Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə56/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________247________________________ 
 
Strateji  səviyyədə  uzunmüddətli  istehsal  planının 
tərtibi  məsələsi  həll  edilir  ki,  bu  da  istehsalın  gələcək 
artımını  və  onun  resurs  təminatını  qiymətləndirmək 
məqsədi  güdür.  Neft  şirkəti  üçün  strateji  səviyyədə  həll 
edilən məsələ kimi yeni neft yataqlarının mənimsənilməsi 
yolu  ilə  və  ya  kiçik  neft  şirkətlərini  satın  almaqla  neft 
hasilatını  artırmaq  məsələsi  nümunə  göstərilə  bilər.  Bu 
məsələnin həlli üçün operativ səviyyədən daxil olan neft-
qaz  yataqlarının  vəziyyəti  barədə  geoloji  informasiya  və 
xaricdən  daxil  olan  bazar  informasiyası  (Rəqabətedici 
şirkətlərin  satışa  çıxarılması  və  neft-qaz  hasil  edən 
şirkətləri olan səhmdarların şirkət satıb-satmadığı barədə 
informasiya) lazımdır. 
 
TƏŞKİLATI İYERARXİYANIN MÜXTƏLİF 
SƏVİYYƏLƏRİNDƏKİ İNFORMASİYA SİSTEMLƏRİ 
 
Operativ səviyyədə 
transaksiya emal edən sistemlər 
(TES),  başqa  sözlə, 
transaksiya  informasiya  sistemləri 
(
TPS  -  Transaction  Processing  Systems)  işləyir. 
Transaksiya 
informasiya 
sistemləri 
informasiya 
sistemlərinin  bütün  digər  tipləri  üçün  əsas  informasiya 
göndərən sistemlərdir.  
Transaksiya  informasiya  sistemləri  biznesin  həyata 
keçirilməsi  üçün  lazım  olan  gündəlik  bezdirici  işləri 
(Müxtəlif  hesablardan  çıxarışların  verilməsi,  bankdakı 
hesabın  vəziyyəti  barədə  arayış  verilməsi  və  s.)  yerinə-
yetirən  kompüter  sistemləridir.  Transaksiya  informasiya 
sistemlərinin  bir  növü 
online  -  Transaksiya  informasiya 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________248________________________ 
 
sistemləridir  (OLTP  -
  Online  Transaction  Processing). 
Bunlar transaksiyaları real vaxtda – sorğular daxil olduqca 
icra  edir. 
Online - Transaksiya informasiya sistemlərinə: 
qatarlara,  təyyarələrə  bilet  satan  sistemləri,  plastik  kart 
üzrə  ödəmə sistemləri  və s.  misal  göstərilə bilər.  Bu  tip 
sistemlər 
məhsul 
istehsalına 
sifarişlərin 
emalı, 
materialların  hərəkətinə  nəzarətin  həyata  keçirilməsi, 
bölmələrin təqvim planlarının işlənib hazırlanması, ödəmə 
cədvəllərinin  tərtibi,  hesablarla  işləmək,  əməkdaşlar 
barədə  verilənlərin  emalı  və  s.    kimi  transaksiyaların 
icrasını  və  rəsmiləşdirilməsini  avtomatlaşdırmağa  imkan 
verir.  Şirkətlərin  çoxunda  istifadə  edilən  idarəedici 
sistemlərin əksəriyyəti transaksiya sistemləridir. Bu, ona 
görə belədir ki, transaksiyaların və onlara aid sənədlərin 
emalı hər bir müəssisədə həqiqətən kütləvi xarakterli işdir 
və  bu  işin  avtomatlaşdırılması  məhsuldarlığı  və 
səmərəliliyi  nəzərəçarpacaq  dərəcədə  artırır.  Bu 
məsələləri  həll  edən  informasiya  sistemləri  aşağı  sinif 
sistemləri  hesab  edilir.  Məsələn, 
1C-Предприятие  belə 
sistem  sayılır.  Lakin  unutmaq  olmaz  ki,  ən  iri 
ERP-
sistemlərindən  olan 
SAP  R/3  də  transaksiya  sistemidir. 
Çünki bütün modulların işi operativ səviyyədə verilənlərin 
daxil edilməsi və ilkin emalı ilə başlanır. 
Qeyd  etmək  lazımdır  ki,  informasiya  sistemləri 
içərisində  transaksiya  sistemləri  ilə  yanaşı,  həm  də 
tranzaksiya  sistemləri  də  mövcuddur.  Bu  ad  oxşarlığı 
dolaşıqlıq  yaratmamalıdır.  Çünki  transaksiya  təsərrüfat 
fəaliyyətinin elementar aktıdır. Məsələn, hesabdan çıxarış 
verilməsi  bir  transaksiyadır.  Sifarişin  emalı  başqa 
transaksiyadır və s. Tranzaksiya isə verilənlər bazasında 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________249________________________ 
 
verilənlərin  manipulyasiyası  əməliyyatlarıdır  ki,  bunların 
da nəticəsində verilənlər bazası bir bütövlük vəziyyətindən 
digər  bütövlük  vəziyyətinə  keçir.  Yəni  transaksiya  xalis 
iqtisadi termindir. Tranzaksiya isə verilənlərin saxlanması 
və  onlara  müraciətin  təşkili  ilə  bağlı  olan  texnoloji 
termindir.  
Beləliklə, 
transaksiya sistemləri baş verən təsərrüfat 
əməliyyatları ilə əlaqədar olan verilənlərin daxil edilməsi, 
emalı və təqdim edilməsi işlərini həyata keçirir. Yəni faktiki 
olaraq təsərrüfat fəaliyyətini sənədləşdirir. 
Tranzaksiya  sistemləri  isə  çoxsaylı  istifadəçilərin 
sorğularının  paralel  işlənməsi  imkanını  reallaşdırır.  Bu 
sistemlər  hətta  eyni  verilənə  çoxsaylı  paralel  müraciət 
mövcud olan hallarda da paralel işlənməni həyata keçirə 
bilir. 
Taktiki  səviyyədə,  biliklərin  emalı  sahəsində  2  tip 
sistem işləyir: 
 Bilik  emalı  sistemləri  (BES,  ingiliscə, 
KMS  - 
Knowledge Management System); 
 Ofisin avtomatlaşdırılması sistemləri (OAS -
 Office 
Automation Systems). 
Bilik emalı sistemləri (BES) – təşkilatda yeni biliklərin 
yaradılmasına  (yeni  məhsulların  dizaynı,  sənəd 
dövrüyyəsinin  avtomatlaşdırılması,  şirkətin  İnternetdə 
təqdim  edilməsi  və  s.)  və  inteqrasiyasına  kömək  edən 
informasiya sistemləridir.  
Ofisin  avtomatlaşdırılması  sistemləri  (OAS)  isə 
menecerlərin  əmək  məhsuldarlığını  yüksəldən  kompüter 
sistemləridir.  Məsələn, 
Microsoft  Office  belə  sistemdir. 
Ofisin  avtomatlaşdırılması  sistemləri  həm  də  sənəd 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________250________________________ 
 
dövüyyəsini dəstəkləyən avtomatlaşdırılmış sistemləri də 
əhatə edə bilər. 
Taktiki  səviyyədə  idarəetmə  və  analitik  məsələlərin 
həlli sahəsində də 2 tip sistem işləyir: 
 İnzibati  fəaliyyətin  avtomatlaşdırılması  üçün 
idarəedici  sistemlər  və  ya 
menecer  informasiya 
sistemləri  (Management  Information  Systems  – 
MİS); 
 Analitik  işlərin  avtomatlaıdırılması  üçün 
qərar 
qəbulunu dəstəkləyən sistemlər (Decision Support 
Systems – DSS). 
Menecer  informasiya  sistemləri  (MİS)  taktiki 
səviyyədə bezdirici hesabatların və əlahiddə məruzələrin 
hazırlanması  zamanı  planlaşdırma,  nəzarət  və  qərar 
qəbulu 
funksiyalarını 
dəstəkləyən 
informasiya 
sistemləridir.  Bu  sistemlər  operativ  səviyyədən  topladığı 
informasiya  əsasında  avtomatik  hesabat  tərtib  edə  bilir. 
Yəni menecer informasiya sistemləri tipik məsələlər üzrə 
tipik hesabatlar hazırlayan avtomatlaşdırılmış sistemlərdir 
ki,  bunlar  da  şirkətlərin  idarə  edilməsi  keyfiyyətinin 
yüksəldilməsində çox mühüm əhəmiyyət kəsb edir. 
Qərar  qəbulunu  dəstəkləyən  sistemlər  (QQDS) 
müasir 
mürəkkəb 
analitik 
modellər 
vasitəsilə 
yarımstrukturlaşdırılmış  və  ya  strukturlaşdırılmamış 
məsələlərin 
həllini 
dəstəkləyən 
taktiki 
səviyyə 
sistemləridir. Bu sistemlər adətən, qərarın hazırlanması və 
qəbulunu asanlaşdırmaq vəzifəsini icra edir.  
Strateji səviyyədə işləyən sistemlər də 2 tipdir: 
 Rəhbərliyi  dəstəkləyən  sistemlər  (
Executive 
Support Systems – ESS); 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə