İQTİSADİ İNFORMATİKA
________________________178________________________
VERİLƏNLƏR BAZASI VƏ DİGƏR ƏSAS
ANLAYIŞLAR
Verilənlər bazası - kompüter yaddaşında müəyyən
qaydalara uyğun şəkildə təşkil edilmiş və istifadəçi
tələbinə uyğun aktuallaşa bilən, başqa sözlə, predmet
oblastının ekstensional modelini təşkil edən verilənlər
çoxluğudur. Verilənlər bazasının təşkili predmet oblastının
intensional modeli ilə təsvir edilir. Çünki intensional model
ekstensional modelə nisbətən yuxarı səviyyə modelidir.
Verilənlər bazasının aktuallaşdırılması dedikdə,
verilənlərin tərkibinin və quruluşunun dəyişdirilməsi başa
düşülür. Yəni, aktuallaşdırma nəticəsində bəzi verilənlər
bazadan çıxarılır, yeniləri daxil edilir, əlaqələr dəyişdirilir
və s. Daha dərin aktuallaşdırma verilənlər bazasının
restrukturlaşdırılması
adlanır.
Bu,
bütövlük
məhdudiyyətlərinin dəyişdirilməsi zamanı baş verir.
Çox zaman verilənlər bazası elə təşkil edilir ki,
predmet oblastının hər vəziyyətinə bazanın bir vəziyyəti
uyğun gəlir. Lakin bəzi hallarda, iqtisadi tədqiqatlarla bağlı
olaraq,
temporal (zamanlı, sürəkli) bazalar da yaradılır. Bu
bazalardakı verilənlərin qiymətləri müəyyən zamana aid
olur. Yəni verilənlərin zaman sıraları (xronologiyası) əks
etdirilir.
Verilənlər bazası verilənlərin inteqrasiya edilmiş
çoxluğudur. Yəni, bir fakt bazada bir dəfə qeyd edilir. Bu,
bazanın informasiya
bolluğunun minimum olmasını
göstərir. Lakin paylanmış bazalarda müəyyən baza
fraqmentlərinin (replikatların) şəbəkə düyünləri üzrə
təkrarlanması şəbəkə trafikasını (məlumat ötürülüşünü)
İQTİSADİ İNFORMATİKA
________________________179________________________
ixtisar etməyə və sistemin məhsuldarlığını artırmağa
imkan verir. Verilənlər bazası çoxsaylı istifadəçilərə xidmət
üçün yaradıldığından, onun yaradılması kriterisi sosial
xarakter daşıyır və ayrı-ayrı istifadəçilərin tələbini ödəmək
baxımından irəli gələn lokal səmərəlilik deyil, inteqral
səmərəlilik daha vacibdir.
Verilənlər bazasının tərkibi (məzmunu), ilk növbədə,
hesablama yolu ilə alınması mümkün olmayan müşahidə
və ölçmə məlumatları ilə doldurulur ki, bunlara da baza
göstəriciləri, belə bazaya isə predmet bazası deyilir.
Verilənlər bazası xüsusi proqram kompleksi
vasitəsilə idarə edilir. Buna verilənlər bazasının idarə
edilməsi sistemi (VBİS) deyilir. VBİS-lə VB birliyinə VB
sistemi deyilir. Bir kompüterdə qurulmuş VBİS bir neçə
VB-ni idarə edə bilər.
VB sisteminin istifadəçiləri adətən bazadakı
məlumatların
mənbəyi
olan
predmet
oblastı
mütəxəssisləridir. Bunlar həm də
son istifadəçilərdir. Lakin
VB-yə müraciət edən hər şey - VB sisteminin əlavələri
adlanan tətbiqi proqramlar və proqram kompleksləri,
həmçinin kompüterlər və hesablayıcı sistemlər istifadəçi
sayılır.
Son istifadəçilər VB ilə qarşılıqlı fəaliyyət göstərərkən
VBİS-in
istifadəçi interfeysindən, tətbiqi proqramlar isə
tətbiqi proqramlaşdırma interfeysindən istifadə edir.
Verilənlərin mərkəzləşdirilmiş qaydada idarə
edilməsi VB
inzibatçısının səlahiyyətindədir. İnzibatçı
heyət sistemi işlək vəziyyətdə saxlamalı, vaxtlı-vaxtında
aktuallaşdırma
aparmalı,
sistemin
informasiya
İQTİSADİ İNFORMATİKA
________________________180________________________
resurslarından və yaddaşdan səmərəli istifadə edilməsini
təmin etməlidir.
Verilən bazaları mərkəzləşdirilmiş və paylanmış
olurlar. Mərkəzləşdirilmiş VB bir kompüterdə yaradılır və
ondan yalnız həmin kompüterdə işləyənlər istifadə edir.
Belə bazaya lokal şəbəkə kompüterləri də müraciət edə
bilir. Kompüter şəbəkələri paylanmış bazalar yaradılmasını
şərtləndirdi. Belə bazalar müxtəlif kompüterlərdə təşkil
edilmiş bir neçə hissədən ibarət olur. Bu hissələr
kəsişməyən, kəsişən və təkrarlanan ola bilir. Bir
kompüterdə təşkil edilmiş paylanmış baza hissəsi bəzən
lokal VB kimi fəaliyyət göstərir.
Paylanmış VB-lər paylanmış VBİS-lə idarə olunur.
Paylanmış VB verilənlərin
fraqmentləşdirilməsi və
tirajlaşdırılması metodları ilə yaradılır. Fraqmentləşdirmə
bazanın kəsişməyən hissələrinin, tirajlaşdırma isə
fraqmentlərin nüsxələrinin müxtəlif kompüterlərdə
təşkilini nəzərdə tutur.
VBİS VB-nin mərkəzi idarəedicisidir. Yəni VB-yə
müraciət yalnız VBİS vasitəsilə mümkündür.
VBİS-lər ümumi təyinatlı və ixtisaslaşdırılmış olurlar.
Ümumi təyinatlı VBİS-lər heç bir konkret predmet
oblastına istiqamətli olmur. İxtisaslaşdırılmış VBİS-lər
xüsusi təyinatlı sistemlərdir.
VBİS-in əsas xassəsi verilənlər bazasına həm
istifadəçi tərəfdən, həm də saxlayıcı tərəfdən baxmağı
reallaşdırmasıdır. İstifadəçi baxımı məntiqi quruluşu,
saxlayıcı baxımı isə fiziki quruluşu şərtləndirir.
İQTİSADİ İNFORMATİKA
________________________181________________________
VERİLƏN MODELLƏRİ
İxtiyari VBİS müəyyən verilən modeli ilə işləyir.
Verilən modeli dedikdə, verilənlərin strukturlaşdırılması
qaydaları çoxluğu nəzərdə tutulur. Əgər VBİS bir neçə
modellə işləyirsə, bu,
multimodelli sistem adlanır.
Verilən modeli bir tərəfdən, predmet oblastının
verilən bazasında təzahür vasitəsidir və buna görə də o,
özünü metainformasiya kimi təqdim edir. Digər tərəfdən,
verilən modeli verilənlərin VBİS tərəfindən idarə edilməsi
mexanizmi kimi çıxış edir. Müasir anlamda verilən modeli
predmet oblastının modelləşdirilməsi instrumentidir.
Halbuki əvvəllər bu anlayış yalnız verilənlərin quruluşunu
təsvir edirdi. İlk verilən modelləri qraf modelləri idi. Bunlar
ya şəbəkə, ya da iyerarxik (ağacşəkilli) quruluşları ifadə
edirdilər. Hal-hazırda relyasiyalı (iqtibaslı) modellər daha
geniş tətbiq edilir.
Qraf modellərinin ən mühüm komponenti
naviqasiya
(axtarış)
aparatıdır. Naviqasiya aparatı üzərində
manipulyasiya (dəyişdirmə) əməli aparılacaq verilənləri
(bunlara cari verilən deyilir) identifikasiya etmək
(adlandırmaq) və idarəni struktur üzrə həmin verilənlərə
yönəltmək üçündür.
CODASİL şəbəkə modelində
naviqasiya aparatı kifayət qədər mürəkkəbdir. Bu
modeldə aşağıdakı tipik əməllər icra edilir:
Verilmiş tipə aid növbəti yazının tapılması;
Verilmiş məlumat yığımının növbəti yazısına keçilməsi;
Carı yazıların emal üçün götürülməsi;
Dostları ilə paylaş: |