Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə34/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________158________________________ 
 
MS  DOS-da  multiməsələ  rejimi  yoxdur.  MS  DOS 
köhnəlmişdir və indi praktiki olaraq istifadə edilmir. Lakin 
MS DOS dövründə külli miqdarda proqramlar yazılmışdı və 
onların bir çoxu indi də istifadə edilir.
 
 
WINDOWS ƏMƏLİYYAT SİSTEMİ 
 
Bu əməliyyat sistemini də 
Microsoft firması IBM PC 
fərdi kompüterləri üçün işləyib hazırlamışdır. 
Windows MS 
DOS-a  nisbətən  daha  geniş  imkanlara  malikdir  və 
istifadəçilər  üçün  daha  rahatdır.  Bu, 
Apple  firmasının 
maşınlarını yaradanlar tərəfindən düşünülmüş prinsiplərə 
əsaslanır. Faktiki olaraq 
Windows fərdi kompüterlər üçün 
qrafik standarta çevrilmişdir. 
Windows MS DOS-dan köklü 
fərqlənən  prinsiplərə  əsaslanır. 
MS  DOS  peşəkar  üçün 
idisə, 
Windows  peşəkar  olmayan  üçündür.  Windows-un 
əsas  fərqləndirici  cəhəti  cari  momentdə  işləyən 
proqramların  və  əməliyyat  sisteminin  monitor  ekranında 
“pəncərə” adlanan xüsusi qrafik obyekt kimi təsviridir. Bu 
o  deməkdir  ki, 
Windows  çoxməsələli  sistemdir.  Lakin 
burada  da  hər  bir  vaxt  momentində  yalnız  bir  proqram 
işləyir.  Bununla  yanaşı,  operativ  yaddaşda  olan  bir 
proqramdan digərinə keçmək üçün “pəncərə”ni dəyişmək 
kifayətdir. 
Windows-un əsas üstünlüyü münasib istifadəçi 
interfeysidir.  Burada  əmri 
MS  DOS-dakı  kimi  mətni  sətr 
şəklində verməyə ehtiyac yoxdur. Lazımi element mausla 
seçilir.  Kompüterin  interfeysin  dizaynı  baxımından 
fərdiləşdirilməsi 
imkanı 
da 
Windows-un 
vacib 
üstünlüklərindəndir. 
Windows-da  işçi  masa  konsepsiyası 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________159________________________ 
 
mühüm  rol  oynayır.  Çünki  istifadəçi  işçi  masanın 
məzmununu  özü  tərtib  edə  bilir.  İstifadəçi  proqramlarla 
yazı  masası  üzərindəki  sənədlərlə  işlədiyi  kimi  işləyir. 
Windows-un  çox  mühüm  xüsusiyyətlərindən  biri  də  işin 
çoxvariantlı  təşkili  imkanıdır.  Kimə  necə  münasibdir,  elə 
işləyir.  Tez-tez  rast  gələn  əməliyyatlar  piktoqrafik 
menyudə  əyaniləşdirilmişdir.  Tipik  əməliyyatlardan  biri 
Alt,  Shift,  Ctrl  kimi  registr  dəyişən  düymələrlə  digər 
düymələrin kombinasiyasından (isti düymələrdən) istifadə 
edilməsidir. 
Windows  –  inteqrasiya  edilmiş  sistemdir.  Buraya 
xüsusi  təyinatlı  proqramlar:  mətn  və  qrafik  redaktorlar, 
sazlama  proqramları,  çap  proqramları  və  s.  daxildir. 
Windows-da  hazırlanan  bir  sənədin  müxtəlif  hissələri 
müxtəlif  proqram  əlavələrinin  köməyi  ilə  yerinə  yetirilə 
bilir.  Məsələn, 
Word  mətn  redaktorunda  hazırlanmış 
mətnə 
Paintbrush  qrafik  redaktorunda  hazırlanmış  şəkli 
obyekt  formasında  daxil  etmək  mümkündür.  Şəkildə 
dəyişiklik  etmək  üçün  onun  üzərində  mausun  sol 
düyməsinin ikiqat sıxılması kifayətdir. 
Windows  sistemi  həqiqətən  çoxməsələli  əməliyyat 
sistemi deyildir. Burada bəzi sistem cədvəlləri bütün icra 
edilən  məsələlər  üçün  ümumidir.  Bu,  eyni  zamanda  bir 
neçə  proqramın  paralel  icrasına  imkan  vermir. 
Windows 
çoxlu cari informasiyanı operativ yaddaşda saxladığından, 
kompüteri  lazımi  qaydada  söndürmək  tələb  olunur.
 
Windows 32 mərtəbəli əməliyyat sistemidir. Windows-da 
müxtəlif  proqramların  əlaqələndirilməsi  üçün  mübadilə 
buferi (
Clipboard) vardır.
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________160________________________ 
 
UNİX ƏMƏLİYYAT SİSTEMİ 
 
UNİX digər sistemlərdən müsbət mənada fərqlənən 
əməliyyat 
sistemidir. 
Bunun 
təməlində 
proses 
konsepsiyası  dayanır.  Proses  dedikdə,  işə  buraxılmış 
proqramın  (UNİX-də  proqram  dedikdə,  sadəcə, 
kompilyasiya  edilmiş  proqram  faylı  nəzərdə  tutulur) 
ixtiyari nüsxəsi nəzərdə tutulur. UNİX baxımından, hər bir 
proses  öz  virtual  kompüterində  icra  edilən  və  öz  virtual 
yaddaşından  istifadə  edən  proqramdan  ibarətdir.  Bir 
proses digər prosesi işə qoşa bilir. Bu halda hansı prosesin 
hansı  kompüterdə  getməsi  vacib  deyil.  UNİX
-də  
proseslərarası  informasiya  mübadiləsi  üçün  paralel 
hesablamaları  sinxronlaşdıran  siqnallar,  semoforlar, 
proseslərarası  kanallar,  ötürmə  növbələri,  paylanmış 
yaddaş  kimi  geniş  imkanlar  mövcuddur.  Siqnallar 
proseslər  mühitində  kəsilmələr  rolunu  oynayır.  Semofor 
prosesdaxili  dayanma  və  davametmə  işini  icra  edir. 
Proseslərarası  kanallar  proseslər  arasında  informasiya 
mübadiləsini  reallaşdırır.  Bir  prosesin  nəticələri  kanala 
yazılır  ki,  digər  proses  onu  kanaldan  oxusun.  Lakin  bu 
zaman  kənar  proseslər  həmin  kanala  müdaxilə  edə 
bilmirlər.  Proseslərarası  kanaldan  fərqli  olaraq,  ötürmə 
növbələri bütün proseslər üçün açıqdır. Paylanmış yaddaş 
iki  prosesin  yaddaşdan  şərikli  istifadəsi  imkanıdır.  Yəni, 
eyni verilən paralel olaraq hər iki prosesdə istifadə edilir.  
UNİX  nüvədən  (
Kernel),  əmr  interpretatorundan 
(
Shell) və xidməti proqramlardan (utilitlərdən) ibarətdir. 
UNİX  utilitləri 5 qrupa bölünür: 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________161________________________ 
 
 Fayl sistemini idarə edən utilitlər; 
 Prosesləri idarə edən utilitlər; 
 Kommunikasiyaları idarə edən utilitlər; 
 Xidməti proqramlar kitabxanası; 
 Proqramlaşdırma mühiti. 
 
Nüvə 4 hissədən ibarətdir: 
 
 Yaddaşı idarə edən; 
 Fayl sistemini idarə edən; 
 Sistem resurslarını yerləşdirən; 
 Müdaxilə hüququ verən hissə. 
Nüvə hesablayıcı şəbəkənin quruluşunu təsvir edən 
sorğu cədvəlləri əsasında işləyir. 
 
QEYD
: Linux əməliyyat sisteminin yaranması 1991-ci ilə 
təsadüf  edir.  Finlandiyalı  aspirant  Linus  Torvalds  Minix 
əməliyyat sistemində proqram emulyasiyasını istifadə edərkən 
müəyyən  bir  problemlə  rastlaşır.  Torvalds  qərara  gəlir  ki, 
proqram  emulyasiyasının  kod  hissəsini  elə  yazmalıdır  ki, 
ondan  istifadə  edən  istifadəçi  heç  bir  əməliyyat  sisteminə 
müraciət  etməsin.  Torvalds  həyata  keçirdiyi  əməliyyatlar 
nəticəsində  məqsədinə  nail  olur.  O,  hazırladığı  əməliyyat 
siteminin proqram kodunu serverə yazır, nəticədə mükəmməl 
əməliyyat sistemi əldə edir. Hazırlanmış proyekt həmin vaxt 
istifadə olunan Unix əməliyyat sisteminin əksər funksiyalarını 
özündə  birləşdirirdi.  Əvvəlcə  əməliyyat  sistemini  Freax 
adlandırmaq (ingiliscədən tərcüməsi pulsuz, sərbəst anlamını 
verir) qərara alınır. 
Sonrakı  illərdə  Linux  və  Unix  əməliyyat  sistemləri 
üzərində tədqiqat işləri AT&T Bell Labs kompaniyasının işçisi 
Ken Tompson tərəfindən aparılır (bu 1969-cu ilə təsadüf edir). 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə