Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə45/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________202________________________ 
 
xüsusiyyətə  malik,  müstəqil  element  kimi  qəbul  edilən 
eyni cinsli elementlərin birləşməsi başa düşülür. 
 
   
MƏTN SİSTEMLƏRİNİN FUNKSİONAL 
İMKANLARININ GENİŞLƏNDİRİLMƏSİ 
  
Mətn axtarış sistemləri həm baza funksiyalarının icra 
mexanizmlərinin  təkmilləşdiriliməsi,  həm  də  əlavə 
imkanların  yaradılması  istiqamətində  inkişaf  etdirilir. 
Əlavə imkanlardan bəziləri aşağıdakilardır: 
Axtarış 
dəqiqliyinin 
yüksəldilməsi. 
İstifadəçi 
sorğusundaskı  termlər  müxtəlif  qiymətlilik  nümayiş 
etdirdiyindən,  bəzi  sistemlər  sorğuda  iştirak  edən 
termlərin əhəmiyyətini xarakterizə edən əmsallar da verir. 
Bu  informasiya  relevantlığın  qiymətləndirilməsi  zamanı 
istifadə  edilərək  axtarış  dəqiqliyini  yüksəltməyə  imkan 
verir. 
Sorğulara  görə  sənədlərin  ranqlaşdırılması.  Bir  sıra 
səbəblərə görə mətn axtarış sistemləri istifadəçini təmin 
edən axtarışı reallaşdıra bilmədiyindən, sorğuya müəyyən 
dərəcədə  uyğun  gələn  sənədləri  sorğuya  yaxınlıq 
dərəcəsinə görə ardıcıl düzmək lazım gəlir. 
Relevantlıq  üzrə  əks-əlaqə.  Bu,  axtarışın  nəticəsi 
istifadəçini  təmin  etmədikdə  sorğunu  dəqiqləşdirmək 
üçün  yaradılan  imkandır.
  Yəni  axtarışın  nəticəsi  kimi 
təqdim  edilmiş  sənədlərin  siyahısında  istifadəçini  təmin 
etməyən  sənədlərin  qeyd  edilməsi  yolu  ilə  axtarışın 
dəqiqləşdirilməsi həyata keçirilir.  


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________203________________________ 
 
İstifadəçi  sorğularının  avtomatik  genişləndirilməsi. 
Bu, istifadəçi sorğusuna avtomatik əlavələr edilməsi yolu 
ilə edilir və axtarışın səmərəliliyini artırır. 
Sənədlərin  avtomatik  indeksləşdirilməsi.  Bu,  işi 
əhəmiyyətli dərəcədə sürətləndirir. 
Multi-dilli  axtarış.  Bu,  bir  neçə  təbii  dildə  təqdim 
edilmiş  sənədləri  axtarmağa  imkan  verir.  Burada  əsas 
problem sənəd və ya onun fraqmentinin hansı dildə tərtib 
edildiyini düzgün təyin etməkdən ibarətdir. 
Kross-dilli axtarış. Bu o halda tətbiq edilir ki, sorğu 
bir  dildə,  axtarılan  sənəd  isə  başqa  dildə  tərtib  edilmiş 
olsun.  Burada,  ilk  növbədə,  sorğu  və  sənədin  hansı 
dillərdə  tərtib  edildiyi  müəyyən  edilir,  sonra  ya  sorğu 
sənədin, ya da sənəd sorğunun dilinə tərcümə edilir. 
VB  sistemlərində  mətn  axtarışı.  VB  resurslarının 
mətn  sənədləri  kolleksiyaları  ilə  inteqrasiya  edilməsi 
mühüm əhəmiyyət daşıyır. Bir sıra relyasiyalı və obyekt-
relyasiyalı  serverlərdə,  məsələn, 
IBM  kompaniyasının 
DB2, Oracle kompaniyasının Oracle Corp., Microsoft Corp. 
kompaniyasının 
SQL Server 7.0 və SQL-server 2000 VBİS-
lərində  mətn  axtarış mexanizmləri  mövcuddur.  Lakin  bu 
sistemlərdəki  axtarış  yalnız  məntiqi  (bul)  modelə 
əsaslanır. 
Veb-də  mətn  resurslarının  axtarışı.  Veb  resursları 
zənginləşdikcə bu mühitdə mətn axtarışı aktuallaşır. Çünki 
ənənəvi naviqasiya mexanizmləri informasiya resurslarına 
kifayət  qədər  operativ  müraciəti  təmin  etmir. 
Veb 
mühitində ilk mətn axtarış 
axtarış maşınları vasitəsilə icra 
edilirdi və bu zaman yalnız aidi axtarış aparmaq mümkün 
idi.  Sonralar 
Veb  mühitində  məntiqi  (bul)  axtarışı  tətbiq 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________204________________________ 
 
edildi. Hal-hazırda bir sıra universal və predmet oblastına 
yönəldilmiş 
Veb-axtarış sistemləri mövcuddur. Bunlardan: 
çoxdilli 
AltaVista,  Yahoo!,  Google  və  s.  nəhəng  axtarış 
sistemlərini misal göstərmək olar.  
Sözügedən  istiqamətdə  növbəti  ciddi  uğurlar 
XML 
platforması 
standartlarına 
əsaslanan 
yeni 
nəsil 
texnologiya  ilə  bağlı  olacaqdır.  Çünki  bu  texnologiya 
axtarış  “çoxüzlülüyünü”  (çoxindeksliliyini)  azaltmağa 
imkan verir. 
 
MƏTN AXTARIŞ SİSTEMLƏRİNƏ YENİ TƏLƏBLƏR 
 
 
Əsas tələblər aşağıdakılardır: 
 Çox iri sənəd kolleksiyaları ilə səmərəli mətn axtarışın təmin 
edilməsi; 
 Sənədin  və  sorğunun  məzmununu  daha  yaxşı  təqdim 
edən metodların işlənib hazırlanması; 
 Mətn, şəkil, audio, video və s. təbiətli sənədlərin birgə emalı 
imkanının yaradılması; 
 Həm  statik  sənədlərin,  həm  də  sənəd  axınlarındakı 
sənədlərin  axtarışını  təmin  edən  səmərəli  metodların 
işlənib hazırlanması; 
 
Mətn 
axtarış 
sistemlərinin 
qiymətləndirilməsi 
metodologiyasının yaradılması.
 
 
 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________205________________________ 
 
VEB TEXNOLOGİYALARI 
 
İnternet  mühitində  fəaliyyət  göstərən  ümumdünya 
hörümçək toru (
World Wide Web) adlı qlobal hipermediya 
paylanmış informasiya sisteminin yaradılması 20-ci əsrin 
son 10 illiyində əldə edilmiş ən böyük elmi-texniki nailiyyət 
olmaqla,  bir  sıra  yeni  informasiya  texnologiyalarının 
təməlini  təşkil  etmişdir  ki,  bu  da  nəticə  etibarı  ilə  dərin 
sosial-iqtisadı dəyişikliklər törətmişdir.  
Layihənin ideyası 1980-ci illərin sonunda Cenevrədə 
yerləşən  Avropa  Nüvə  Tədqiqatları  Mərkəzində  (CERN) 
istifadə edilmək üçün təklif edilmişdi. Lakin qısa müddətdə 
bu ideya İnternetin yaranmasına gətirib çıxardı.
 
 
İNTERNETİN İNFORMASİYA SERVİSLƏRİ 
 
Qlobal  hesablayıçı-kommunikasiya  şəbəkəsi  olan 
İnternetdə  bir  sıra  informasiya  və  digər  servislər 
mövcuddur  ki,  bunların  da  xidmətlərindən  müxtəlif 
istifadəçilər  istifadə  edirlər.  Bu  servislərin  bəziləri  hamı 
üçün açıq olsa da, bəziləri xüsusi parol tələb edir.  
Nisbətən  çox  istifadə  edilən  İnternet  servislərinə: 
WWW,  elektron  poçt,  fayl  ötürülməsi  servisləri, 
telekonfrans  və  hesablayıcı  resurslara  məsafədən 
müraciət imkanları yaradan proqram və aparat vasitələri 
kompleksləri aiddir. 
İnternetin  bütün  ibformasiya  servisləri  “müştəri  – 
server” arxitekturası əsasında qurulur. Bunlardan bəziləri, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə