Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə42/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________190________________________ 
 
Odur ki, hər dəfə konkret tərkibli instrumentariya seçmək 
lazım gəlir. 
Məntiqi  layihələşdirmə  mərhələsində  predmet 
oblastının konseptual modeli seçilmiş VBİS-in tələb etdiyi 
verilən modeli formasında təsvir edilir. 
Fiziki  layihələşdirmə  mərhələsi  layihələşdirilmiş 
məntiqi  quruluş  üçün  daha  səmərəli  saxlama  mühiti 
yaradılmasını həyata keçirir.  
 
VB TEXNOLOGİYALARININ İNKİŞAF 
PERSPEKTİVLƏRİ 
 
 
40-ildən artıq inkişaf tarixi olmasına baxmayaraq, VB 
texnologiyaları  bu  gün  də    inkişaf  etməkdədir.  Bu,  ilk 
növbədə,  hesablayıcı  və  kommunikasiya  texnikasının 
yüksək sürətlə inkişafı ilə bağlıdır. 
Son 
illərdə 
Veb 
mühitində 
işləyən 
telekommunikasiya 
müraciətli 
VB 
sistemlərinin 
yaradılması  geniş  vüsət  almışdır.  Bu,  naqilsiz  rabitə 
kanallarının tətbiqi ilə bağlıdır. 
Aktual  istiqamətlərdən  biri  də  çox  böyük  VB-lərin 
idarə  edilməsi  texnikasının  yaradılmasıdır.  Bu  sistemlər 
kosmik  tədqiqatlar,  molekulyar  biologiya,  zərrəciklər 
fizikası  və  Yer  səthinin  aerofotoçəkilişi  sferalarında 
mövcuddur və gələcəkdə kommersiya sferasına da tətbiq 
ediləcəyi istisna edilmir.
      
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________191________________________ 
 
MƏTN AXTARIŞ 
TEXNOLOGİYALARININ ƏSASLARI 
 
Cəmiyyətdə  informasiya  mübadiləsi  əsas  etibarı  ilə 
mətn  formasında  həyata  keçirilir.  Buna  görə  də  müasir 
informasiya  sistemlərinin  informasiya  resurslarının 
olduqca böyük hissəsini mətn informasiyası təşkil edir. 
İnformasiya sistemlərinin ilk inkişaf mərhələlərindən 
mətn  informasiyasının  səmərəli  saxlanması,  emalı  və 
axtarışı  texnologiyalarının  işlənib  hazırlanmasına  xüsusi 
diqqət yetirilmişdir. 
Mətn informasiyası ilə işləyən informasiya sistemləri 
arasında  ən  geniş  yayılmış  mətn  axtarış  sistemləridir. 
Bunların vəzifəsi istifadəçini maraqlandıran təbii dildə olan 
sənədləri  kompüterdə  saxlanan  mətn  sənədləri 
kolleksiyasından  tapıb  təqdim  etməkdən  ibarətdir.  Mətn 
axtarış  sistemlərinin  inkişafı  elmi-tədqiqat  və  təhsil 
sferalarında  avtomatlaşdırılmış  kitabxana  sistemlərinin 
yaranmasına səbəb oldu. 
Son illərdə isə bu sistemlər daha geniş diapazonda 
tətbiq edilir.  
Ötən 
əsrin 
50-ci 
illərində 
yaradılan 
ilk 
avtomatlaşdırılmış  informasiya  sistemləri  başlıca  olaraq 
informasiya  axtarışını  reallaşdırdığına  görə, 
informasiya-
axtarış  sistemi  adlanırdı.  Bunlar  2  yerə:  sənədli  və 
faktoqrafik axtarış sistemlərinə bölünürdü ki, bunların da 
haqqında yuxarıda bəhs edilmişdir. 
Mətn  axtarış  texnologiyalarında  təbii  dilin  emalı 
əhəmiyyətli yer tutur. Bu, təbii dildəki mətnin kompüter 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________192________________________ 
 
tərəfindən  dərki,  təhlili  və  mətn  üzərində  müxtəlif 
əməliyyatların  icrası,  həmçinin  mətnin  kompüter 
yaddaşına  generasiyası  ilə  bağlı  işləri  əhatə  edir.  Bu 
məsələlər isə süni intellekt sahəsinə aiddir.  
Müasir  mətn  axtarış  texnologiyalarında  mətni  təhlil 
etmək üçün təkcə linqvistik aparat deyil, həmçinin statistik 
metodlar,  riyazi  məntiq  və  ehtimal  nəzəriyyəsi,  klaster 
təhlili,  süni  intellekt  metodları  və  verilənlərin  idarə 
edilməsi texnologiyaları tətbiq edilir. 
İnformasiya supermagistralı üzrə işlər, xüsusilə də, 
1990-cı  illərin  ortalarında  bir  sıra  dünya  ölkələrində 
meydana  çıxan 
elektron  kitabxanalar  mətni  axtarışa 
marağı  kəskin  şəkildə  artırdı.  Qlobal  kompüter 
şəbəkələrində,  Veb-də  mətn  axtarış,  multidilli  axtarış 
istiqamətləri yarandı.  
50 illik tarixi ərzində deskriptorlu informasiya-axtarış 
sistemlərindən  tammətnli  axtarış  sistemlərinədək  böyük 
bir inkişaf yolu keçilmişdir.
 
 
ƏSAS ANLAYIŞLAR 
 
Təbii  dilin  məzmun  müxtəlifliyi  olduqca  genişdir. 
Belə  ki,  bu  material  qəzet  və  jurnallarda  çap  edilmiş 
məqalələr, müxtəlif texniki sənədlər, hesabatlar, kitablar, 
dissertasiyalar, məktublar, qanunvericilik aktları və s. ola 
bilər.  
Mətn  axtarış  sistemlərində  əsas  informasiya  vahidi 
sənəddir. Sənəd – bu və ya digər təbii dildə təqdim edilən 
bitkin məzmunlu hüquqi mahiyyətdir.  


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________193________________________ 
 
Tammətnli  axtarış  sistemləri  elektron  sənədləri  ilə, 
yəni kompüter yaddaşında saxlanan və avtomatlaşdırılmış 
emal üçün hazır olan sənədlərlə işləyir. Bunlara “sənədlər 
kolleksiyası”  deyilir.  Mətn  axtarış  istifadəçi  sorğuları  ilə 
aktuallaşır. Sorğu 
axtarış kriterisi şəklində formalaşdırılır. 
Axtrış 
çoxaspektliliyinin  vahidi  sənəddir.  Axtarış  kriterisi 
termlər  yığımı  (söz  və  ya  sözbirləşməsi)  və  ya  məntiqi 
operator  simvolları  (VƏ,  VƏ  YA,  DEYİL)  ilə birləşdirilmiş 
termlər ola bilər. Sorğuya uyğun elektron sənədi 
relevant 
sənəd,  yəni,  tanına  bilən sənəd  adlanır.  Bu,  sadə  halda 
“hə-yox”  məntiqi  ilə,  mürəkkəb  sistemlərdə  isə  “qeyri-
səlis”  məntiqlə  reallaşdırılır.  Sonuncu  halda 
tanıma 
dərəcəsi  mühüm  rol  oynayır.  Bəzən  sorğu  kompüter 
tərəfindən səhv anlaşılır, lazım olan sənəd əvəzinə başqa 
sənəd təqdim edilir. Bu hadisə 
informasiya küyü adlanır.  
Axtarışın  keyfiyyət  göstəricisi  tamlıq  və  dəqiqlikdir. 
Axtarışın  tamlığı  sorğulara  təqdim  edilən  relevant 
sənədlərin sayının yaddaşdakı relevant sənədlərin ümumi 
sayına nisbətidir. 
Axtarışın dəqiqliyi  sorğuya cavab verən 
relevant  sənədlərin  sayının  sorğuya  cavab  olacaq 
sənədlərin ümumi sayına nisbətidir. 
 
 
MƏTN AXTARIŞ PRİNSİPLƏRİ 
 
MÜASİR MƏTN AXTARIŞI SİSTEMLƏRİNİN 
MÜRƏKKƏBLİYİNİN MƏNBƏLƏRİ 
 
Müasir  sistemlər  deskriptorlarla  və  ya  sənəddəki 
atributlarla  (nəşr  ili,  müəllifi,  nəşriyyat  və  s.)  işləyən 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə