İQTİSADİ İNFORMATİKA
________________________218________________________
səviyyə protokoludur. Müştəri sorğusuna cavab verilməsi
başa çatan kimi protokol serveri növbəti sorğuya yönəldir.
Universal şlüz interfeysi (CGL). Bu, veb-serveri
müxtəlif xarıcı proqramlara, məsələn VBİS-ə qoşmağa
imkan verir.
VEB İNFORMASİYA RESURSLARINA MÜRACİƏT
Veb-serverdə saxlanan
informasiya resursunun əsas
vahidi HТМL-səhifəsidir. Bu səhifələrin hər biri ayrıca URL
qiymətinə malikdir ki, bu qiymət də həmin səhifənin
İnternetdə yerini təyin edir. HTML-səhifəsinə müraciət
həmin səhifənin əsasını təşkil edən
HTML faylına müraciət
kimidir. Bu səhifədəki digər qurulmuş komponentləri
(şəkilləri, audio-video verilənləri və s.) brauzer istifadəçi
üçün şəffaf çağırır.
Veb informasiya resursları paylanmış qarşılıqlı əlaqəli
hipermediya
HTML-səhifələri şəbəkəsi təşkil edir ki, bu
şəbəkənin də zirvəsi (baş səhifəsi) HTML-səhifəsi və onun
fraqmentləri,
budaqları
isə
HTML-səhifələrindəki
nişanlama teqləri ilə təyin edilən hiperiqtibaslardır. Bu və
ya digər Veb-saytın informasiya resurslarına müraciət
adətən həmin saytın “ev səhifəsi”nə müraciətlə başlanır,
sonra isə naviqasiya əlaqələrinin köməyi ilə davam
etdirilir. Veb-dəki informasiya resurslarının əksəriyyəti
bütün istifadəçilər üçün açıqdır. Bəzi hallarda müəyyən
resurslara müraciət üçün əvvəlcə Veb-serverdə
qeydiyyata düşmək lazım gəlir. Elə resurslar da vardır ki,
onlara müraciət xüsusi səlahiyyət (parol) tələb edir. VB
məhz belə resurslardandır. Bu resurslara müraciət Veb-in