İQTİSADİ İNFORMATİKA
________________________210________________________
siyahısına düşür. 2-ci növ konfranslar interaktiv rejimdə
fəaliyyət göstərir. Bu halda verilmiş qrup iştirakçıları üçün
nəzərdə tutulan xəbərlərin saxlandığı Veb-serverə
müraciət etmək kifayətdir.
Uzaq terminalın emulyasiyası. Bu servis
istifadəçiyə uzaq terminalla öz kompüteri ilə işlədiyi kimi
işləməyə imkan verir. Uzaq terminalın emulsiyası
telnet
protokolunun köməyi ilə həyata keçirilir.
Bunlarla yanaşı, İnternetdə
Gopher, Archie və WAIS
kimi ilk informasiya servisləri də hələ fəaliyyətdədir. Bu
servislər istifadə sarıdan xeyli zəifləsə də hələ
nəzərəçarpacaq dərəcədə istifadəçiləri öz ətrafında
saxlamaqdadırlar.
Gopher servisi. Bu, vahid inteqrasiya edilmiş
istifadəçi interfeysinin köməyi ilə
elektron poçt, ftp, telnet
və s. servislərə müraciəti mümkün edir. Müştəri proqramı
olan
Gopher özünəməxsus axtarış vasitələrinə, şəbəkə
naviqasiyasına və menyuyə malik olduğundan, çox zaman
onu şəbəkə proqram örtüyü də adlandırırlar.
Archie servisi. Bu,
Archie-serverin yaddaşındakı
disk kataloqlarının strukturu, oradakı faylların adları və
müəllifləri barədə məlumat almağa imkan verir.
Archie
servisi müştəri sorğuları üzrə fayl axtarmağı təmin edir.
WAIS servisi. Bu,
Wide Area Information Server
adlı, interaktiv interfeysli, tammətnli aidi axtarış
sistemidir.
Lakin artıq qeyd etdiyimiz kimi, bu servislər Veb
tərəfindən sıxışdırılmışdır. Veb-brauzerlər adlanan Veb-in
müştəri proqram vasitələri həmin servislərə müraciəti
təmin edir.
İQTİSADİ İNFORMATİKA
________________________211________________________
ÜMUMDÜNYA HÖRÜMÇƏK TORU
İnformasiya servisi layihəsi şəklində meydana çıxan
və sonra Ümumdünya hörümçək toruna çevrilən qlobal
kompüter şəbəkəsi
görünməmiş sürətlə
inkişaf
etməkdədir. Bu inkişafın səbəbi təkcə aktuallıq deyil, həm
də Veb texnologiyasının aşağidakı üstünlükləridir:
İnformasiya resurslarına qlobal müraciətin təmin
edilməsi;
Müraciət vaxtına hədd yoxdur, istənilən vaxt
müraciət mümkündür;
Müxtəlif mövzulara aid olan iri həcmli informasiya
resurslarına sərbəst müraciət imkanının olması;
Naviqasiya üsulunun sadə və təbiiliyi;
Sistemin açıq xarakterli olması – Veb açıq sistem
standartlarına əsaslanır;
İnformasiya resurslarının çap edilməsi üçün
sistemin açıq olması (Veb-də heç bir mərkəzi
idarəetmə orqanı yoxdur, bu, başdan-başa
könüllülər sistemidir);
Veb-də informasiyanın nəşrə hazırlanmasının
sadəliyi;
Həm server, həm də müştəri proqram təminatına
azad müraciətin mümkünlüyü;
İnformasiya resurslarının paylanması amilinin
istifadəçi üçün şəffaflığı və aparat-proqram
platformalarının yekcins olmaması;
İstifadəçidən tələb olunan ixtisas səviyyəsinin
minimumluğu və s.
İQTİSADİ İNFORMATİKA
________________________212________________________
VEB-İN FUNKSİYALARI NƏDƏN İBARƏTDİR?
Hər şeydən əvvəl qeyd edək ki, İnternetin digər
informasiya servisləri kimi, Veb-in arxitekturası da
“müştəri – server” prinsipinə əsaslanır. Sistemin
informasiya resursları Veb-serverlərdə
hipermətn və ya
hipermediya
formasında
saxlanır.
Veb-serverin
informasiya resursları həm öz aralarında, həm də digər
serverlərdəki
resurslarla
hiperiqtibaslarla
əlaqələndiklərindən,
qlobal informasiya hiperməkanı
yaranır. Veb-serverlərdəki informasiya resurslarının
hipermətn təqdimatı (Veb-səhifələr) və multimediya
resursları (şəkillər, audio-video verilənlər və s.)
HTML
dilinə əsaslanır.
Beləliklə, Veb - bircins olmayan (hipermətn
+multimediya) qlobal paylanmış informasiya sistemidir.
Veb-müştərilərinin proqram təminatı
veb-brauzer
adlanır. Veb-brauzer istifadəçiyə sorğu vermək imkanı
yaratmaqla yanaşı, həm də cavabı öz kompüterinin
ekranında almağa, çap etməyə, öz diskində saxlamağa,
Veb-in paylanmış informasiya resursları fəzasında
hiperiqtibaslar üzrə naviqasiya aparmağa şərait yaradır.
Veb-in instrumental vasitələri istifadəçi ilə Veb-
server arasında əks-əlaqə yaratmaqla, müəyyən
proqramların serverdə icrasına nail olmaq imkanı da
yaradır. Bu halda server nəticəni münasib formaya salaraq
istifadəçi kompüterinin ekranına çıxarır. Bu prinsip
paylanmış VB-yə telekommunikasiya vasitələri ilə
müraciət zamanı geniş tətbiq edilir.
İQTİSADİ İNFORMATİKA
________________________213________________________
VEB-İN İNFORMASİYA RESURSLARI
Veb-in
informasiya
resursları
hipermətn
konsepsiyasına əsasən təşkil edilir. Bu konsepsiyanın
məğzi ondan ibarətdir ki, Veb mühitində təqdim edilən
sənədlər əlahiddə və bölünməz tam deyildir. Burada
informasiya resursu vahidi kimi həm bütövlükdə sənəd,
həm də onun əvvəlcədən işarələnmiş fraqmentləri
götürülə bilir. Bundan əlavə, Veb-serverdə sənədlər və ya
fraqmentlər arasındakı hiperiqtibaslar əvvəlcədən təyin
edilmiş şəkildə olur. Bu qayda ilə sənədlərin mürəkkəb
strukturu yaradılır. İstifadəçi istədiyi sənədə və ya
fraqmentə istədiyi ardıcıllıqla baxa bilir.
Hipermətn dedikdə, bir-biri ilə hiperiqtibas adlanan
məzmun əlaqələri olan sənədlər çoxluğu nəzərdə tutulur.
Hipermətn elə
mürəkkəb strukturlaşdırılmış mətndir ki,
onun strukturu istifadəçiyə görünür. Hipermətnlə işləmək
üçün Veb-brauzer adlanan proqramdan istifadə edilir. Adi
mətn xətti quruluşlu olduğundan, ona əvvəldən-axıra və
ya axırdan-əvvələ ardıcıl baxmaq olar. Lakin hipermətn
qeyri-xətti quruluşludur. Buna görə hipermətnə istənilən
qaydada baxmaq mümkündür. Bu xassəsinə görə,
hipermətn
elektron
lüğətlərin,
ensiklopediyaların,
dərsliklərin və s. qurulması üçün çox səmərəlidir.
Hipermətn ideyası ilk dəfə ABŞ prezidenti T.
Ruzveltin elm üzrə məsləhətçisi V. Buş (1890-1974)
tərəfindən irəli sürülsə də, yalnız 20 il sonra, 1965-ci ildə
amerika alimi T.Nelson tərəfindən reallaşdırıldı.
Dostları ilə paylaş: |