Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə46/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________206________________________ 
 
məsələn, 
WWW paylanmış informasiya resursları ilə işləyə 
bilir.  
İnternet  açıq  sistemlərin  şəbəkədə  qarşılıqlı 
fəaliyyətinin etalon modeli (
Open System İnterconnection 
–OSİ) standartı əsasında qurulduğundan, WWW proqram 
təminatı 
İnternetə 
daxil 
olan 
şəbəkələrin 
xüsusiyyətlərindən də asılı deyildir. Bu proqram təminatı 
etalon modeldə 
tətbiqi səviyyəyə aiddir.  
Beləliklə, İnternetdə istifadə edilən aparat-proqram 
platformalarının  bircinsli  olmaması  sözügedən  şəbəkə 
servislərinin şəffaf olmasına mane olmur. 
İnternetin  informasiya  servislərinin  funksional 
imkanları barədə qisaca aşağıdakıları qeyd etmək olar. 
WWW  servisi.  Bu,  qlobal  şəbəkənin  müxtəlif 
düyünlərində 
yerləşən 
paylanmış 
hiper-mediya 
informasiya  resurslarına  naviqasiya  (axtarış)  müraciəti 
təmin  edən  İnternet  servisidir.  Bu  servisdə  paylanmış 
informasiya resursları istifadəçilər üçün şəffafdır. 
Elektron  poçt.  Bu,  İnternet  servislərinin  ən 
populyarıdır.  Elektron  poçtun  funksiyası  bir  istifadəçinin 
ötürdüyü  xəbəri  başqa  istifadəçiyə  (istifadəçilərə) 
çatdırmaqdan  ibarətdir.  Bu  servisin  hər  bir  istifadəçisi 
özünün 
elektron  ünvanına  malikdir.  Bu  ünvan  onu 
İnternet mühitində fərdi şəkildə təyin etməyə imkan verir. 
İstifadəçinin  elektron  ünvanı  ona  xidmət  göstərən  poçt 
serverindəki    İnternet  düyününün 
domen  adından  və 
həmin 
serverdə 
təkrarı 
olmayan 
istifadəçi 
identifikatorundan ibarətdir.  
Məsələn, 
vizit 
kartındakı 
e-mail: 
student@econ.adiu.az    yazısı  kart  sahibinin  elektron 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________207________________________ 
 
ünvanıdır.  Burada: 
student  –  elektron  poçt  serverində 
onun istifadəçi identifikatoru, 
econ.adiu.az - xidmətedici 
düyünün  domen  adı, 
@  -  ayırıcı  simvoldur.  İstifadəçiyə 
gələn xəbər poçt serveri tərəfindən onun 
poçt qutusuna 
yerləşdirilir.  Müştəri  proqram  təminatının  köməyi  ilə 
istifadəçi öz poçt qutusuna baxa bilir, oradakı faylları silə 
bilir, oraya fayl daxil edə bilir və s. 
 
QEYD:  Orta  əsr  rahibləri  latın  dilində  olan  “ad” 
önluyünü  qısa  şəkildə  yazmaq  üçün  @  işarəsini  icad 
edirlər (müasir ingilis dilində “at” önlüyü “hara”, “doğru”, 
“hara yanaşma” anlamını verir). İşarə haqqında sonralar, 
XV  əsr  əlyazmalarında  ispan  tacirlərinin  tərəzi  və  ya 
qapanlarda  aparılmış  ölçüləri  –  “arroba”  -  qısa  şəkildə 
şəhr  etməkdən  ötrü  @  işarəsindən  istifadə  etdikləri 
barədə  xatırlamalar  vardır  (arroba  təxminən  11,52 
kiloqrama və ya 25,40 funta bərabər ölçüdür). Kapitalizm 
dövründə  işarə  yeni  tətbiq  sahəsi  tapır.  Ondan 
hesablama  işlərində  qiyməti  göstərmək  üçün  istifadə 
olunur. Bu ərəfədə bütün sahələrdə geniş istifadə edilən 
çap makinalarında @ işarəsi ilə yanaşı digər işarələrdə - 
#, $, % özünə tutarlı səviyyədə yer tutur. 1960-cı illərin 
axırlarında  BBN  Technology  şirkətində  işləyən  Rey 
Tomlinson  ABŞ  Müdafiə  Nazirliyinin  sifarişi  ilə 
hazırlanacaq ARPANET şəbəkəsinin yaradılmasında fəal 
iştirak edir və 1971-ci ildə ARPANET şəbəkələrində bir-
birindən  uzaq  məsafələrdə  yerləşən  kompüterlər 
arasında  əlaqə  yaratmaq  üçün  elektron  poçtundan 
istifadə etməyi təklif edir. Şəbəkədə istifadə olunan “ad-


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________208________________________ 
 
işarə-yer”  universal  alqoritmini  tamamlamaq  üçün 
R.Tomlinson  “@”  işarəsini  təklif  edir.  Buna  əsas  səbəb 
işarənin  çap  makinasının  klaviaturasında  təsadüfü 
istifadə edilməsi idi. 
İşarənin  “sobaçka”  adlandırılması  da  çox  dolaşıq 
hadisədir.  Müxtəlif  mənbələr  hesab  edirlər  ki,  ancaq 
ruslar işarəni belə adlandırırlar. 
Digər  xalqların  dilində  işarə  müxtəlif  çür:  məsələn, 
koreyalılar  “ilbiz”,  finlər  “yatmış  pişik  balası”,  macarlar 
“soxulcan”,  çinlilər  “balaca  sican”,  isveçlər  “darçınlı 
bulka” və s. adlandırırlar. 
 
 
Rey  Tomlinson  (ingiliscə  Ray  Samuel  Tomlinson) 
1941-ci  ildə  anadan  olmuşdur.  BBN  Technologies 
şirkətinin  kompüter  mühəndisidir.  Analoq  -  rəqəmsal 
hibrid  danışıq  sintezatorunu  icad  etmişdir.  1971-ci  ildə 
ARPANET  kompüter  şəbəkəsində  istifadə  olunan 
Elektron  poştunun  yaradıcısıdır.  İnternetdə  @ (at-sign) 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________209________________________ 
 
simvolundan istifadəni təklif etmişdir. Kompüterin mətn 
informasiyasının  kompüterdən  kompüterə  ötürülməsi 
üçün yararlı olan TENEX proqramının müəllifidir. Bununla 
yanaşı CPYNET proqramını işləyib hazırlamışdır. Proqram 
istifadəçiyə  faylı  göndərən  zaman  onun  mühafizə 
olunmasına tam əminlik verir. 2009-cu ildə “Texniki və 
elmi tədqiqatlar” kateqoriyası üzrə 
şəhzadə Asturiqski 
mükafatına 
layiq 
görülmüşdür. 
2012-ci 
ildə 
“İnnovatorlar”  kateqoriyası  üzrə  “
İnternetin  şöhrət 
salonu” siyahısına adı daxil olunmuşdur. 
 
Faylötürmə servisi. Bu, 
ftp (File Transfer Protocol) 
protokoluna  əsasən  iş  görür.  Bu  səbəbdən,  faylötürmə 
servisi qısaca, 
ftp servisi adlanır. Bu servisin istifadəçiləri 
müvafiq  parol  yığmaqla,  onları  maraqlandıran  poçt-
serverlərdəki  arxiv  fayllarına  müraciət  edərək  həmin 
faylları  lazımi  ünvanlara  ötürə  bilirlər. 
Ftp-serverdəki 
ümumi  istifadə  fayllarına 
anonim  (parolsuz)  müraciət 
etməkdə mümkündür. 
Telekonfranslar.  Telekonfrans  servisi  insanlar 
qrupunu müəyyən problem ətrafında ünsiyyət keçirməyə 
şərait yaradır. Bu servisdə konfrans iştirakçıları bir-birinə 
xəbər  ötürüb  qəbul  edə  bilirlər.  Telekonfransın  2  növü 
vardır: 
informasiya yayımı siyahıları və yeniliklər qrupu. 1-
ci  növ  telekonfrans  ya  inzibatçı  tərəfindən,  ya  da 
avtomatlaşdırılmış  qaydada  idarə  edilir.  Bu  konfransın 
iştirakçısı olmaq üçün konfrans inzibatçısına və ya serverə 
xəbər  göndərməklə 
yazılmaq  lazımdır.  Yalnız  bundan 
sonra  iştirakçı  olmaq  istəyənin  elektron  ünvanı  yayım 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə