Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə48/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________214________________________ 
 
  
Venivar  Buş  (ingiliscə  Vannevar  Bush)  amerika 
mühəndisi,  analoq  kompüterlərin  yaradıcısı,  elmi 
tədqiqatlar  və  elmi  birliklərin  administratoru  və 
təşkilatçısı,  Amerika  Birləşmiş  Ştatları  prezidenti  T. 
Ruzveltin elm işlər üzrə məsləhətçisi, “Biz necə fikirləşə 
bilərik”  məqaləsinin  müəllifi,  Memax  qurğularında 
nümunə  kimi  istifadə  ediləcək  hipermətnin  təklifçisi. 
1940-cı  ildə  ABŞ-ın  müdafiə  məsələləri  üzrə  Milli 
Tədqiqatlar  Komitəsinə  rəhbərlik  edir.  1943-cü  ildə 
Edison medalı ilə təltif edilir.   
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________215________________________ 
 
  
Ted  Nelson  (ingiliscə  Теодор  Холм  Нельсон) 
1937-ci  ildə  anadan  olmuşdur.  Amerika  sosioloqu, 
fəlsəfəçisi,  informasiya  texnologiyaları  sahəsində  ilk 
kəşfçi.  Hipermətn  anlayışının  və  digər  terminlərin, 
Xanadu hipermətn sisteminin yaradıcısı. 
Alim  ZigZaq  informasiya  strukturunu  yaradır  və 
sonrakı  illərdə  sistemin  vizuallaşması  problemi  ilə 
məşğul olur. Bir-biri ilə əlaqəsi olan paralel sənədlərin 
təhlil olunması üçün XanaduSpace  sistemini icad edir. 
Bununla  yanaşı  T.Nelson  HTML,  XML  və  brauzer 
haqqında  daima  mənfi  fikirlər  söyləyən  alimlərdən 
birincisidir. 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________216________________________ 
 
VEB TEXNOLOGİYALARININ BAZA 
STANDARTLARI 
 
Artıq  qeyd  edildiyi  kimi,  Veb  “müştəri  –  server” 
arxitekturası  ilə  yaradılmış  geniş  istifadəçilər  çoxluğuna 
bircins  olmayan  aparat-proqram  platformalarında  sadə 
müraciət 
təmin 
edən 
informasiya-kommunikasiya 
sistemidir.  Bu  sistemi  yaratmaq  üçün: 
informasiya 
resurslarının  təqdimatı  vasitələrini;  həmin  resursların 
təkrarsız  identifikasiyası  üsullarını;  müştəri  ilə  server 
arasında 
informasiya 
mübadiləsi 
prosedurlarını 
standartlaşdırmaq lazım gəlmişdir. 
Veb üçün yaradılan standartlara: hipermətn dili olan 
HTML  (Hypertext  Markup  Language),  universal  resurs 
lokatoru (göstəricisi) 
URL (Universal Resource Locator) və 
hipermətnlərin  ötürülməsi  protokolları 
HTTP  (Hypertext 
Transfer  Protocol)  misal  göstərilə  bilər.  Bundan  əlavə, 
Veb-serverin funksiyalarının genişləndirilməsi imkanlarını 
təmin etmək üçün universal şlüz interfeysi 
CGL (Common 
Gateway İnterface) standartı yaradılmışdır.  
HTML  dili.  Bu,  nişan  vurma  (nişanlama)  dilləri 
kateqoriyasına aiddir. Bu dillər müəyyən mətndə bu və ya 
digər  dildə 
ayırıcı  işarələr  yerləşdirməyə  imkan  verir  ki, 
həmin işarələrin köməyi ilə mətnin 
fraqmentlərini ayırmaq 
mümkün olur. Bu prosedur mətnin 
nişanlanması adlanır. 
İlk  nişanlama  dili 1970-ci  ildə yaradılmış 
Tex dilidir. Bu, 
riyaziyyat,  fizika  və  informatika  sahəsindəki  nəşrləri 
səhifələməyə imkan verir. Digər nişanlama dili 1986-cı ildə 
beynəlxalq  standart  statusu  almış 
SGML  (Standard 
Generalized  Markup  Language)  dilidir  ki,  HTML  bunun 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________217________________________ 
 
əsasında yaradılmışdır. Bu dil 
teq adlanan xüsusi işarələr 
yığımına  malikdir. 
HTML  dilinin  teqləri  ilkin  mətni 
nişanlamağa  və  kompüter  ekranında  təqdim  etməyə 
imkan verir. Teqlər adətən cüt olurlar: açılan və bağlanan 
teqlər vardır. Beləliklə, teqlərlə nişanlanmış 
HTML mətni 
teqlərlə  ayrılmış  fraqmentlərin  iyerarxik  ardıcıllığından 
ibarətdir. Serverdəki 
HTML mətninə müraciət Java dilində 
yazılmış 
Java-aplet  adlanan  kiçik  proqramın  köməyi  ilə 
həyata  keçirilir. 
HTML  teqləri  ilə  nişanlanmış  mətn  adi 
mətn  faylıdır.  Bu  fayl 
UNİX  platformasında  html,  MS 
Windows  platformasında  isə  htm  kimi  genişləndirməyə 
malikdir. HTML fraqmenti məzmun mahiyyəti daşımır. Bu, 
yalnız  formatlı  nişanlamadır  və  səhifənin  müştəri 
kompüterinin  ekranında  təqdimatı  üçündür.  Hal-hazırda 
istifadə  edilən  versiya  (
HTML  4.01  1999-cu  ildə 
bəyənilmişdir). 
Universal  resurs  lokatoru  (URL).  Bu,  Veb-də 
informasiya resurslarının unikal (təkrarsız) identifikasiyası 
(ünvanlaşdırılması) üçün istifadə edilir.  
URL:  Veb-saytın  ev  səhifəsini  (əyani  və  ya  gizli 
şəkildə);  şəbəkədə  HТМL-səhifəsini  (HTML-  якорная 
точка…- dayaq nöqtəsi...) daşıyan faylın adını və yerini; 
HTML-səhifəsində  hiperiqtibasın 
lövbər  nöqtəsini  (səhifə 
fraqmentinin başlanğıc nöqtəsini); İnternet düyünlərində 
saxlanan,  HTML–səhifələrində  iqtibasları  olan  və  Veb-
brauzer  vasitəsilə  müraciət  olunan  müxtəlif  formatlı 
faylları ünvanlaşdırmağa imkan verir. 
Hipermətnlərin 
ötürülməsi 
protokolları 
(HTTP). Bu, müştəri ilə Veb-server arasında informasiya 
mübadiləsi  qaydasını  təyin  edən  etalon  modelin  tətbiqi 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________218________________________ 
 
səviyyə protokoludur. Müştəri sorğusuna cavab verilməsi 
başa çatan kimi protokol serveri növbəti sorğuya yönəldir. 
Universal şlüz interfeysi (CGL). Bu, veb-serveri 
müxtəlif  xarıcı  proqramlara,  məsələn  VBİS-ə  qoşmağa 
imkan verir. 
      
 
VEB İNFORMASİYA RESURSLARINA MÜRACİƏT 
 
Veb-serverdə saxlanan informasiya resursunun əsas 
vahidi HТМL-səhifəsidir. Bu səhifələrin hər biri ayrıca URL 
qiymətinə  malikdir  ki,  bu  qiymət  də  həmin  səhifənin 
İnternetdə  yerini  təyin  edir.  HTML-səhifəsinə  müraciət 
həmin səhifənin əsasını təşkil edən 
HTML faylına müraciət 
kimidir.  Bu  səhifədəki  digər  qurulmuş  komponentləri 
(şəkilləri, audio-video verilənləri və s.) brauzer istifadəçi 
üçün şəffaf çağırır.  
Veb informasiya resursları paylanmış qarşılıqlı əlaqəli 
hipermediya 
HTML-səhifələri  şəbəkəsi  təşkil  edir  ki,  bu 
şəbəkənin də zirvəsi (baş səhifəsi) HTML-səhifəsi və onun 
fraqmentləri, 
budaqları 
isə 
HTML-səhifələrindəki 
nişanlama teqləri ilə təyin edilən hiperiqtibaslardır. Bu və 
ya  digər  Veb-saytın  informasiya  resurslarına  müraciət 
adətən həmin saytın “ev səhifəsi”nə müraciətlə başlanır, 
sonra  isə  naviqasiya  əlaqələrinin  köməyi  ilə  davam 
etdirilir.  Veb-dəki  informasiya  resurslarının  əksəriyyəti 
bütün  istifadəçilər  üçün  açıqdır.  Bəzi  hallarda  müəyyən 
resurslara  müraciət  üçün  əvvəlcə  Veb-serverdə 
qeydiyyata düşmək lazım gəlir. Elə resurslar da vardır ki, 
onlara  müraciət  xüsusi  səlahiyyət  (parol)  tələb  edir.  VB 
məhz belə resurslardandır. Bu resurslara müraciət Veb-in 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə