvədən,  təpədən)  başqa,  hər  bir  düyünün 
yeganə  ana  düyünə  bağlılığı  faktı  gizli  məhdudiyyətdir. 
Bütövlük məhdudiyyətləri statik və dinamik olurlar. Statik 
məhdudiyyət 
ayrıca 
vəziyyətə 
xasdır. 
Dinamik 
məhdudiyyət predmet oblastının bir vəziyyətdən digərinə 
keçidi müəyyən edir. Beləliklə, bütövlük məhdudiyyətləri 
zamanda  dəyişməz  olmaqla  intensional  modelin  tərkib 
hissəsidir.  
Qeyd etmək lazımdır ki, intensional və ekstensional 
modellər  predmet  oblastının  müxtəlif  səviyyələrdə 
abstraksiyasını  əks  etdirir.  Ekstensional  model  “nüsxə” 
modelidir.  Çünki  mahiyyət  nüsxələrinin  xassələrini  və 
onlar arasındakı əlaqələri təsvir edir. İntensional model işə 
mahiyyət  nüsxələrinin  xassələrini  nəzərə  almır  və  buna 
görə də o, “tip” modelidir. 
İnformasiya  sisteminin  yaradıcısı  üçün  intensional 
model daha maraqlıdır. Çünki bu, predmet oblastını bütöv 
şəkildə təsvir edir.  
Layihələşdirici  mütəxəssis  baxımından,  həm  də 
konseptual  model  maraqlıdır.  Çünki  bu,  bütövlükdə 
“informasiya  fəzası”nı  xarakterizə  edir.  Konseptual 
modelin 
sintez 
edilməsi 
informasiya 
sisteminin 
yaradılmasının ən vacib mərhələsidir. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə