İQTİSADİ İNFORMATİKA
________________________168________________________
Müasir MBIS-lərin əksəriyyəti verilənlərin iqtibaslı
(relyasiyalı) modelinə əsaslanır və verilənlərin axtarılıb
seçilməsi üçün SQL (Struktured Query Language) dilindən
istifadə edilir.
Relyasiyalı bazanı Microsoft Access proqramının
köməyi ilə yaratmaq mümkündür.
PROQRAM TƏMİNATININ YAYILMASI
Proqram məhsullarını yayılma xarakterinə görə,
sərbəst yayılan, şərti sərbəst yayılan və kommersiya
proqram təminatına bölürlər.
Müftə proqramlar (
freeware) istehsalçı tərəfindən
pulsuz yayılır və istifadəçi bu proqram mətni üzərində
dəyişiklik edə bilir. Şərti sərbəst yayılan proqramlar
(
shareware) da pulsuz yayılır. Lakin istifadəci ondan
kommersiya məqsədi ilə istifadə etməmək
barədə öhdəlik
götürür. Kommersiya proqramları adi bazar məhsullarıdır.
Proqram bazarının artıq 30 ildən artıq yaşı vardır. 1969-
cu ildə IBM firması özünün proqram məhsullarını satışa
çıxardı.
Səmərəli və rəqabət qabiliyyətli fəaliyyət göstərmək
istəyən ixtiyari müəssisə proqram təminatını satın almağa
məcburdur.
Proqram məhsulu dedikdə, müəyyən funksiyaların
icrası üçün yaradılmış qarşılıqlı əlaqəli proqramlar yığımı
(proqram paketi) nəzərdə tutulur.