İQTİSADİ İNFORMATİKA
________________________175________________________
lazımi məhsulun axtarılması, ətraf mühitin vəziyyətinin
monitorinqi) öz predmet oblastının vəziyyəti və onda
gedən proseslər barədə lazımi məlumatları əldə etmək
üçün müntəzəm və ya qeyri-müntəzəm müşahidə və
ölçmələr aparılmasını tələb edir. Lakin müşahidə və
ölçmələri lazım olan vaxtlarda həyata keçirmək bu və ya
digər səbəblər üzündən heç də həmişə mümkün olmur.
Bu halda kompüterdə yaradılmış gerçəkliyin dinamik
informasiya modeli misilsizdir.
İnformasiya modeli fiziki, riyazi və s. modellərdən
fərqli olaraq maddi resursları informasiya resursları
şəklində təsvir edir. Verilənlər bazası texnologiyaları
həmin informasiya modelini verilənlər modelinə çevirə
bilir. İnformasiya modeli real prosesləri adekvat təsvir
etdiyindən, zəruri ölçmələrə ehtiyacı azaldır. Bu, həm
vaxta qənaət etməyə, həm də xərci azaltmağa imkan
verir.
Dinamik model dedikdə, zamanda dəyişən model
nəzərdə tutulur. Bu model prosesin gedişini kadrlar sırası
şəklində təsvir etmək üçün kifayət edən yaddaşa malik
kompüterdə reallaşdırılır.
Predmet oblastının informasiya modeli real
obyektlərin konkret məqsədlə birbaşa bağlı olan
mahiyyətləri əsasında yaradılır. Bu məqsədlə mahiyyətlər
tipləşdirilir. Predmet oblastı mahiyyət tipləri üzrə
strukturlaşdırılır. Hər bir obyekt özünəməxsus mahiyyət
atributları ilə təsvir edilir. Praktikada predmet oblastının
strukturunun təhlili və sintezi deduktiv metodla həyata
keçirilir. Yəni, əvvəlcə mahiyyət tipləri aşkar edilir, ümumi
mahiyyətlər müəyyənləşdirilir, sonra həmin tip bu tipdən
İQTİSADİ İNFORMATİKA
________________________176________________________
olan bütün mahiyyət nüsxələri üçün mənimsədilir.
Predmet oblastının hər bir mahiyyəti fərdidir. Bu fərdilik
həm də eyni tip mahiyyətlər arasında hökm sürür. Yəni,
heç bir təkrara yol verilmir. Fərdilik identifikator vasitəsilə
reallaşdırılır. Bəzi identifikatorlar unikal olur. Unikal
identifikator ilkin açar adlanır. Məsələn, şəxsiyyət
axtarışında soyad ilkin açardır. Unikal olmayan
identifikatorlar ikinci açar adlanır. Məsələn, tələbənin
soyadı ilkin açar, qrup nömrəsi ikinci açardır.
Predmet oblastında mahiyyətlər arasında müxtəlif
məzmunlu əlaqələr mövcud olur ki, informasiya
modelində bunlar da öz əksini tapmalıdır. Bunlar əlaqə
tipləri ilə təsvir edilir. Əlaqə tipləri məcburi və ya fakültativ
olur. Məsələn, şəxsiyyətlə doğum tarixi məcburi, yaşayış
yeri isə fakültativ əlaqədədir.
Mahiyyət tipləri arasında ixtiyari ölçülü əlaqələr ola
bilir. Praktikada unar (1 öçülü), binar (2 ölçülü) və n-ar (n
ölçülü) əlaqələr mövcud olur. Əlaqələr “birin birə”, “birin
çoxa” və “çoxun çoxa” tiplərdə olur. Predmet oblastını
xarakterizə edən mahiyyətlərarası əlaqə tipləri məcmusu
predmet oblastının tipik quruluşunu əmələ gətirməklə,
həm də predmet oblastının tipik modeli kimi çıxış edir. Bu
model predmet oblastının sabit (və ya nisbi sabit)
xassələrini əks etdirdiyindən,
intensional model adlanır.
Predmet oblastının müəyyən cəhətlərini əks etdirən
bəzi əlaqələr müəyyən dəyişikliyə uğradığından, bəzi
əlaqələrin pozulması və ya yeni əlaqələrin meydana
çıxması səbəbindən, predmet oblastının
vəziyyəti dinamik
xarakterlidir. Bu vəziyyəti predmet oblastının
ekstensional
modeli təsvir edir. Göründüyü kimi, intensional statik,
İQTİSADİ İNFORMATİKA
________________________177________________________
ekstensional dinamik modeldir. Predmet oblastının hər bir
vəziyyəti müəyyən sərhədlər daxilində olmalıdır ki,
bunlara da
bütövlük məhdudiyyətləri deyilir. Bütövlük
məhdudiyyətləri
əyani (müəyyən hökm şəklində
formalaşdırılmış) və ya əyani ifadə olunmasına ehtiyac
olmayan
gizli ola bilər. Məsələn, ağacşəkilli quruluşda, kök
düyündən (zirvədən, təpədən) başqa, hər bir düyünün
yeganə ana düyünə bağlılığı faktı gizli məhdudiyyətdir.
Bütövlük məhdudiyyətləri statik və dinamik olurlar. Statik
məhdudiyyət
ayrıca
vəziyyətə
xasdır.
Dinamik
məhdudiyyət predmet oblastının bir vəziyyətdən digərinə
keçidi müəyyən edir. Beləliklə, bütövlük məhdudiyyətləri
zamanda dəyişməz olmaqla intensional modelin tərkib
hissəsidir.
Qeyd etmək lazımdır ki, intensional və ekstensional
modellər predmet oblastının müxtəlif səviyyələrdə
abstraksiyasını əks etdirir. Ekstensional model “nüsxə”
modelidir. Çünki mahiyyət nüsxələrinin xassələrini və
onlar arasındakı əlaqələri təsvir edir. İntensional model işə
mahiyyət nüsxələrinin xassələrini nəzərə almır və buna
görə də o, “tip” modelidir.
İnformasiya sisteminin yaradıcısı üçün intensional
model daha maraqlıdır. Çünki bu, predmet oblastını bütöv
şəkildə təsvir edir.
Layihələşdirici mütəxəssis baxımından, həm də
konseptual model maraqlıdır. Çünki bu, bütövlükdə
“informasiya fəzası”nı xarakterizə edir. Konseptual
modelin
sintez
edilməsi
informasiya
sisteminin
yaradılmasının ən vacib mərhələsidir.
Dostları ilə paylaş: |