Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə40/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________182________________________ 
 
 Cari yazıların dəyişdirilməsi (təzələnməsi, əvəzlənməsi və 
s.); 
 Yazının VB-də yadda saxlanması; 
 Yazının yığıma əlavə edilməsi; 
 Yazının yığımdan silinməsi; 
 Cari yazının VB-dən silinməsi və s. 
Bu əməllər iyerarxik modellərdə də icra edilir. 
1970-ci  illərdən  geniş  tətbiq  edilən  relyasiyalı 
modellər cədvəllər çoxluğu şəklində qurulur.  
Sözügedən  modellərin  xarakterik  xüsusiyyəti 
verilənə sərbəst mücərrəd obyekt kimi baxılmasıdır. Yəni, 
verilənin  məzmunu  və  əlaqələri  VB-dən  kənarda  qalır. 
1970-ci  illərdən  semantik  modellərin  yaradılmasına 
başlanıldı. Bu modellər verilənin məzmunu və əlaqələrini 
də VB-yə daxil etməyi nəzərdə tuturdu. Lakin bunlar geniş 
tətbiq  tapmadı.  1980-ci  illərin  sonunda  obyekt-istinad 
proqramlaşdırmasının  uğur  qazanması  ilə  verilənlərin 
obyekt modelləri meydana çıxdı. 1993-cü ildə ilk obyekt 
modeli 
ODMG-93  (Objekt  Data  Management  Group) 
yaradıldı  və 
ODMG  3.0  versiyası  2000-ci  ildə  ən  yaxşı 
model  kimi  bəyənildi.  Müasir  kommersiya  VBİS-lərinin 
əksəriyyətində  obyekt-relyasiya  modellərindən  istifadə 
edilir. Bu modellər 1999-cu ildə təklif edilmiş 
SQL dilinin 
yeni versiyası əsasında yaradılmışdır. 
Obyekt  modellərinin  mərkəzi  anlayışı  obyektdir. 
Obyekt  müəyyən  vəziyyətdə  olandır.  Obyektin  vəziyyəti 
atributlar çoxluğu ilə təyin edilir. Obyekt bir vəziyyətdən 
digər  vəziyyətə  keçməklə  müəyyən  davranış  nümayiş 
etdirəndir. Obyektin davranışı əməllər sırası ilə təyin edilir. 
Obyekt  fərdidir  və  özünəməxsus  identifikatorla  ifadə 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________183________________________ 
 
edilir.  Obyektin  vəziyyəti  dəyişsə  də  identifikatoru 
dəyişmir. 
Hal-hazırda çoxölçülü modellər də geniş tətbiq edilir. 
Bu  modellərdə  verilən  çoxölçülüdür.  Yəni,  bir  əsas 
rekvizitə əlamət rekvizitləri zənciri qoşulur. 
Bunlarla yanaşı, mahiyyət-əlaqə modelləri də vardır 
ki, bunlar da avtomatlaşdırılmış layihələşdirmə sistemləri 
mühitində geniş istifadə edilir. 
 
VERİLƏNLƏR BAZASI SİSTEMLƏRİNİN 
ARXİTEKTURASI 
 
VB  sisteminin  arxitekturasının  funksional,  fəza  və 
informasiya kimi 3 aspekti vardır. Bu aspektlər bir-biri ilə 
sıx  bağlıdır.  Fəza  və  informasiya  arxitekturaları 
funksionsal arxitekturadan törəmədir.  
İnformasiya 
arxitekturası 
VB-də 
informasiya 
resurslarının paylanma quruluşunu xarakterizə edir. 
Fəza  arxitekturası  funksional  komponentlərin 
yerləşmə  fəzasını  təsvir  edir.  Bu  baxımdan,  VB-lər 
mərkəzləşdirilmiş və paylanmış olurlar. Mərkəzləşdirilmiş 
VB-də funksional komponentlərin hamısı bir kompüterdə 
cəmlənir. Bu, fərdi VB-dir. Paylanmış VB lokal, regional və 
qlobal şəbəkələrdə yaradılır. 
Şəbəkəyə  naqilsiz  (mobil)  qoşulmaların  tətbiqi  VB 
arxitekturasını xeyli mürəkkəbləşdirmişdir. İndi şəbəkənin 
stasionar hissəsi işçi, mobil hissəsi isə yalnız istifadəçi kimi 
işləyir.  
Funksional  arxitektura  funksional  komponentlərin 
funksiyasını,  tərkibini  və  qarşılıqlı  əlaqələrini  təsvir  edir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________184________________________ 
 
Bu arxitektura “müştəri-server” konsepsiyasına söykənir. 
Bu  konsepsiyada  funksional  komponentin  biri  server 
şəklində  ayrılır.  Qalan  funksional  komponentlər  müştəri 
kimi işləyir.
 
 
VBİS-LƏRİN DİL VASİTƏLƏRİ 
 
VB sistemi ilə iş dil vasitələrinin köməyi ilə baş tutur. 
Dil  vasitələri  verilən  modelində  müxtəlif  üsullarla 
reallaşdırılır.  İxtisaslı  mütəxəssislər,  məsələn,  mürəkkəb 
tətbiqi sistemlərin yaradıcıları üçün dil vasitələri sintaksis 
formada verilir. Digər hallarda dilin funksiyaları 
4-cü nəsil 
dil  (4GL)  adlandırılan  istifadəçi  interfeysi  formasında, 
yəni,  gizlədilmiş  şəkildə,  məsələn,  menyu,  dialoq 
ssenariləri  və  ya  istifadəçi  tərəfindən  doldurulan  ekran 
blankları,  diaqramlar  və  digər  vizual  təsvir  formalarında  
reallaşdırılır.  İstifadəçi  interfeysindən  daxil  edilən 
verilənlər interfeysin müvafiq sintaksis konstruksiyalarına 
çevrilib  icraya  ötürülür.  Bu  forma  fərdi  kompüter  üçün 
nəzərdə tutulmuş VBİS-lərdə geniş tətbiq edilir. 
Relyasiyalı VBİS-lərdə sorğuların cədvəl dili 
(QBE – 
Query-By-Example)  tətbiq  edilir.  Bu  dildə  sorğu  cədvəl 
sətr və sütunlarının doldurulması formasında daxil edilir. 
Sonra  avtomatik  surətdə 
SQL  dilinə  çevrilərək  icraya 
verilir.  
VBİS-in  dil  vasitələri  iki  funksiyanın:  1)  sistem 
arxitekturasının  idarə  edilən  səviyyələrində  verilənlər 
bazasının  təqdim  edilməsinin  təsviri  və  2)  verilənlərin 
manipulyasiyası əməliyyatlarının icrası üçün istifadə edilir. 
Birinci  funksiya  verilənlərin  təsviri  dili  (VTD)  ilə  təmin 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________185________________________ 
 
edilir. Buna verilənlərin təyini dili də deyilir. VB-nin VTD 
vasitəsilə  təsviri  VB-nin  sxemi  adlanır.  Bu,  VB-nin 
strukturunu  təsvir  edir.  VB  sxemi,  əslində,  predmet 
oblastının intensional modelidir. 
Verilənlərin  manipulyasiyası  dili  (VMD)  VB-dəki 
verilənlərə müraciət etməyə imkan verir.  
Relyasiyalı dil olan 
SQL hər iki dili özündə birləşdirir. 
Sorğu dili olmaqla 
SQL geniş tətbiq edilir. SQL-lə yanaşı, 
relyasiyalı  dil  olan 
Quel  və  dBase  dilləri  də  geniş 
yayılmışdır. 
dBase  dili  bitkin  instrumental  dil  vasitəsi 
olduğundan, avtonom dil adlanır. 
VB-lərin  proqramlaşdırılıması  dilləri  müxtəlif  dil 
vasitələri  arasında  meydana  çıxan  uzlaşma  çətinliklərini 
aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Bu dillərə: 
Paskal, Ada, Modula, Atlant, Teksis, Qalileo və s. aiddir. 
Lakin bu dillər geniş tətbiq tapmadı. Bu məqsəd üçün 
C++ 
və 
Java  obyekt dilləri yaradıldı ki, bu da həmin dillər üçün 
ODMG  standartının  yaranmasına  gətirib  çıxardı.  ODMG 
standartı  tətbiqi  proqramlaşdırma  interfeysinin  təməlinə 
qoyuldu. Beləliklə, obyekt proqramlaşdırma dili ilə obyekt 
VB-nin əlaqələndirilməsi uzlaşma cətinliyini bir yolluq ləğv 
etdi. 
 
VERİLƏNLƏR BAZASININ SAXLANMA MÜHİTİNİN 
TƏŞKİLİ 
 
VB  yalnız  saxlama  mühitində  tam  “maddiləşmiş” 
olur.  VBİS-də  VB-nin  saxlanması  mühiti  mexanizmləri 
sistem  resurslarının  iki  qrupunu  –  saxlanan  verilənlər 
resursunu və saxlama mühiti üçün yaddaş resursunu idarə 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə