Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə39/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________178________________________ 
 
VERİLƏNLƏR BAZASI VƏ DİGƏR ƏSAS 
ANLAYIŞLAR 
 
Verilənlər  bazası  -  kompüter  yaddaşında  müəyyən 
qaydalara  uyğun  şəkildə  təşkil  edilmiş  və  istifadəçi 
tələbinə  uyğun  aktuallaşa  bilən,  başqa  sözlə,  predmet 
oblastının  ekstensional  modelini  təşkil  edən  verilənlər 
çoxluğudur. Verilənlər bazasının təşkili predmet oblastının 
intensional modeli ilə təsvir edilir. Çünki intensional model 
ekstensional modelə nisbətən yuxarı səviyyə modelidir. 
Verilənlər  bazasının  aktuallaşdırılması  dedikdə, 
verilənlərin tərkibinin və quruluşunun dəyişdirilməsi başa 
düşülür.  Yəni,  aktuallaşdırma  nəticəsində  bəzi  verilənlər 
bazadan çıxarılır, yeniləri daxil edilir,  əlaqələr dəyişdirilir 
və  s.  Daha  dərin  aktuallaşdırma  verilənlər  bazasının 
restrukturlaşdırılması 
adlanır. 
Bu, 
bütövlük 
məhdudiyyətlərinin dəyişdirilməsi zamanı baş verir.  
Çox  zaman  verilənlər  bazası  elə  təşkil  edilir  ki, 
predmet  oblastının  hər  vəziyyətinə  bazanın  bir  vəziyyəti 
uyğun gəlir. Lakin bəzi hallarda, iqtisadi tədqiqatlarla bağlı 
olaraq, 
temporal (zamanlı, sürəkli) bazalar da yaradılır. Bu 
bazalardakı  verilənlərin  qiymətləri  müəyyən  zamana  aid 
olur.  Yəni  verilənlərin  zaman  sıraları  (xronologiyası)  əks 
etdirilir.  
Verilənlər  bazası  verilənlərin  inteqrasiya  edilmiş 
çoxluğudur. Yəni, bir fakt bazada bir dəfə qeyd edilir. Bu, 
bazanın  informasiya 
bolluğunun  minimum  olmasını 
göstərir.  Lakin  paylanmış  bazalarda  müəyyən  baza 
fraqmentlərinin  (replikatların)  şəbəkə  düyünləri  üzrə 
təkrarlanması  şəbəkə  trafikasını  (məlumat  ötürülüşünü) 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________179________________________ 
 
ixtisar  etməyə  və  sistemin  məhsuldarlığını  artırmağa 
imkan verir. Verilənlər bazası çoxsaylı istifadəçilərə xidmət 
üçün  yaradıldığından,  onun  yaradılması  kriterisi  sosial 
xarakter daşıyır və ayrı-ayrı istifadəçilərin tələbini ödəmək 
baxımından  irəli  gələn  lokal  səmərəlilik  deyil,  inteqral 
səmərəlilik daha vacibdir.  
Verilənlər bazasının tərkibi (məzmunu), ilk növbədə, 
hesablama yolu ilə alınması mümkün olmayan müşahidə 
və ölçmə məlumatları ilə doldurulur ki, bunlara da baza 
göstəriciləri, belə bazaya isə predmet bazası deyilir. 
Verilənlər  bazası  xüsusi  proqram  kompleksi 
vasitəsilə  idarə  edilir.  Buna  verilənlər  bazasının  idarə 
edilməsi  sistemi  (VBİS)  deyilir.  VBİS-lə  VB  birliyinə  VB 
sistemi  deyilir.  Bir  kompüterdə  qurulmuş  VBİS  bir  neçə 
VB-ni idarə edə bilər. 
VB  sisteminin  istifadəçiləri  adətən  bazadakı 
məlumatların 
mənbəyi 
olan 
predmet 
oblastı 
mütəxəssisləridir. Bunlar həm də 
son istifadəçilərdir. Lakin 
VB-yə  müraciət  edən  hər  şey  -  VB  sisteminin  əlavələri 
adlanan  tətbiqi  proqramlar  və  proqram  kompleksləri, 
həmçinin  kompüterlər  və  hesablayıcı  sistemlər  istifadəçi 
sayılır. 
Son istifadəçilər VB ilə qarşılıqlı fəaliyyət göstərərkən 
VBİS-in 
istifadəçi  interfeysindən,  tətbiqi  proqramlar  isə 
tətbiqi proqramlaşdırma interfeysindən istifadə edir. 
Verilənlərin  mərkəzləşdirilmiş  qaydada  idarə 
edilməsi  VB 
inzibatçısının  səlahiyyətindədir.  İnzibatçı 
heyət  sistemi  işlək  vəziyyətdə  saxlamalı,  vaxtlı-vaxtında 
aktuallaşdırma 
aparmalı, 
sistemin 
informasiya 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________180________________________ 
 
resurslarından və yaddaşdan səmərəli istifadə edilməsini 
təmin etməlidir.  
Verilən  bazaları  mərkəzləşdirilmiş  və  paylanmış 
olurlar. Mərkəzləşdirilmiş VB bir kompüterdə yaradılır və 
ondan  yalnız  həmin  kompüterdə  işləyənlər  istifadə  edir. 
Belə  bazaya  lokal  şəbəkə  kompüterləri  də  müraciət  edə 
bilir. Kompüter şəbəkələri paylanmış bazalar yaradılmasını 
şərtləndirdi.  Belə  bazalar  müxtəlif  kompüterlərdə  təşkil 
edilmiş  bir  neçə  hissədən  ibarət  olur.  Bu  hissələr 
kəsişməyən,  kəsişən  və  təkrarlanan  ola  bilir.  Bir 
kompüterdə  təşkil  edilmiş  paylanmış  baza  hissəsi  bəzən 
lokal VB kimi fəaliyyət göstərir.  
Paylanmış VB-lər paylanmış VBİS-lə idarə olunur.  
Paylanmış  VB  verilənlərin 
fraqmentləşdirilməsi  və 
tirajlaşdırılması metodları ilə yaradılır. Fraqmentləşdirmə 
bazanın  kəsişməyən  hissələrinin,  tirajlaşdırma  isə 
fraqmentlərin  nüsxələrinin  müxtəlif  kompüterlərdə 
təşkilini nəzərdə tutur. 
VBİS  VB-nin  mərkəzi  idarəedicisidir.  Yəni  VB-yə 
müraciət yalnız VBİS vasitəsilə mümkündür. 
VBİS-lər ümumi təyinatlı və ixtisaslaşdırılmış olurlar. 
Ümumi  təyinatlı  VBİS-lər  heç  bir  konkret  predmet 
oblastına  istiqamətli  olmur.  İxtisaslaşdırılmış  VBİS-lər 
xüsusi təyinatlı sistemlərdir. 
VBİS-in  əsas  xassəsi  verilənlər  bazasına  həm 
istifadəçi  tərəfdən,  həm  də  saxlayıcı  tərəfdən  baxmağı 
reallaşdırmasıdır.  İstifadəçi  baxımı  məntiqi  quruluşu, 
saxlayıcı baxımı isə fiziki quruluşu şərtləndirir. 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________181________________________ 
 
VERİLƏN MODELLƏRİ 
 
İxtiyari  VBİS  müəyyən  verilən  modeli  ilə  işləyir. 
Verilən  modeli  dedikdə,  verilənlərin  strukturlaşdırılması 
qaydaları  çoxluğu  nəzərdə  tutulur.  Əgər  VBİS  bir  neçə 
modellə işləyirsə, bu, 
multimodelli sistem adlanır.  
Verilən  modeli  bir  tərəfdən,  predmet  oblastının 
verilən bazasında təzahür vasitəsidir və buna görə də o, 
özünü metainformasiya kimi təqdim edir. Digər tərəfdən, 
verilən modeli verilənlərin VBİS tərəfindən idarə edilməsi 
mexanizmi kimi çıxış edir. Müasir anlamda verilən modeli 
predmet  oblastının  modelləşdirilməsi  instrumentidir. 
Halbuki əvvəllər bu anlayış yalnız verilənlərin quruluşunu 
təsvir edirdi. İlk verilən modelləri qraf modelləri idi. Bunlar 
ya şəbəkə, ya da iyerarxik (ağacşəkilli) quruluşları ifadə 
edirdilər. Hal-hazırda relyasiyalı (iqtibaslı) modellər daha 
geniş tətbiq edilir.  
Qraf modellərinin ən mühüm komponenti 
naviqasiya 
(axtarış) 
aparatıdır.  Naviqasiya  aparatı  üzərində 
manipulyasiya  (dəyişdirmə)  əməli  aparılacaq  verilənləri 
(bunlara  cari  verilən  deyilir)  identifikasiya  etmək 
(adlandırmaq) və idarəni struktur üzrə həmin verilənlərə 
yönəltmək  üçündür. 
CODASİL  şəbəkə  modelində 
naviqasiya  aparatı  kifayət  qədər  mürəkkəbdir.  Bu 
modeldə aşağıdakı tipik əməllər icra edilir: 
 Verilmiş tipə aid növbəti yazının tapılması; 
 Verilmiş məlumat yığımının növbəti yazısına keçilməsi; 
 Carı yazıların emal üçün götürülməsi; 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə