Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə41/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________186________________________ 
 
etməyə  xidmət  edir.  Saxlama  mühiti  mexanizmləri 
aşağıdakı əməliyyatları icra etməlidir: 
 Yaddaşda yeni saxlanan verilənlərin yerinin təyini; 
 Onların  yaddaşda  yerləşməsi  üçün  lazımi  yaddaş 
resursunun ayrılması; 
 Saxlanan digər verilənlərlə onların əlaqəsinin yaradılması 
və pozulması; 
 Saxlanan verilənlərin silinməsi və onların tutduğu yaddaşın 
boşaldılması; 
 Yaddaşda  verilənlərin  atributlar  və  ya  ünvanlar  üzrə 
axtarılması; 
 Saxlanan verilənlərin emal üçün seçilib götürülməsi. 
Saxlama  mühitində  verilənlər  fiziki  yerləşmə 
baxımından  sərbəst  olsalar  da,  bir-biri  ilə  ünvan 
göstəriciləri vasitəsilə məntiqi bağlılığa malik olan 
saxlama 
sxeminə tabedirlər. Saxlama sxemi  CODASYL tərəfindən 
yaradılmış 
saxlanan verilənlərin təyini dili (Data Storaqe 
Definition Lanquaqe) ilə təsvir edilir. 
Verilənlərin  yaddaşda  yerləşdirilməsinin  idarə 
edilməsi  də  saxlama  mühiti  mexanizmlərinin  mühüm 
funksiyasıdır.  Verilənlər  adətən  xarici  yaddaşda 
nömrələnmiş  eyniölçülü  səhifələr  şəklində  saxlanır.  Hər 
müraciətdə bir səhifə oxunur. Səhifənin ölçüsü 
mübadilə 
buferinin ölçüsünü təyin edir. Yaddaşdakı hər yazının öz 
ünvanı  vardır.  Ünvanlar  birbaşa  və  dolayı  olur.  Birbaşa 
ünvan yazının yaddaşdakı yerini bilavasitə göstərir. Lakin 
bu,  çoxsaylı  boş  yaddaş  fraqmentlərinin  yaranmasına 
səbəb  olur.  Bu  nöqsanı  aradan  qaldırmaq  üçün  dolayı 
ünvanlaşdırmadan  istifadə  edilir.  Bu  halda  səhifənin  bir 
hissəsi  indeksləşdirmə  üçün  ayrılır.  Həmin  indekslər 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________187________________________ 
 
müvafiq  yazı  üçün  ünvan  göstəricisi  rolunu  oynayır. 
Yazının ölçüsü dəyişərkən növbəti yazıların yalnız ünvan 
göstəricilərinin  qiyməti  dəyişir.  Beləliklə,  bu  halda 
yaddaşda  boş  yer  qalmır.  Göründüyü  kimi,  birbaşa 
ünvanlaşdırma  verilənlərin  ardıcıl  saxlama  quruluşuna, 
dolayı ünvanlaşdırma isə siyahışəkilli saxlama quruluşuna 
uyğundur. 
Verilənlər hansı qaydada saxlanırsa, onlara müraciət 
də həmin qaydada mümkün olur.
  
 
VB İNZİBATÇISI 
 
VB  inzibatçılığı  sistemin  etibarlı  və  səmərəli 
fəaliyyətini təmin etməyə yönəldilməklə, həm də istifadəçi 
tələbinə  adekvat  olan  VB  yaradılmasını  və  predmet 
oblastının  aktual  vəziyyətdə  saxlanmasını  təmin  etməyi 
nəzərdə  tutur.  İnzibatçı  heyətin  zəruriliyi  verilənlərin 
mərkəzləşdirilmiş  idarə  edilməsi  ilə  bağlıdır  və  sosial 
istifadəçi  mühitində  meydana  çıxan  ziddiyyətləri  həll 
etmək üçündür.  
İnzibatçılıq  predmet  oblastı  üzrə, əlavələr  üzrə,  VB 
üzrə və təhlükəsizlik üzrə qruplaşdırılır. 
Predmet  oblastı  üzrə  inzibatçı  VB-nin  konseptual 
sxeminin  istifadəçilərin  inteqrasiya  edilmiş  tələblərinə 
adekvat olmasını təmin edir.  
Əlavələr  üzrə  inzibatçı  VB-nin  xarici  sxeminin 
müvafiq  proqram  əlavəsinə  adekvatlığının  təmin 
edilməsinə məsuldur. 
VB 
inzibatçısının 
vəzifəsi 
sistemin 
lazımi 
məhsuldarlıq  səviyyəsini  təmin  etməkdən  ibarətdir.  Bu 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________188________________________ 
 
vəzifə  səmərəli  müraciət  metodlarından  və  verilənlərin 
səmərəli  yerləşmə  strategiyasından  istifadə  etmək, 
həmçinin verilənlərin optimal bolluğunun yaradılması yolu 
ilə yerinə yetirilir.  
VB inzibatçısının vəzifələrinə aşağıdakılar daxildir: 
 Sistemin fəaliyyət statistikasının aparılması; 
 Yaddaş resurslarından səmərəli istifadənin təmin edilməsi; 
 Sistemin etibarlı fəaliyyətinin təmin edilməsi; 
 VB-nin  saxlanması  mühitinin  yenidən  sazlanmasına 
ehtiyacın qiymətləndirilməsi; 
 Lazım gəldikdə, VB-nin daxili sxeminin dəyişdirilməsi; 
 Konseptual sxemin yeni daxili sxemə uyğunlaşdırılması; 
 VB-nin  saxlanması  mühitinin  yeni  daxili  sxemə 
uyğunlaşdırılması; 
 VB-nin məntiqi və ya fiziki pozuntularının ləğv edilməsi yolu 
ilə tamlığının bərpası.         
Təhlükəsizlik üzrə inzibatçı istifadəçi səlahiyyətlərini, 
verilənlərə  müraciət məhdudiyyətlərini  müəyyən etməyə 
və  VB-nin  texnoloji  təhlükəsizliyini  təmin  etməyə 
borcludur. 
Bəzən  verilənlər  üzrə  də  inzibatçı  vəzifəsi  nəzərdə 
tutulur.  Bu,  verilənlərin  gerçəkliyinə,  uyuşanlığına  və 
tamlığına  cavab  verir.  VB-nin  aktuallaşdırılması 
reqlamentinin müəyyən edilməsi də bu inzibatçının işidir. 
 
VB-NİN LAYİHƏLƏŞDİRİLMƏSİ 
 
VB  yaradılmasının  ən  məsuliyyətli  mərhələsi 
layihələşdirmədir.  Çünki  VB-nin  istifadəçi  baxımından 
məzmununun səmərəli təşkili məsələsi bu mərhələdə həll 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________189________________________ 
 
edilir.  Layihələşdirmə  zamanı  yol  verilən  səhv  çox  baha 
başa gəlir. Layihələşdirmə işləri böyük zəhmət tələb edən 
iş olmaqla, tam avtomatlaşdırılması mümkün deyildir. Bu 
işdə  layihələşdirici  mütəxəssis  intuisiyası  və  təcrübəsi 
mühüm rol oynayır. 
Ötən  10  illiklərdə  çoxsaylı  mütəxəssislərin  gərgin 
əməyi  sayəsində  müxtəlif 
CASE-texnologiyalar  (CASE- 
Computer-Aided 
Software/System 
Enqinerinq) 
yasradılmışdır  ki,  bunlar  da  layihələşdirmə  işlərinin 
avtomatlaşdırılması  üçün  proqram  təminatı  yaratmağa 
imkan verir. 
CASE instrumentariyası müxtəlif struktur və 
obyekt-istinad metodlarına əsaslanır.  
VB-nin 
layihələşdirilməsi 
prosesi 
aşağıdakı 
mərhələləri birləşdirir: 
 VB-nin konseptual layihələşdirilməsi; 
 VBİS və digər instrumental proqram vasitələrinin seçilməsi; 
 VB-nin məntiqi layihələşdirilməsi; 
 VB-nin fiziki layihələşdirilməsi. 
Konseptual  layihələşdirmənin  əsas  vəzifəsi  gələcək 
istifadəçilərin  informasiyaya  tələbatının  öyrənilməsi 
əsasında  sistemin  predmet  oblastını  təyin  etməkdən 
ibarətdir. Predmet oblastının tərkibi və strukturu 2 üsulla 
seçilir. Ən geniş yayılmış üsul funksional yanaşmadır ki, 
bu da “məsələ” prinsipi ilə seçmədir. İkinci üsul predmet 
yanaşmasıdır. Birinci üsul istifadəçi tələbinin aydın olduğu 
halda, ikinci üsul bu tələbin qeyri-müəyyən olduğu halda 
tətbiq edilir. 
İnstrumental sistemlərin seçilməsi mərhələsi mütləq 
mobil  sistem  yaratmağın  qeyri-mümkünlüyü  ilə  bağlıdır. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə