Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə49/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________219________________________ 
 
axtarış  maşınlarının  köməyi  ilə  həyata  keçirilir.  Axtarış 
servislərinə: 
AltaVista, Яndex və s. misal göstərilə bilər.
 
 
VEB, JAVASCRİPT VƏ JAVA 
 
HTML  dilinin  ilkin  versiyalarının  zəif  cəhəti  onun 
təqdim  etdiyi  informasiya  resursunun  statik  xarakter 
daşıması  idi.  Bu  problemi  həll  etmək  üçün 
Netscape 
Communication 
kompaniyası 
aparat-proqram 
platformalarından  asılı  olmayan 
Javascript  dilini  yaratdı. 
Bununla əlaqədar olaraq, 
HTML dilinə xüsusi “script” teqi 
daxil  edildi  ki,  bu  teq  də 
Javascript  dilində  yazılmış 
proqramı  HTML-səhifəsinə  quraşdırmağa  imkan  verdi. 
Javascript proqramlarına scriptlər və ya ssenarilər deyilir. 
Scriptlər  və  ya  ssenarilər  (
Job  Control  Language  –  JCL, 
Perl  və  s.)  əslində,  şərhedici  köməkçi  dillərdir.  Bu  dillər 
Javascript  dili  ilə  yanaşı,  uğurla  tətbiq  edilir.  HTML-
səhifələrinə  quraşdırılmış 
Javascript  scriptləri  müəyyən 
şəraitlər yarandıqda, məsələn, mausun kursorunu ekranın 
müəyyən sahəsinə gətirmək lazım olduqda icra edilir. 
İnformasiya texnologiyalarının sonrakı inkişafına 
Sun 
Microsystems kompaniyasında 1995-ci ildə yaradılan Java 
dili  böyük  təsir  etdi.  Bu,  HTML-səhifələrinə  “icra  edilən 
məzmun” daxil etməyə imkan verdi. 
 
HƏLLİNİ GÖZLƏYƏN PROBLEMLƏR 
 
Artıq  bir  neçə  illik  intensiv  inkişafdan  sonra  Veb 
texnologiyalarının keyfiyyətcə təkmilləşdirilməsi imkanları 
tükənmişdir.  


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________220________________________ 
 
Veb  texnologiyaları  əlavələrinin  təkamülünə  əsas 
əngəl 
HTML  dilinin  zəif  cəhətləri  və  funksional 
məhdudiyyətləri  olmuşdur.  Belə  ki, 
HTML  dili  qapalı  dil 
olduğundan,  lazım  gəldikdə  dilin  funksional  imkanlarını 
genişləndirmək üçün istifadəçiyə yeni teqlər daxil etməyə 
imkan  vermir.  Bundan  əlavə,  möxcud  Veb  texnologiyası 
informasiya  resurslarını  (
URL-in  köməyi  ilə)  yalnız 
yerləşdiyi  yer  üzrə  identifikasiya  edir  (ünvanlaşdırır), 
halbuki daha mücərrəd identifikasiya vasitələrinə ehtiyac 
vardır.  Çünki  mövcud  identifikasiya  metodunda,  resurs 
yerini  dəyişən  kimi,  Veb-serverdəki  iqtibaslar  pozularaq 
“asılı”  vəziyyətə  düşür. 
HTML–səhifəsində  təqdim  edilən 
sənədlərin  quruluşu,  semantikası  və  digər  xassələrinin 
təsvirini vermək üçün metaverilənə yer yoxdur. Buna görə 
də 
HTML-səhifəsinin  quruluşu  və  məzmununun 
düzgünlüyünə  nəzarət  etmək  mümkün  olmur.  Bu 
problemlər 
HTML  dilinin  Veb  səhifəsinin  məzmunca 
nişanlanmasına deyil, yalnız kompüter ekranında təqdimat 
formatına  yönəlik  olması  ilə  bağlıdır. 
HTML-səhifəsində 
metaverilənin  olmaması  daha  məqsədyönlü  axtarışa 
imkan vermir. 
 
YENİ VEB TEXNOLOGİYALARI 
 
Son  illərdə  mövcud  olan  Veb-texnologiyalarının 
məlum qüsurlarını aradan qaldırmaq istiqamətində gərgin 
iş aparılır. Bu işlər göstərir ki, Veb-in baza elementləri olan 
hipermətn  nişanlama  dili 
HTML-də,  universal  resurs 
lokatoru 
URL-də  və  hipermətn  resurslarının  ötürülməsi 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________221________________________ 
 
protokolu 
HTTP-də  köklü  dəyişikliklər  etməyə  kəskin 
ehtiyac vardır. 
Yeni  Veb  texnologiyaları  1998-ci  ildə  qəbul  edilmiş 
standarta əsaslanır. Bu standarta əsasən 
HTML nişanlama 
dilinin imkanlarını genişləndirən 
XML (Extensible Markup 
Language)  nişanlama  dilindən  istifadəyə  keçid  nəzərdə 
tutulur.  Mövcud  texnologiyada  qapalı 
HTML-ə  həvalə 
edilmiş  funksiyalar  sözügedən  standarta  əsaslanan  yeni 
nəsil  Veb-də  modul  prinsipində  qurularaq  açıq  modul 
vasitəsilə icra ediləcəkdir. 
HTML-dən fərqli olaraq XML dili 
XML-sənədinin məzmununu da nişanlamağa imkan verir. 
Beləliklə,  yeni  Veb  texnologiyaları 
XML  platformasına 
əsaslanacaqdır. 
XML  platformasının  standartlarında 
informasiya 
resurslarının 
identifikasiyası 
URL 
mexanizmindən  prinsipial  surətdə  fərqlənən 
URİ 
(
Universal  Resource  İdentifier)  mexanizminə  keçid 
nəzərdə  tutulur  ki,  bu  da  resursları  təkcə  yerləşdiyi  yer 
üzrə  deyil,  həm  də  bəzi  mücərrəd  adlar  üzrə  də 
iqtibaslaşdırmağa  imkan  verir.  Bu  məqsədlə  yeni, 
XML 
protokolları 
işlənib 
hazırlanır. 
XML-səhifəsində 
metaverilən də nəzərdə tutulur. 
Yeni  Veb  texnologiyaları  platformasının  əsas 
prinsipial  qoyuluşu  mövcud  platforma  ilə  uyuşanlığı  da 
nəzərdə  tutur.  Yəni,  yeni  texnologiyada 
HTML  dilində 
təqdim  edilən  resurslarla  da  manesiz  işləmək  mümkün 
olacaqdır. 
XML  platformasının  bir  sıra  standartları  artıq 
geniş  tətbiq  edilməkdədir.  Məsələn,  XML  dili  elektron 
biznesdə tətbiq edilir.  
XML ilə VB dili olan SQL arasında 
əlaqələrin  yaradılması  üzərində  gərgin  iş  gedir.  Bu,  VB 
texnologiyalarının  da 
XML  platformasına  keçirilməsi  ilə 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________222________________________ 
 
nəticələnəcəkdir. Yəni 
XML-ə yönəldilmiş VBİS yaradılması 
qaçılmazdır.  
XML platforması həm də Veb-in elm tutumluluğunu 
və  texnoloji  mükəmməlliyini  təmin  etmək  üçün  təməl 
təşkil edir. Bu, 
semantik Veb yaradılması deməkdir. Bu 
isə  yalnız  sintaksis  mahiyyətli  olan 
XML-sənədinə  də 
yenidən baxılmasını tələb edəcəkdir.
 
   
   
 
 
 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə