Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə44/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________198________________________ 
 
LİNQVİSTİK TƏMİNAT VASİTƏLƏRİ 
 
 
 
Mətn  axtarış  sistemlərində  tammətnli  sənədlərlə 
işləyərkən təbii dilin emalı vasitələrindən istifadə edilir. Bu 
vasitələr  sözügedən  sistemlərin  son  dərəcə  mürəkkəb 
komponentləridir. 
Təbii  dilin  emalı  vasitələri  mətn 
sənədlərindəki  və  sorğulardakı 
termləri  (söz  və  söz 
birləşmələrini,  frazaları)  təhlil  edib  onların  məzmununu 
aydınlaşdırır,  termlər  arasındakı  münasibətləri  aşkarlayır 
və səmərəli axtarışı təmin edir. Bu məqsədlə mətni axtarış 
sistemlərində  linqvistik  təminat  vasitələri  kompleksindən 
istifadə edilir. Bu kompleksə müxtəlif lüğətlər, tezauruslar, 
sistemin predmet oblastının 
ontoloji xüsusiyyətlərini əks 
etdirən materiallar daxildir. 
 
QEYD: Ontologiya (latınca ontologia – təhsil alma, 
elm  anlamını  verir)  dedikdə  həqiqətin  oyrənilməsi, 
doğruluq haqqında elm sahəsi başa düşülür. Ontologiya 
fəlsəfənin  bir  bölməsidir,  varlığın  fundamental 
prinsiplərini,  struturunu,  qanunauyğunluğunu  və 
kateqoriyalarını öyrənir. 
“Ontologiya” termini 1613-cü ildə Rudolf Qoklenius 
(1547-1628)  tərəfindən  hazırlanmış  “Fəlsəfə  lüğəti” 
(
Lexicon philosophicum, quo tanquam clave philisophiae 
fores aperiunter. Francofurti) kitabında təklif edilmişdir. 
Sonralar, 1656-cı ildə İohan Klauberq (1622-1665) 
bu sahə ilə məşğul olur və yazdığı
 Metaphysika de ente, 
quae rectus Ontosophia  kitabında sözə ekvivalent olan 
“metafizika” baradə ətraflı araşdırmalar verir.   


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________199________________________ 
 
 
Rudolf Qoklenius 
 
İohan Klauberq 
 
  
SİSTEM LÜĞƏTLƏRİ 
 
Təbii  dilin  emalı  ilə  məşğul  olan  mətn  axtarış 
sistemlərində  həm  ümumdil  leksikası,  həm  də  predmet 
oblastı leksikası üzrə lüğətlərdən istifadə edilir. Bu lüğətlər 
mətnin  morfoloji  təhlilinə  və  axtarış  zamanı  müxtəlif 
qrammatik formalardakı sözləri tanımağa imkan verir. 
 
TEZAURUSLAR 
 
Mətn  sənədlərinin  formal  təqdimatında  tezaurus 
adlanan  xüsusi  lüğətlər  mühüm  rol  oynayır.  Tezaurus  – 
dilin əsas anlayışları lüğətidir. Tezaurus həm də sorğunu 
genişləndirmək üçündür. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________200________________________ 
 
ONTOLOJİ MATERİALLAR 
 
Təbii  dildə  təqdim  edilmiş  mətn  sənədlərinin  və 
axtarış sorğularının adekvat dərki (interpretasiyası) üçün 
sistem  predmet  oblastının  əsas  anlayışlarını  və  onların 
arasındakı  müxtəlif  semantik  əlaqələri  təyin  edən  vasitə 
olmalıdır  ki,  buna  da  ontoloji  materiallar  deyilir.  Buraya 
predmet  oblastının  tezaurusu,  birinci  dərəcəli  məntiq 
dilləri və s. aiddir. 
 
AXTARIŞ MODELLƏRI 
 
Axtarış modeli anlayışı. Axtarış modeli dedikdə, 
sənədlərin və sorğuların təqdimatı üsulları və relevantlıq 
kriterisinin  növü  və  bunların  əlaqələndirilməsi  nəzərdə 
tutulur. 
Sadə axtarış modeli. Bu modellər deskriptorlu və 
klassifikatorlu axtarışı təsvir edir. 
Aidi axtarış modeli. Mətndə tez-tez rast gələn söz 
və söz birləşmələri əsasında axtarışı təsvir edir. 
Məntiqi (Bul) axtarış modeli.  Bu halda  VƏ, VƏ 
YA, DEYİL operatorlarından istifadə edilir. 
Vektor axtarış modeli. Bu halda sənəd və sorğular 
vektor kimi təsəvvür edilir. Sənəddəki və sorğudakı söz və 
sözbirləşmələrinin lüğətdəki koordinatları əsas rol oynayır. 
Axtarılan  söz  sənəddə  varsa,  onun  koordinatına  1,  əks 
halda 0 yazılır.
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________201________________________ 
 
MƏTN AXTARIŞ SİSTEMLƏRİNİN VƏZİYYƏTİ VƏ 
YENİ TƏLƏBLƏR 
 
İlk  mətni  axtarış  sistemləri  kitabxana  işi  üçün 
nəzərdə tutulsa da, hal-hazırda bu, insan fəaliyyətinin bir 
çox  sahələrinə  uğurla  tətbiq  edilir.  Xüsusən  qlobal 
informasiya  məkanı  olan  Veb-lə  bağlı  təkamül  intensiv 
xarakter almışdır. 
 
MƏTN AXTARIŞ SAHƏSİNİN PROBLEMLƏRİ 
 
Müasir dövrdə mətn axtarış problematikası olduqca 
genişlənmişdir.  Belə  ki,  buraya:  konkret  axtarış 
modellərinin  inkişafı;  sistemlər  üzərində  eksperiment 
aparılması,  onların  testləşdirilməsi  və  qiymətləndirilməsi 
metodologiyası; mətn axtarışın reallaşdırılması metodları; 
mətn axtarış və VB texnologiyalarının inteqrasiya edilməsi 
üçün  tətbiq  edilən  yanaşmalar;  Veb  mühitində  axtarış; 
verilənlərin  sıxılması  metodları;  sorğuların  emalı 
səmərəliliyinin qiymətləndirilməsi; təbii dilin emalı; mətn 
sənədlərinin  təsnifləşdirilməsi  və 
klasterləşdirilməsi 
metodları;  elektron  kitabxanalardakı  informasiya  axtarışı 
üzrə  proqram  əlavələri;  mətnlərin  dərin  təhlili; 
multimediya  informasiyasının  indeksləşdirilməsi  və 
axtarışı  texnologiyaları;  “insan  –  kompüter”  interfeysləri 
və  s.  aiddir.  Bu  istiqamətlərin  hamısında  böyük  uğurlar 
əldə edilmişdir. 
 
QEYD: Klaster (ingiliscə cluster - toplaşma, fırça, 
dəstə,  yığın  anlamını  verir)  dedikdə  müəyyən 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə