Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə47/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________210________________________ 
 
siyahısına  düşür.  2-ci  növ  konfranslar  interaktiv  rejimdə 
fəaliyyət göstərir. Bu halda verilmiş qrup iştirakçıları üçün 
nəzərdə  tutulan  xəbərlərin  saxlandığı  Veb-serverə 
müraciət etmək kifayətdir. 
Uzaq  terminalın  emulyasiyası.  Bu  servis 
istifadəçiyə uzaq terminalla öz kompüteri ilə işlədiyi kimi 
işləməyə  imkan  verir.  Uzaq  terminalın  emulsiyası 
telnet 
protokolunun köməyi ilə həyata keçirilir. 
Bunlarla yanaşı, İnternetdə 
Gopher, Archie və WAIS 
kimi  ilk  informasiya  servisləri  də  hələ  fəaliyyətdədir.  Bu 
servislər  istifadə  sarıdan  xeyli  zəifləsə  də  hələ 
nəzərəçarpacaq  dərəcədə  istifadəçiləri  öz  ətrafında 
saxlamaqdadırlar. 
Gopher  servisi.  Bu,  vahid  inteqrasiya  edilmiş 
istifadəçi interfeysinin köməyi ilə 
elektron poçt, ftp, telnet 
və s. servislərə müraciəti mümkün edir. Müştəri proqramı 
olan 
Gopher  özünəməxsus  axtarış  vasitələrinə,  şəbəkə 
naviqasiyasına və menyuyə malik olduğundan, çox zaman 
onu şəbəkə proqram örtüyü də adlandırırlar. 
Archie  servisi.  Bu, 
Archie-serverin  yaddaşındakı 
disk  kataloqlarının  strukturu,  oradakı  faylların  adları  və 
müəllifləri  barədə  məlumat  almağa  imkan  verir. 
Archie 
servisi müştəri sorğuları üzrə fayl axtarmağı təmin edir.   
WAIS  servisi.  Bu, 
Wide  Area  Information  Server 
adlı,  interaktiv  interfeysli,  tammətnli  aidi  axtarış 
sistemidir. 
Lakin  artıq  qeyd  etdiyimiz  kimi,  bu  servislər  Veb 
tərəfindən sıxışdırılmışdır. Veb-brauzerlər adlanan Veb-in 
müştəri  proqram  vasitələri  həmin  servislərə  müraciəti 
təmin edir. 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________211________________________ 
 
ÜMUMDÜNYA HÖRÜMÇƏK TORU 
 
İnformasiya servisi layihəsi şəklində meydana çıxan 
və  sonra  Ümumdünya  hörümçək  toruna  çevrilən  qlobal 
kompüter  şəbəkəsi 
görünməmiş  sürətlə 
inkişaf 
etməkdədir. Bu inkişafın səbəbi təkcə aktuallıq deyil, həm 
də Veb texnologiyasının aşağidakı üstünlükləridir: 
 İnformasiya  resurslarına  qlobal  müraciətin  təmin 
edilməsi; 
 Müraciət  vaxtına  hədd  yoxdur,  istənilən  vaxt 
müraciət mümkündür; 
 Müxtəlif mövzulara aid olan iri həcmli informasiya 
resurslarına sərbəst müraciət imkanının olması; 
 Naviqasiya üsulunun sadə və təbiiliyi; 
 Sistemin  açıq  xarakterli  olması  –  Veb  açıq  sistem 
standartlarına əsaslanır; 
 İnformasiya  resurslarının  çap  edilməsi  üçün 
sistemin  açıq  olması  (Veb-də  heç  bir  mərkəzi 
idarəetmə  orqanı  yoxdur,  bu,  başdan-başa 
könüllülər sistemidir); 
 Veb-də  informasiyanın  nəşrə  hazırlanmasının 
sadəliyi; 
 Həm server, həm də müştəri proqram təminatına 
azad müraciətin mümkünlüyü; 
 İnformasiya  resurslarının  paylanması  amilinin 
istifadəçi  üçün  şəffaflığı  və  aparat-proqram 
platformalarının yekcins olmaması; 
 
İstifadəçidən  tələb  olunan  ixtisas  səviyyəsinin 
minimumluğu və s.
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________212________________________ 
 
VEB-İN FUNKSİYALARI NƏDƏN İBARƏTDİR?  
 
Hər  şeydən  əvvəl  qeyd  edək  ki,  İnternetin  digər 
informasiya  servisləri  kimi,  Veb-in  arxitekturası  da 
“müştəri  –  server”  prinsipinə  əsaslanır.  Sistemin 
informasiya  resursları  Veb-serverlərdə 
hipermətn  və  ya 
hipermediya 
formasında 
saxlanır. 
Veb-serverin 
informasiya  resursları  həm  öz  aralarında,  həm  də  digər 
serverlərdəki 
resurslarla 
hiperiqtibaslarla 
əlaqələndiklərindən, 
qlobal  informasiya  hiperməkanı 
yaranır.  Veb-serverlərdəki  informasiya  resurslarının 
hipermətn  təqdimatı  (Veb-səhifələr)  və  multimediya 
resursları  (şəkillər,  audio-video  verilənlər  və  s.) 
HTML 
dilinə əsaslanır.  
Beləliklə,  Veb  -  bircins  olmayan  (hipermətn 
+multimediya) qlobal paylanmış informasiya sistemidir. 
Veb-müştərilərinin  proqram  təminatı 
veb-brauzer 
adlanır.  Veb-brauzer  istifadəçiyə  sorğu  vermək  imkanı 
yaratmaqla  yanaşı,  həm  də  cavabı  öz  kompüterinin 
ekranında  almağa,  çap  etməyə,  öz  diskində  saxlamağa, 
Veb-in  paylanmış  informasiya  resursları  fəzasında 
hiperiqtibaslar üzrə naviqasiya aparmağa şərait yaradır.  
Veb-in  instrumental  vasitələri  istifadəçi  ilə  Veb-
server  arasında  əks-əlaqə  yaratmaqla,  müəyyən 
proqramların  serverdə  icrasına  nail  olmaq  imkanı  da 
yaradır. Bu halda server nəticəni münasib formaya salaraq 
istifadəçi  kompüterinin  ekranına  çıxarır.  Bu  prinsip 
paylanmış  VB-yə  telekommunikasiya  vasitələri  ilə 
müraciət zamanı geniş tətbiq edilir. 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________213________________________ 
 
VEB-İN İNFORMASİYA RESURSLARI 
 
Veb-in 
informasiya 
resursları 
hipermətn 
konsepsiyasına  əsasən  təşkil  edilir.  Bu  konsepsiyanın 
məğzi  ondan  ibarətdir  ki,  Veb  mühitində  təqdim  edilən 
sənədlər  əlahiddə  və  bölünməz  tam  deyildir.  Burada 
informasiya  resursu  vahidi  kimi  həm  bütövlükdə  sənəd, 
həm  də  onun  əvvəlcədən  işarələnmiş  fraqmentləri 
götürülə bilir. Bundan əlavə, Veb-serverdə sənədlər və ya 
fraqmentlər  arasındakı  hiperiqtibaslar  əvvəlcədən  təyin 
edilmiş  şəkildə  olur.  Bu  qayda  ilə  sənədlərin  mürəkkəb 
strukturu  yaradılır.  İstifadəçi  istədiyi  sənədə  və  ya 
fraqmentə istədiyi ardıcıllıqla baxa bilir.  
Hipermətn dedikdə, bir-biri ilə hiperiqtibas adlanan 
məzmun əlaqələri olan sənədlər çoxluğu nəzərdə tutulur. 
Hipermətn  elə   
mürəkkəb  strukturlaşdırılmış  mətndir  ki, 
onun strukturu istifadəçiyə görünür. Hipermətnlə işləmək 
üçün Veb-brauzer adlanan proqramdan istifadə edilir. Adi 
mətn xətti quruluşlu olduğundan, ona əvvəldən-axıra və 
ya  axırdan-əvvələ  ardıcıl  baxmaq  olar.  Lakin  hipermətn 
qeyri-xətti quruluşludur. Buna görə hipermətnə istənilən 
qaydada  baxmaq  mümkündür.  Bu  xassəsinə  görə, 
hipermətn 
elektron 
lüğətlərin, 
ensiklopediyaların, 
dərsliklərin və s. qurulması üçün çox səmərəlidir. 
Hipermətn  ideyası  ilk  dəfə  ABŞ  prezidenti  T. 
Ruzveltin  elm  üzrə  məsləhətçisi  V.  Buş  (1890-1974) 
tərəfindən irəli sürülsə də, yalnız 20 il sonra, 1965-ci ildə 
amerika alimi T.Nelson tərəfindən reallaşdırıldı. 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə